Varsan! yox desinlər!

 
Varsan! yox desinlər!

Vara yox deməklə, nəyi dəyişər ki varın? Dillər yox deyirsə yalan, ürəklərdə Sənin adın yazılı… Canlar Səninlə yaşayır… Əllər, Sən istəsən tuta bilər, düzlər də elə…

ALLAHım səma Sənin.
Göy qurşağındakı rənglər Səni göstərir, rəssam yox desə dərddirmi? Mahnılarda adın keçməsə nə qəm? Səslər Səni söyləyir. Sənin bəstəni oxuyur bülbüllər!
Gül gülümsəyirsə — Sənin gözəlliyindən…
Rəhmətinin qatarasıdır yağış, bağçalar hamı həmişə sənin.
Ən şəfqətli sənsən, ALLAHım. Çünki Sənsən anaları yaradan…
Ən qüdrətli sənsən, ALLAHım Çünki Sənsən dağları dik tutan…
Uşaqların körpəcik əllərində, çəmənlərin yaşıllaşmalarında, sevdalıların isti ürəklərində açıq-aşkar — Sən gizlisən …
Sənə yox deyəni yoxdan var edən də Sənsən.
Bolluqlar mükafatın, qıtlıqlar xəbərdarlığın… Fərahlıqlar, çətinliklərimizə təsəlli, kədərlər Səni xatırlamağımız üçün…
Varlığının heybəti qarşısında başımız fırlanır, eynilə dünya kimi…
Sənsiz yaşanmır…

Milyonlarla ildir, milyardlarla həyat və hər həyat sahibinə hər an təptəzə nəfəslər verən necə yox olar, necə yaşamaz?
Həyatı verən Sənsən. Həyat da, həyatım da Sənin. Özünü bilməyən Səni tanımamış; kim neyləsin?
İnanılan da Sənsən, inandıran da…
Var daha yox ikən, var olan da Sənsən.
Hər vaxt, hər yerdə var olan da!
Sevgin zərrə azalsa üzərimizdən və bir an çevrilsə baxışların, alovlanar yanarıq…

Bir haqq verdin… Ağıl, duyğu, dodaq verdin, söyləyəcəyik…
Qədərimizi özümüzə yazdıran da Sənsən.
Yaratdın, yaşadırsan, dirilişimiz vədin…
Sən vədindən dönməyənsən, Sənindir sonsuzluq!
Kiçiklər Səndən uzaqlaşdıqca kiçildilər, böyüklər Sənə yaxınlaşdıqca böyüdülər.
Balığın qarınında, Yusif (ə) zindanda Sənin kölən idi. Azadlıq Səndə idi, Sən Rəbbimizsən…
Sərinlik Səndən idi, İbrahimi (ə) atəşin yanğınından qurtaran… Musanı Fironun sarayında böyüdən Sən idin.
Sən idin həm yetim, həm yetim Məhəmmədi (s.a.v.) Miraca çıxaran…
Yusif (ə) Züleyxanı Sənin üçün rədd etdi…
O, hər şeyi!

ALLAHım:
Küləkdən, işıqdan, dildən, insandan dəlillər göndərdin..
Peyğəmbərlərin, nizamını izah edən yazının sətir başları idi, sözlərin idi vəlilərin: dostların, Sənin imla işarələrin…
Geylani Səni söylədi, Rəbbani Səni, Mövlanə Sənə çağırdı, Qəzali Sənə.
Hiyləgərsə elm, ədəbsizsə ədəbiyyat, saxtadırsa sənət, gerçəyini; məqsədini itirmişsə, yox deyirsə desin!
Kiçik kitablar yox yazsa?
Kainat var yazan böyük ər kitab!
Yazan Sənsən, oxudan Sənsən.
Salam Sənə sevimli.
Bir naxışda min nəqşi nəqş edən Nəqqaş…
Atomundan qalaktikasına, zərrəsindən kürəsinə, yaratdığın nə varsa, hamısı içimdə dönür… Dalğalanır dənizlərin damarlarımda, buğlanır səma gözlərimdə, yuxular içindəyəm, çiçəklər içində, günəşlər açıram… Bir kiçik kainatım!
İnsanım və inanıram Sənə.

Qundaqdan kəfənə, beşikdən məzara və oradan əsl həyata uzanan rəhmətinə… Şəlalələrdə çağlayan, mərcanlarda parıldayan gözəlliyinə… Torpaq qoxusu verən məhsullar, şanlar, pətəklər tərəfindən ikram ikram üstünə bərəkətinə… Qan qırmızı qərənfillərdən, göz bəbəklərinə qədər, min bir növ və rəngarəng sənətinə inanıram…
Yoxa inanmaq yox! Şübhəsiz inanılacaq tək Sənsən.
Səbəblər! Sizə söyləyirəm, sizi səbəb göstərənlərdə cinayət, günah, Sevgilim ol deyer və olar …

ALLAHım…
Bir sevdadır sənə inanmaq…
Qürbətdə birdən qovuşmaqdır!
Hər şeyimi Sən verdin, hər şeyim Sənin.
Səni Sənə layiq izah edə bilmədim, bağışla! Sözüm çatmadı!
ALLAHım bu qulunun bütün söyləyə bildiyi bu qədər.
Mən bu qədərəm…
Şükür ki, Sən bu qədər deyilsən!


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:05
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
ALLAHım…
Bir sevdadır sənə inanmaq…
Qürbətdə birdən qovuşmaqdır!
Hər şeyimi Sən verdin, hər şeyim Sənin.
Səni Sənə layiq izah edə bilmədim, bağışla! Sözüm çatmadı!
ALLAHım bu qulunun bütün söyləyə bildiyi bu qədər.
Mən bu qədərəm…
Şükür ki, Sən bu qədər deyilsən!

