Xərçəngə daha çox şəhərlilər, yoxsa kəndlilər tutulur?

 
Xərçəngə daha çox şəhərlilər, yoxsa kəndlilər tutulur?

Olaylar” qəzeti yazır ki, sürətlə artan xəstəliklər siyahısında olan xərçəng xəstəliyinin etimologiyası (nədən yaranması) haqqında çox müxtəlif nəzəriyyələr var. Ancaq ayrı-ayrılıqda bu nəzəriyyələrin heç biri xəstəliyin əmələ gəlmə səbəblərini tam izah edə bilməyib. Hazırda elmdə bu xəstəliyin əmələ gəlməsində bir çox amillərin rolu olduğu müəyyənləşdirilib.

Bu barədə danışan professor Abuzər Qazıyev xəstəliyi əmələ gətirən amillər barədə məlumat verdi. Bildirdi ki, fiziki, kimyəvi, bioloji, hormonol və sair amillər var ki, bu amillər həm ayrılıqda, həm də kombinə olunmuş şəkildə bədxassəli şişlərin əmələ gəlməsinə səbəb ola bilər. Bu amillər ümumi ad altında kanserogen amillər adlanır:

Bu sıraya ilk növbədə tütün tüstüsü, bir sıra qida komponentləri, cinsi münasibətlər və reproduksiyanın bəzi xüsusiyyətləri aiddir. Bir sıra kimyəvi maddələr və peşə amilləri, eləcə də bir sıra fiziki amillər, o cümlədən ultrabənövşəyi və ionlaşdırıcı şüalar, bir sıra infeksion amillər və başqaları da siyahıda yer alır. Bədxassəli şişlərin əmələ gəlməsinin 90-95 faizi ekzogen, 5-10 faiz isə endogen amillərlə bağlıdır.

Endogen amillər arasında genetik amillər, irsiyyət də yer tutur. Bədxassəli şişi əmələ gətirən maddə hüceyrənin genetik aparatını zədələyir və şişlərin əmələ gəlməsinə səbəb olur. İrsiyyət şişlərin bir qrupunda əsasən meyltörədici, az bir qismində isə etimoloji amil rolunu oynayır. İnsanda bdxassəli şişlərin əmələ gəlməsinə şərait yaradan 200-ə qədər genetik sindrom var. Bəzən eyni ailənin üzvlərində eyni lokalizasiyalı şişlərə təsadüf etmək olur.

Ekzogen amillərə ətraf mühit amilləri və həyat tərzi aiddir. Qidalanma amilləri 30-35 faiz hallarda bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur. Siqaret çəkmə 30 faiz, reproduksion amillər 4-5 faiz, peşə amilləri 4-5, ionlaşdırıcı şüalar 4-5, ultrabənövşəyi şüalanma 2-3 faiz, alkoqol qəbulu 2-3 faiz, atmosfer havasının çirkələnməsi 1-2 faiz və digər amillər 12-18 faiz təşkil edir
”.

Qidalanma amili əsasdır

Professorun sözlərinə görə, qidalanma amili bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan ən vacib amildir: “Bütün bədxassəli şişlərin təxminən üçdə biri qidalanma amili ilə əlaqədardır. Qida borusu, mədə, bağırsaqlar, qaraciyər, mədəaltı vəzinin xərçənginin əmələ gəlməsində qidalanma amilinin birbaşa rolu var. Qidanın tərkibində 700-dən çox birləşmə, o cümlədən 200-ə qədər polisiklik, aromatik karbohidrogenlər, nitrozaminlər, pestisidlər və digər amillər olur. Bunlar qidaya ətraf mühitdən düşür, qidanın saxlanması və kulinar işlənməsi prosesində əmələ gəlir».

A.Qazıyev siqaret amilinin rolunu da xüsusi vurğuladı. Belə ki, bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri siqaret çəkmək, nikotin qəbuludur. Kişilərdə ağciyər, qırtlaq, qida borusu, mədəaltı vəzi və sidik kisəsinin xərcənginin səbəbi əksər hallarda siqaretlə bağlıdır. Çəkilən siqaretin miqdarı artıqca, xərcəngdən ümumi ölüm göstəricisi də artır. Hər 100 min nəfərə ağciyər xərcəngindən ölüm göstəricisi siqaret çəkməyənlərdə 1,4, gün ərzində 5 siqaret çəkənlərdə bu göstərici 5,9, gün ərzində 6-15 siqaret çəkənlərdə 13,3, 26-50 siqaret çəkənlərdə 30 təşkil edir:

Ağciyər xərcənginin əmələ gəlməsində siqaret mühüm rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, kişilərdə ağciyər xərcəngi 80 faiz, qadınlarda isə 50 faiz siqaret çəkmə ilə əlaqədar inkişaf edir. Siqaret çəkənlər arasında xəstəliyin inkişaf riski çəkməyənlərdən 10 dəfə çoxdur. Tütünün yanması nəticəsində əmələ gələn 3000-ə qədər maddə orqanizmə təsir göstərir ki, bunlardan da 40-dan çoxunun kanserogen təsir göstərdiyi müəyyən edilib. Tütün tüstüsü qaz fraksiyasından və bərk hissəciklərdən ibarətdir ki, kanserogen təsirli maddələr bərk hissəciklərdən ibarət olan qətranın tərkibində olur”.

