Qəm qəhrəmanı Xanım Zeynəbi- Kubra (ə)

 
Qəm qəhrəmanı Xanım Zeynəbi- Kubra (ə)


Xanım Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-i anadan olmuşdur. O, Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə)-nın qızıdır. Zeynəb adını ona babası Muhəmməd Peyğəmbər (s) vermişdir. (Bu adın mənası: «atasının zinəti» deməkdir). Xanımın tanınmış ləqəbləri bunlardır: Arifə, Muhəddisə və Alimə. Babasının İslam Peyğəmbəri, atasının İmam Əli(ə) və anası Zəhra(s.ə)-nın ən şərafətli xanım olması xanım Zeynəbi-Kubranın(s.ə) İslamın buyurduğu bütün kamil tərbiyyə və əxlaqi keyfiyyətlər abu-havasında böyüməsinə imkan verirdi. Xanım Zeynəbin (s.ə) elm və ibadətindən söhbət edəndə ən əsas qeyd edilməli məqam budur ki, Zeynəb (s.ə) Peyğəmbər elmindən bəhrələnən, Əli (ə), Fatimə (s.ə) ibadətinin hikmətindən qidalanan bir şəxsiyyətdir. Muhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, «Mən elmin şəhəri, Əli isə onun qapısıdır». Belə bir möhtəşəm elm şəhərində ərsəyə çatıb kamilləşmiş, ibadətin ruhiyyəsini öyrəndiyimiz Əhli-beyt (ə)-dan bu ibadətin hikmətini mənimsəmiş Xanım Zeynəbin (s.ə) elmi, biliyi, ruhi-mənəviyyatı təsəvvüredilməz yüksəkliklərdə pərvazlanırdı.
Həzrət Zeynəbin (s.ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Buna görə də Xanım Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.


