Allahın möcüzəsi yoxsa...?

 
Allahın möcüzəsi yoxsa...?


Bəlkə də bəziləriniz artıq bu video ilə tanışdır.İnternet sürəti zəyif olub videoya baxa bilməyənlər üçün qısaca məlumat verim ki-Dağıstanda bir ailənin uşağının bədənində Qurandan ayələr meydana gəlir.

Hadisənin dini tərəfinə toxunmadan bilavasitə elmi-tibbi izahına keçmək istəyirəm.Balaca uşaqlarda ATOPİK DERMATİT deyə bir xəstəlik var.Bu xəstəlik zamanı dəridə olduqca qaşıntılı qızarıqlıqlar əmələ gəlir.O qədər qaşıntılıdır ki,uşağı heç cür sakitləşdirmək olmur(anasının dediyi sözü yadınıza salın-yatmır,narahat olur,bütün gecə əlimizdə saxlamalı oluruq).Bu xəstəlik zamanı tibb aləmində olduqca qəribə bir hadisə olan DERMOGRAFİZM müşahidə olunur.Başqa adıyla Skin writing olan bu patologiya zamanı dərini küt alətlə cızdığın zaman,müəyyən müddət sonra cızılan yerdə qabarma və qızartı əmələ gəlir(eyni ilə bu uşaqda olduğu kimi).
İndi sual verəcəksiniz ki,kimin nəyinə lazım ki,durub uşağın dərisində Qurandan ayələr cızsın?Niyə lazımdir bu?Bu sualın cavabı isə mövzumuzun ikinci hissəsi olan Munchausen sendromundadır.
Baron Karl von Munchausen,alman əsilli olan bu adam rus ordusunda xidmət eləyib və Rus-Osmanlı müharibəsindən qayıtdıqdan sonra öz qəhrəmanlığı haqqında yalandan şeylər uydurub.O qədər yalan olub ki dedikləri,nəysə ki axırda üstü açılıb yalanların.
Munchausen sendromunlu xəstələr isə diqqəti özlərinə cəlb eləmək üçün müxtəlif xəstəliklər uydururlar.Bəziləri o qədər təcrübəli olur ki,hətta ən təcrübəli həkimləri belə aldada bilirlər.Məsələm-boğazını zədələyib qanadıb,qanı udub qan qusaraq həkimə getməklər,dərman içib ürək döyüntülərini dəyişdirmələr və s.
Munchausen sendromunun bir variantı da Munchausen by proxy adlanır.Bu xəstəlik zamanı ,xəstə,ikinci bir şəxsə(əsasən uşağına) zərər yetirərək ona diqqət yetirilməsini istəyir.Onun uşağı diqqət mərkəzində olanda bu xəstə bundan həzz alır.Müxtəlif vasitələrə əl ata bilərlər bunlar.Məsələn birini mən görmüşəm.Öz uşağının sidiyinə ana öz qanını qatırdı və deyirdi ki uşağın sidiyi qanlıdır...Və ya uşağa İnsulin iynəsi vurub qəsdən uşağı hipoqlikemik komaya salmaq və s.Bu misallar olduqca çoxdur və ağılagəlməz dərəcədə dəhşətliləri də var.
Uzun sözün qısası,dindar olan bu ailə də,öz uşaqlarına diqqət çəkmək və ya öz aləmlərində insanları dinə gətirmək üçün bu yola əl atmış ola bilərlər.Həm də bir neçə ildən sonra onların evi Pir olacaq,camaat şəfa tapmaq üçün onlara gələcək...Nəysə...Babalı Sərvərin boynuna.
Bu yolla pul qazanmaq istəyən o qədər insan var ki.Bu yollara əl atan o qədər psixolojik xəstə görmüşəm ki(və eyni zamanda digər tibb adamları) belə şeylərə atıq inam qalmayıb.Mən şəxsən bu hadisəyə o zaman inanaram ki,uşaq tibbi müayinədən (atopik dermatit üçün) keçsin.Ata və ana psixolojik müayinə olunsun...
Yəgin ki,bir çox user məni bu yazıya görə qınayacaq,amma hörmətli userler,axı Allah bizə ağıl və göz də verib.
Göydə buludlar Allah sözünü yazır,deyirlər ki möcüzədir.Estegfirulla,mən göydə,buludların əmələ gətirdiyi o qədər şeylerin dəqiq rəsmini görmüşəm ki..Siz də görmüsünüz...Keçən dəfə yediyim qoz üzərində Mercedesin emblemini gördüm...Bu misallar çoxdur.Unutmayın ki-Göz görmək istədiyini görər...
Məncə Allahın belə möcüzələrə ehtiyacı yoxdur.Onsuz da bizim varlığımız və ətrafımızda gördüyümüz hər şey Allahın bir möcüzəsidir.Əlavə şeyler..nə bilim...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:55
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

sevgi yalandir

  • 3 noyabr 2010 16:31
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKRURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 2 noyabr 2010 19:58
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkur maraqlidi

MuslimGirl

  • 2 noyabr 2010 19:56
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Beli, hemin usagi TV-de gormusdum. Elbette ki, her sey Onun elindedir. Tesekkurler

Ulya

  • 2 noyabr 2010 19:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur maraqli yaziya gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}