Xərçəngin əmələ gəlməsində reproduktiv amillər

Xərçəngin əmələ gəlməsində cinsi münasibətlərin və reproduktiv amillərin də rolu var. Həkim deyir ki, gec ailə quran, hamiləliyini çox hallarda abortla başa çatdıran, uşağını az müddət əmizdirən qadınlarda süd vəzi xərçənginə çox təsadüf olunur. Professor Turkmənistanın bəzi kənd yerlərində süd vəzi xərcənginə çox nadir hallarda rast gəlindiyini bildirdi. Çünki orada qadınlar abort etdirmir, əksəriyyətinin 8-12 uşağı olur və uşağı 2 yaşına çatana qədər əmizdirirlər:

"Süd vəzi xərcənginə keçmiş SSRİ ərazisində ən çox Baltikyanı ölkələrində təsadüf edillir ki, bunun da səbəbi orada qadınların az uşaq doğmaları, az müddət əmizdirmələri və hamiləliyi çox hallarda abortla başa çatdırmalarıdır". Müsahibimiz bildirdi ki, bədxassəli şişlərin əmələ gəlməsində peşə amilləri və çirklənmiş ətraf mühitin də rolu var. Parafin və digər kimyəvi məhsullar istehsal edən zavodların fəhlələrində sidik kisəsi xərcənginə çox təsadüf olunur. Atmosfer havasının çirklənməsi sənaye cəhətdən inkişaf etmiş şəhərlərdə ağciyər xərçəngi ilə xəstələnməni artırır. Alkoqoldan çox istifadə etmək də xərcəngin yaranma riskini artırır.

Siqaretə qarşı mübarizə

Xərçəngin çoxalmasında müxtəlif dövrlərdə artma və ya stabilləşmə qeydə alınır. Həkim belə deyir və bildirir ki, bizim ölkədə xəstələnmə göstəriciləri digər ölkələrlə müqayisə etdikdə o qədər də yüksək deyil. Professorun sözlərinə görə, xəstəliyin əmələ gəlməsinin qarşısını almaq üçün ən vacib istiqamətlərdən biri bədxassəli şişlərin profilaktikası məqsədilə həyata keçirilən işlərdir. Bunlar arasında siqaret çəkməyə qarşı mübarizənin böyük əhəmiyyəti var. Siqaretin zərərləri ilə bağlı təbliğatın aparılmasını, ictimai yerlərdə tütün məmulatlarının reklamına qadağa qoyulmasını vacib hesab edir:

İctimai yerlərdə siqaret çəkməyə qadağa qoyulmalıdır. Digər tərəfdən siqaretlərdə qətran və nikotinin miqdarı azaldılmalıdır. Tütün məmulatlarının hazırlanması texnologiyasının yaxşılaşdırılması xüsusi filtrlərin işlədilməsi yolu ilə həyata keçirilə bilər. Alimlərin hesablamalarına görə, əgər kişilər siqaret çəkməyə məruz qalmasaydılar, 40 faizdən yuxarı hallarda ürəyin işemik xəstəliyi və bədxassəli şişlərdən olan ölüm hallarından qaçmaq olardı. ÜST tərəfindən 21-ci əsrdə xərcənglə mübarizədə siqaretçəkmə ilə mübarizə qlobal mübarizə hesab edlir”.

Təmiz hava və rasional qidalanma şərtdir

Havanın çirklənməsi də xərcəngin yaranmasına səbəb ola bilir. Professor bildirdi ki, sənaye obyektlərinin şəhərdən kənarda salınması, zərərli tullantıların atmosferə az atılması, yaşıllıqların salınması, istehsalat müəssisələrində xüsusi tutucu filtrlərdən istifadə olunması vacibdir. A.Qazıyevin vacib hesab etdiyi məqamlardan biri də rasional qidalanmanın təbliğ olunması ilə bağlıdır. Onun fikrincə, bu məqsədlə sanitar-maarifi işləri aparılmalı və qida rasionunun tərkibinə şişlərin əmələ gəlməsinin qarşısını alan maddələr daxil edilməlidir.

