Ata-ananın üzünə ağ olmaq

 
Ata-ananın üzünə ağ olmaq

ATA-ANANIN ÜZÜNƏ AĞ OLMAQ

Müsəlmanın iki əsas vəzifəsi vardır. Birincisi, yalnız Allaha ibadət etmək, digəri də Allahın yaratdıqlarına şəfqət və mərhəmət göstərməkdir.
Allahın yaratdıqlarından insana ən yaxın olanları ana və atadır. Çünki onlar insanın dünyaya gəlməsinə səbəb olmuşdur.
Sadəcə dünyaya gətirən deyil, eyni zamanda onu böyüdən, yetişdirən, tərbiyə və təhsil verən insanlardır.
Onlar bu xidmətlərinin əvəzini də gözləmədən, narahat olmadan, bütün işləri istəyə-istəyə görüblər.
Özləri yeməyib uşaqlarını yedizdiriblər, özləri geyinməyib uşaqlarına geyindiriblər.
Uşaqlarının rahatlığı üçün heç bir fədakarlıqdan çəkinməyiblər.

Buna görə də, dinimiz ata-anaya hörmətsizliyi qadağan etmiş və bunu ən böyük günahlardan hesab etmişdir.
Peyğəmbərimiz (s.a.v.s.) belə buyurmuşdur: “Böyük günahlar, Allaha şərik qoşmaq, ata-ananın üzünə ağ olmaq, adam öldürmək və yalan yerə and içməkdir.” Buxari, Eyman, 16.

“Üç şey var ki, bunlar ilə edilən əməlin faydası olmaz: Allaha şərik qoşmaq, ata-ananın üzünə ağ olmaq və müharibədən qaçmaqdır.” Et-Təğrib vət-Tərhib, s. 328 (Hədisi Təbarani rəvayət etmişdir)
“Allahın rizası at-ananın rizasındadır. Allahın qəzəbi ata-ananın qəzəbindədir.”
Tirmizi, Birr, 3.

Ata-anaya xüsusilə qocaldıqları vaxt edilən xidmət insanın Cənnətə girməyə layiq görülməsinə, əksi isə cəhənnəmə girməsinə səbəb olur. Zira Peyğəmbərimiz (s.a.v.s.) buyurmuşdur: “Başı daşdan daşa dəysin (yəni zillətə düşsün), yenə başı daşdan daşa dəysin, yenə başı daşdan daşa dəysin.” Ondan soruşmuşlar: “Kimin, ey Allahın Rəsulu?” Peyğəmbərimiz (s.a.v.s.) cavab vermişdir: “Ata-anasından ikisinin və ya birinin yaşlandığı vaxtda köməyinə yetişib, Cənnətə getməyənin (yəni onların xeyir-duasını ala bilməyənin).”
İmam Sadiq əleyhissəlam buyurur: “Hər kəs valideynlərinə, hətta onlar zülm etmiş olsalar belə, qəzəblə baxsa, Allah-təala onun heç bir namazını qəbul etməz.” Kafi, 2, 349.

İmam Sadiq (ə.s.) peyğəmbərdən (s.a.v.s.) bir hədis buyurur: “Bir kəs Rəsuli-Əkrəmdən valideyninə yaxşılıq etmək barəsində soruşdu. Həzrət buyurdu: “Anana yaxşılıq et, anana yaxşılıq et, anana yaxşılıq et. Atana yaxşılıq et, atana yaxşılıq et, atana yaxşılıq et!” Kafi, 2, 162.

Ata və anaya layiq olduqları xidmət və hörmət göstərilməli, onları narahat edən hərəkətlərdən çəkinilməlidir. Çünki onlar bizim hamilərimizdir. Heç bir üzrlü səbəb onlara qarşı hörmətsizliyimizi haqlı çıxarda bilməz.


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:00
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
Ata və anaya layiq olduqları xidmət və hörmət göstərilməli, onları narahat edən hərəkətlərdən çəkinilməlidir. Çünki onlar bizim hamilərimizdir. Heç bir üzrlü səbəb onlara qarşı hörmətsizliyimizi haqlı çıxarda bilməz.

--------------------

Nuray2012

  • 9 aprel 2012 13:47
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Beyendiyinize sevindim

--------------------

Priya

  • 7 aprel 2012 12:12
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Nuraycım, çox təşəkkürlər.Həqiqətən çox maraqlı və ibrətamiz məqalədi.Çox bəyəndim.Allah razı olsun.Dini məqalələrinin ardını gözləyirəm.

--------------------




LoVe_LiFe

  • 6 aprel 2012 19:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
elbetteki. cox maraqli idi twk

.♣.Chrysalis.♣.

  • 6 aprel 2012 18:34
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
cox maraqli idi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

MELEK INSAN

  • 6 aprel 2012 17:30
  • Məqalə: 1
  • Şərh: 75
  • Bal:
{awards}
ata-ananin uzune ag olmaq cox pis gunahdir.........
xebere gore twk.........................................

★Miss Love★

  • 6 aprel 2012 15:13
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Aтanin ananin qedrini bilmek lazimdir,xebere gore тewekkurler

✰Dгeaм✰

  • 6 aprel 2012 13:36
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Hec vaxt ata-ananin uzune ag olmaq lazim deyil,gunahdi.Xeber ucun cox sagol.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 7
Cəmi: 29

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}