İmam Əlinin (ə) son anlarındakı vəsiyyətləri

 
İmam Əlinin (ə) son anlarındakı vəsiyyətləri

İmam (ə)-a zərbə dəyəndə Kufə təbibləri onun başı üstünə gəldilər. Onların içində ən mahir həkim Əsir İbn Əmr yaranı müalicə edirdi. O, yaranı görəndə dedi ki, bir qoyun kəsib döşünü isti-isti gətirsinlər. Sonra onun içindən bir damar çıxardıb yaranın içinə qoydu, sonra onu çıxarıb dedi:–Ya Əli, vəsiyyətini et. Çünki, bu zərbə beyinə çatmışdır, artıq müalicənin faydası yoxdur.

Bu vaxt İmam (ə) kağız-qələm istədi, sonra Həsən və Hüseynə xitabən öz vəsiyyətini yazdı. Bu vəsiyyətin o həzrətin iki oğlu–Həsənlə-Hüseyn (ə) üçün edilməsinə baxmayaraq, həqiqətdə dünyanın sonuna qədər olan bütün insanlar üçün örnəkdir. Bu vəsiyyəti mərhum Seyyid Rəzidən əvvəl və sonra yaşamış bir çox tarixçilər və mühəddislər mötəbər sənədlə qeyd etmişlər. Əlbəttə, vəsiyyətin əsli Seyyid Rəzinin "Nəhcül-Bəlağə"də qeyd etdiyindən çoxdur. İndi onun bir hissəsini burada qeyd edirik:

***

"Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz; dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin, haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün, zalımların düşməni və məzlumların dostu, himayəçisi olun."

"Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddinizin belə buyurduğunu eşitdim: "Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan əfzəldir."

***

"Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!"

***

"Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (çoxlu) tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik."

***

"Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən qabağa keçə! Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq."

***

"Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın! Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız. Əmr be məruf və nəhy əz münkəri tərk etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır."

Sonra buyurdu:–Ey Əbdül-Müttəlib övladları! Məbada siz mənim şəhadətimdən sonra "Əmirəl-möminin öldürüldü", deyə bəhanə edərək qolunuzu çırmalayıb müsəlmanları qanına qəltan edəsiniz! Bilin və agah olun ki, mənim qisasımı alanda yalnız qatili öldürməlisiniz. Əgər mən bu zərbə nəticəsində dünyadan getsəm, ona yalnız bir zərbə vurun ki, bir zərbə–bir zərbə müqabilində olsun. Məbada onun burun-qulağını kəsəsiniz! Mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitmişdim: "Hətta quduz iti belə, müslə etməkdən (burun-qulaq kəsməkdən) uzaq olun!"

İmam (ə)-ın övladları pərişan, boğazları qəm-qüssədən qəhərlənmiş halda oturub o həzrətin nəvazişli sözlərinə qulaq asırdılar. İmam (ə) bu vəsiyyətin axırında huşdan getdi, huşa gəlib gözlərini yenidən açanda buyurdu: "Ey Həsən, sənə bir-iki sözüm var. Bu gecə mənim ömrümün axır gecəsidir. Öldükdən sonra öz əlinlə mənə qüsl ver, kəfənə bük. Mənim kəfən və dəfn işlərimi özün şəxsən gör, cənazəmə namaz qılıb gecə qaranlığında Kufədən uzaqda, məxfi şəkildə torpağa tapşır, qoy heç kim ondan xəbərdar olmasın."

Əli (ə) iki gün sağ qaldıqdan sonra 40-cı ilin Ramazan ayının 21-ci gecəsində 63 yaşında dünyadan getdi. Onun əziz oğlu İmam Həsən (ə) öz əli ilə ona qüsl verdi, ona yeddi təkbirlə namaz qıldı, sonra buyurdu: "Bilin, Əli (ə)-dan sonra heç kimin cənazəsinə yeddi təkbir deyilməyəcəkdir."

Əli (ə) Kufədə, "Ğərra" adlı bir yerdə (indiki Nəcəf-Əşrəfdə) dəfn edildi. Xilafət dövrü 4 il 2 ay çəkdi.

İmam Əlinin (ə) son anlarındakı vəsiyyətləri


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:04
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
"Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!"

***

--------------------

EnD of TiMe

  • 6 aprel 2012 19:54
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Tesekkurler xebere gore.......

Delya_91

  • 6 aprel 2012 19:48
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkurler,Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

nar_18

  • 6 aprel 2012 19:30
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

★Miss Love★

  • 6 aprel 2012 19:02
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cooox maraqli idi meqaleуe gore тewekkur edirem))

✰Dгeaм✰

  • 6 aprel 2012 18:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 37

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}