Əhaliyə A vitamini və karotinoidlərin qəbuluna üstünlük verilməsi tövsiyə olunmalıdır. Beta karotinin qəbuluna xüsusi üstünlük verilməlidir. Çünki bu vasitə güclü antioksidat təsir göstərərək şişlərin inkişafı prosesini zəiflədir. C vitaminin də qəbuluna üstünlük verilməlidir. Qidada piy və xörək duzunun miqdarını, spirtili içkilərin qəbulunu azaltmaq lazımdır. ABŞ-da son 70 il ərzində rasional qidalanmanın təbliğatı nəticəsində əhalinin etimologiyasında qidalanma amili mühüm rol oynayan mədə xərcəngi ilə xəstələnmə səviyyəsi xeyli azalıb.

Qida amilinin tərkibində orqanizmə daxil olan və xərcəng əmələ gətirən vasitələrdən biri də nitrozaminlərdir. Konservləşdirlmiş yolla qida maddələrinin hazırlanması, hisə verilmə, qurudulma nəticəsində onların tərkibində nitrozaminlərin əmələ gəlməsi artır. Tünd pivədə, bəzi kolbasa növlərində də onların miqdarı çox olur. Qida məhsullarının aşağı temperaturda saxlanması isə onların əmələ gəlməsini azaldır».

Uşaqlarda xərçəng

Xəstəliklə bağlı ağrılı məqamlardan biri də uşaqlarda xəstəliyin yaranması ilə bağlıdır. Professor boyüklərdə rast gəlinən müəyyən qrup şişlərin uşaqlarda baş verə bildiyini və və onların əmələgəlmə səbəblərinin uşaqlarda da böyüklərdə olduğu kimi olduğunu bildirdi. Amma müəyyən qrup şişlər var ki, onlara yalnız uşaqlarda təsadüf olunur:

«Uşaqlarda şişlərin əmələ gəlməsində rol oynayan amillər 3 qrupa bölünür. Valideynlərə təsir edən risk amilləri, uşağa təsir göstərən risk amilləri və endogen-genetik amillər. Valideynlərə təsir göstərən müəyyən amillər döldə və uşaqda xəstəliyin inkişafına səbəb olur. Hamilə vaxtı siqaret çəkən anaların uşaqlarında kəskin leykoza çox rast gəlinir, eləcə də alkoqolizm sindromu olan anaların uşaqlarında bu xəstəliyin inkişaf etmə riski olur. Valideynlərə təsir göstərən peşə amilləri də müəyən hallarda uşaqlarda şişlərin əmələ gəlmə riskini artırır. Valideynin şüalanması, ananın hamilə vaxtı bəzi dərman preparatları qəbul etməsi şişlərin əmələ gəlməsinə səbəb ola bilər».

Daha ciddi işlər aparmaq lazımdır

Professorun sözlərinə görə, bədxassəli şişlərin profilaktikası məqsədilə qidalanmanın qeyri-qənaətbəxş xüsusiyyətlərini aradan qaldırmaq üzrə Proqramın işlənib hazırlanması və həyata keçirilməsi çox vacibdir:

ÜST dünyanın müxtəlif ölkələrinin xüsusiyyətlərinə uyğun optimallaşdırılmış qidalanma proqramlarının işlənib hazırlanmasını 21-ci əsrdə xərçənglə mübarizədə əsas istiqamətlərdən biri kimi müəyyən edib. Eləcə də vaxtında müayinə də önəmlidir. Onkoloji xəstəliklərin profilaktikası məqsədilə keçirilən müayinələrə 30 yaşından yuxarı insanlar cəlb olunmalıdırlar. Yaşlı insanlara xüsusi diqqət yetirilməlidir”.

Onu da qeyd edək ki, dünyanın müxtəlif ölkələrində xəstəliyin yayılma göstəriciləri fərqlidir. Professor bildirdi ki, şəhər əhalisində kənd əhalisi ilə müqayisədə xəstəliyə daha çox rast gəlinir.Süd vəzi xərcənginə keçmiş SSRİ ərazisində ən çox Baltikyanı ölkələrində təsadüf edillir ki, bunun da səbəbi orada qadınların az uşaq doğmaları, az müddət əmizdirmələri və hamiləliyi çox hallarda abortla başa çatdırmalarıdır


Geri dön

Воровской

  • 11 aprel 2012 12:52
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
bawa duwmedim sherliler yoxsa kendliler

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Dalga

  • 5 aprel 2012 20:54
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allah uzaq elesin Xestelerede wefa versin Tewekkurler

--------------------

RoMaNTiK SerSeRi

  • 5 aprel 2012 15:34
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
SERHLERINIZ UCUN TEWEKKUR =)

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

★Miss Love★

  • 5 aprel 2012 15:29
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
indi baxirsanki 5 adamin 3 u xercengdir,Allah uzaq elesin hamidan...тewekkurler xebere gore

✰Dгeaм✰

  • 5 aprel 2012 15:23
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah uzaq elesin.Maraqli xeber ucun sagol.

enigmatic_girl

  • 5 aprel 2012 15:03
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Allah uzag elesin

--------------------

EnD of TiMe

  • 5 aprel 2012 14:57
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Heddinden artiq cox artib xerceng..tesekkurelr xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}