--------------------

★Miss Love★

  • 7 aprel 2012 00:34
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: Sevgi Yalniz Allaha
vauuuuuuuuu superrr superrrr superrrrrrrrrrrrrrrrrrrrrrrrrr ssssssssssssssssssssssuuuuuuuuuuppppppppppppppeeeeeeeeeeeeeeeerrrrrrrrrrr ne gozel nevauuuuuuuuu superrr superrrr superrrrrrrrrrrrrrrrrrrrrrrrrr ssssssssssssssssssssssuuuuuuuuuuppppppppppppppeeeeeeeeeeeeeeeerrrrrrrrrrr ne gozel ne menali yazmisan ellerine sagliq allah senden razi olsun bir daha onun varligini bizim yadimiza salib qudretini xatirlatdin emeyine deydi tesekkur xabere gore menali yazmisan ellerine sagliq allah senden razi olsun bir daha onun varligini bizim yadimiza salib qudretini xatirlatdin emeyine deydi tesekkur xabere gore

enigmatic_girl

  • 6 aprel 2012 22:19
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler..

--------------------

SevgiHeyatdi

  • 6 aprel 2012 21:02
  • Məqalə: 6
  • Şərh: 303
  • Bal:
{awards}
super.Allah razi olsun

--------------------
Wkalatimin Balasiiiiiiiiiiii............

J ♥ S

  • 6 aprel 2012 20:59
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Ən şəfqətli sənsən, ALLAHım. Çünki Sənsən anaları yaradan…
Ən qüdrətli sənsən, ALLAHım Çünki Sənsən dağları dik tutan…
superrrrr winked cox beyendim)))

--------------------
J & S ∞♥....

Aysel_

  • 6 aprel 2012 20:24
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler cox maraqli idi

Delya_91

  • 6 aprel 2012 20:21
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
ALLAHım…
Bir sevdadır sənə inanmaq…
Qürbətdə birdən qovuşmaqdır!
Hər şeyimi Sən verdin, hər şeyim Sənin.
Səni Sənə layiq izah edə bilmədim, bağışla! Sözüm çatmadı!
ALLAHım bu qulunun bütün söyləyə bildiyi bu qədər.
Mən bu qədərəm…
Şükür ki, Sən bu qədər deyilsən!

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

nar_18

  • 6 aprel 2012 20:20
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

YaKiWiKLi SeRSeRi

  • 6 aprel 2012 20:20
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
ALLAHım:
Küləkdən, işıqdan, dildən, insandan dəlillər göndərdin..
Peyğəmbərlərin, nizamını izah edən yazının sətir başları idi, sözlərin idi vəlilərin: dostların, Sənin imla işarələrin…
Geylani Səni söylədi, Rəbbani Səni, Mövlanə Sənə çağırdı, Qəzali Sənə.
Hiyləgərsə elm, ədəbsizsə ədəbiyyat, saxtadırsa sənət, gerçəyini; məqsədini itirmişsə, yox deyirsə desin!
Kiçik kitablar yox yazsa?
Kainat var yazan böyük ər kitab!
Yazan Sənsən, oxudan Sənsən.
Salam Sənə sevimli.
Bir naxışda min nəqşi nəqş edən Nəqqaş…
Atomundan qalaktikasına, zərrəsindən kürəsinə, yaratdığın nə varsa, hamısı içimdə dönür… Dalğalanır dənizlərin damarlarımda, buğlanır səma gözlərimdə, yuxular içindəyəm, çiçəklər içində, günəşlər açıram… Bir kiçik kainatım!
İnsanım və inanıram Sənə.

MUELLIFE TESEKKURLER SUPPER MELUMATDI!!

✰Dгeaм✰

  • 6 aprel 2012 20:19
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah senden razi olsun

Sevgi Yalniz Allaha

  • 6 aprel 2012 20:17
  • Məqalə: 4
  • Şərh: 32
  • Bal:
{awards}
vauuuuuuuuu superrr superrrr superrrrrrrrrrrrrrrrrrrrrrrrrr ssssssssssssssssssssssuuuuuuuuuuppppppppppppppeeeeeeeeeeeeeeeerrrrrrrrrrr ne gozel nevauuuuuuuuu superrr superrrr superrrrrrrrrrrrrrrrrrrrrrrrrr ssssssssssssssssssssssuuuuuuuuuuppppppppppppppeeeeeeeeeeeeeeeerrrrrrrrrrr ne gozel ne menali yazmisan ellerine sagliq allah senden razi olsun bir daha onun varligini bizim yadimiza salib qudretini xatirlatdin emeyine deydi tesekkur xabere gore menali yazmisan ellerine sagliq allah senden razi olsun bir daha onun varligini bizim yadimiza salib qudretini xatirlatdin emeyine deydi tesekkur xabere gore

gun batimi

  • 6 aprel 2012 20:02
  • Məqalə: 20
  • Şərh: 78
  • Bal:
{awards}
ALLAHım…
Bir sevdadır sənə inanmaq…
Qürbətdə birdən qovuşmaqdır!
Hər şeyimi Sən verdin, hər şeyim Sənin.
Səni Sənə layiq izah edə bilmədim, bağışla! Sözüm çatmadı!
ALLAHım bu qulunun bütün söyləyə bildiyi bu qədər.
Mən bu qədərəm…
Şükür ki, Sən bu qədər deyilsən!
Pikos saqol wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}