Tələbələr üçün yenilik

 
Tələbələr üçün yenilik

Azərbaycanda ali məktəb tələbələri oxuduqları təhsil müəssisəsində ona keçilən, amma tədris səviyyəsindən razı qalmadıqları fənləri digər ali məktəbdə öyrənə biləcəklər

Bunu Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.

Onun sözlərinə görə, ali təhsil sistemində bu dəyişiklik kredit sisteminin tətbiqi ilə əlaqədardır. Hazırda bununla əlaqədar müvafiq sənədlərə dəyişikliklərin edilməsi üçün iş aparılır.


Mustafayev bildirib ki, tələbə hansısa fənləri digər ali məktəbdə keçmək üçün təhsil müəssisəsinin rektoruna müraciət edəcək. Bu halda tələbənin həmin ali məktəbdə aldığı qiymət tələbənin təhsil aldığı məktəb tərəfindən tanınacaq. Ancaq tələbə seçdiyi fənnin tədrisini təhsil aldığı ali məktəbin rəhbərliyi ilə razılaşdırmaya da bilər. Bu halda onun qiyməti təhsil aldığı məktəb rəhbərliyi tərəfindən tanına da, tanınmaya da bilər. Buna görə də tələbənin bu işi ali məktəbin rəhbərliyi ilə razılaşdırılmış şəkildə etməsi daha məqsədəuyğun olacaq. Bu yeniliyin tətbiqi üçün ali məktəblər arasında müəyyən qarşılıqlı əməkdaşlıq da qurulacaq.

Mustafayev hesab edir ki, bu yeniliyin tətbiqi nəticəsində artıq ali məktəb tələbələrinin köçürülməsi məsələsi öz əhəmiyyətini itirəcək.

"Köçürmə məsələsi getdikcə öz əhəmiyyətini itirəcək. Tələbə bir ali məktəbdən digərinə niyə görə köçür? Ona görə ki, köçmək istədiyi ali məktəbdə tədris daha keyfiyyətlidir. Ola bilər ki, tələbənin oxuduğu ali məktəbin tədrisinin təşkilində hansısa üstünlük var. Amma köçmək istədiyi ali məktəbdə bu, yoxdur. Və ya köçmək istədiyi ali məktəbdə olan üstünlük hazırda oxuduğu ali məktəbdə yoxdur", - şöbə müdiri əlavə edib.


Geri dön

Tatyana

  • 11 aprel 2012 19:01
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
bunlar bele goresen niye siriya duzulub yeqin sokalad paylaner tongue

Anara 21

  • 6 aprel 2012 07:41
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
bu mənə lazım deyil....amma yenə də xəbərə görə təşəkkürlər................

--------------------
Zeynalova.......

★Miss Love★

  • 6 aprel 2012 02:20
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
aу allah menim qardawimda daxil olsa idi gunu уoxdu hazirliqlardan,hamiуa ugurlar,..тewekkurler xebere gore

Nuray2012

  • 5 aprel 2012 23:28
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
winked ugurlar oxuyanlara

--------------------

✰Dгeaм✰

  • 5 aprel 2012 22:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Insallah biz de telebe olub,bu hissleri kecirerdik.Insallah bize de qismet olar.Amin.

enigmatic_girl

  • 5 aprel 2012 22:00
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ayyy bir bacim instuta gire bilseydi o qeder oxuyurki yazigim gelire ona)))

--------------------

Zumka

  • 5 aprel 2012 20:44
  • Məqalə: 2
  • Şərh: 127
  • Bal:
{awards}
tesekkurler xebere gore.... inwallh menede qismet olar telebelik heyati AMIN wink

--------------------
Bir gecə səssizscə olmuşdum aşkar,
Səssiz yox oluram,ey sevgili yar.
Ağlama,burada qəribə nə var??
Necə gəlmişdimsə,elə gedirəm.

P.S Xeyanete wahid olduqca elinden opurem yalnizligimin... :(

EnD of TiMe

  • 5 aprel 2012 20:29
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler xebere gore....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}