Çünki Zeynəb (s.ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, «Aşura» qiyamını Zeynəbsiz (s.ə), Zeynəbi (s.ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Kərbəla vaqiəsinə, həmçinin bu hərəkatdan sonrakı dövrə nəzər saldıqda Xanımın özünə məxsus əzəmətinin şahidi oluruq.
Xanım Zeynəb (s.ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. Xanım Zeynəbin (s.ə) bu dəhşətlərin qarşısında, tükənməz səbri və yenilməzliyi ilə əbədi olaraq şücaət, mətanət və dözümlük simvoluna çevrildi. Aşura günü qardaşı İmam Huseynin (ə) mübarək cəsədini qolları üstə alıb: «İlahi, bu qurbanı bizdən qəbul et» deməsi Xanımın Allaha olan bağlılığından, məhəbbətindən xəbər vermirmi?
Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları cürbəcür işgəncələrlə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar. Xanım Zeynəb (ə) işarə edib onları sakitləşdirdi. Allaha həmd-səna etdikdən, Peyğəmbər və pak Əhli-beytinə salam-salavat göndərdikdən sonra xütbə edərək belə buyurdu: «Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar xalq! Gözlərinizin yaşı heç vaxt qurumasın. Nə andınıza etibar etmək olar, nə də bağladığınız peymana… Axirət üçün pis azuqə hazırlamısınız- Allah qəzəbi və Cəhənnəm əzabı. Ağlayırsınız?! Qazandığınız çirkinliklərə niyə də ağlamayasınız?!... Peyğəmbər balası, Behişt cavanlarının ağası, həmçinin yolunuzun çırağı və çətin gününüzün dostu olan bir insanı öldürməkdən pis hansı çirkinlik ola bilər?!...
Amma bilin ki, Axirət əzabı çətin olacaq. Əgər etdiyiniz işə görə Allah tərəfindən hələ cəza almamısınızsa, rahatlanmayın! Allah günahın cəzasını dərhal vermir, lakin məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını çəkəcəkdir!»
Bu xütbənin təsirindən sonra qəflət yuxusundan oyanan kufəlilər başa düşdülər ki, Əhli-beytə qarşı bu böyük cinayətdə onların da əli vardır.
Bunlardan da artıq təəccüb doğuran səhnə Yezidin sarayında baş verən hadisələr idi. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başını qarşısına qoymuş, qələbəni qeyd etmək fikrindədir. Belə bir şəraitdə xanım Zeynəbin (s.ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir ki, bu səs Bəni-üməyyənin (Yezidin nəslinin) yaramaz əməllərini elə ifşa edirki əbədi rüsvay olub etibarlarını əldən verirlər. Əlbəttə bu işdə İmam Səccadın (ə) sözləri də böyük rol oynamışdır. Allah xanım Zeynəb (s.ə) vasitəsilə insanlığa bir daha dirilik bəxş etdi. Yalnız güclü iman, təqva(günahdan qorunmaq), elm, şücaət sahibi belə bir ağır imtahandan üzü ağ çıxa bilərdi. Əlbəttə ancaq həqiqi gözəlliyi görən zillətə qarşı bu qədər müqavimət göstərərdi və təkcə qəmdən və zülmdən parçalanan sinədən kainatı xilas edən qılınc tək kəsərli bəyan zahir ola bilərdi. Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (s.ə) dedi: «Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi onu nə günə qoydu?» Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir: «Mən gözəllikdən başqa bir şey görmədim!» Gərəsən gözəllik nədir? Al qanla bəzənmiş səhradır, yoxsa göz yaşlarıyla sulanmış kədər gülüstanı? Bəlkə həqiqi aşiqlərin Allah yolunda cəfasıdır? Həqiqətən Allah yolundakı haqqı dirçəltməkdən gözəl nə ola bilər? Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağı altında olan bir vaxtda gərəkdir ki, Azərbaycan xanımları da o əziz xanımlar kimi oğullarını, qardaşlarını qurban verməkdən çəkinməsinlər. Əlbəttə Xanım Zeynəbi (s.ə) özünə örnək götürən hər xanım heç vaxt zalimə baş əyməzlər (Yəni xarici istismarçıların təbliği nəticəsində milli mentalitetimizə zidd olan geyimlər, fikirlər, ideologiya və s.şeylərə abırlarını satmazlar). Beləliklə, nübuvvət (peyğəmbər) bağçasının bu ətirli çiçəyi zülm tufanının gözləmədiyi bir dözümlüklə bütün bəlaları arxada qoydu. İndi bu baxçada bitən minlərlə yeni çiçək ləçəkləri tapdanmış, qəmdən bükülmüş, lakin həqiqi gözəlliyin və İslamda qadın simasının ən bariz nümunəsi olan qəm qəhrəmanı Zeynəbi (s.ə) sevgi və göz yaşları ilə xatırlayır və onun qarşısında azadlıq mücəssəməsi tək baş əyirlər. Qadınlar haqqında nəql olunan hədislər. Muhəmməd Peyğəmbər buyurur: « Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gücələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür». İmam Əli (ə) buyurur: «Qadının cihadı ərinə yaxşı baxmasıdır».
İmam Sadiq (ə) buyurur: « Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir». Muhəmməd Peyğəmbər buyurur: «Əlbəttə, qadınların ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olanlar eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə canla başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır.»
Fatimeyi-Zəhra (s.ə) qadınlara buyurur: « Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır».
İmam Riza (ə) buyurur: «Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır:
1). Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq.
2). Xoşxasiyyət, mülayimlik və mehribançılıq.
3). Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək.
4). Ərini əsəbi və ya yorğun gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək.
5). Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək.
Sonra İmam buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq».


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:05
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: love me
Allah razi olsun.

--------------------

Nuray2012

  • 9 aprel 2012 13:46
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

★Miss Love★

  • 7 aprel 2012 01:08
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli xebere gore ALLAH razi olsun

YaKiWiKLi SeRSeRi

  • 6 aprel 2012 20:12
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
serhlere gore tesekkurler
SERH YAZAN ELLLERINIZ VAR OLSUN!

✰Dгeaм✰

  • 6 aprel 2012 20:03
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 47
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}