Gecə oxusu: İtki

 
Gecə oxusu: İtki

Əllini haqlasa da, əlli-ayaqlı deyildi. Mağmın, bükük, ruhu əzik adamdı. Fəsildən-fəsilə radiodalğa kimi keçirdi.

Bir axşam özü kimi bürüşük qadını ilə çay içirdi. Qadınından qənd istədi. Qadını tənbəl-tənbəl ona baxıb, "özünə gəl" dedi - "görürsən ki, çay içirəm, əyil özün götür".

"Özünə gəl" - sözü ona sillə kimi dəydi. Qadını haqlı idi. Haçandı özündə deyildi. Özündən çıxmışdı. Özünə gəlmək üçün əvvəlcə özünü hiss etməliydi. Özü çoxdandı hiss olunmurdu. Özü yox idisə, hara qayıtsın? Arvadı burda idi, oturub çay içirdi, bəs özü harda idi? Bəs, onun ayaqları üstə duran kim idi? Özü deyildi axı...

Güzgünün önünə keçdi. Özünü xatırlamaq istədi. "Özü" yadından çıxmışdı. Güzgüdən ona sönük, çəlimsiz, sözü, əməli içində sınıb qalmış qorxaq bir adam baxırdı. Bu adam kim idi? O, ümid və arzularını, xatirində qalmış özünü, içindəki istiliyi bu güzgüdəki "leşə" görəsən necə sığışdıracaqdı? Görəsən o, söz-söz, əməl-əməl, yaş-yaş xırdalanıb, doğrudanmı bu güzgüdəki adama çevrilmişdi? Bu adam onun qəlbinin qəlibində deyildi axı? Gözlərini təsbeh kimi şaqqıldadan qadına baxıb: - "Özümə gələ bilmirəm" - dedi. Özüm, özüm deyiləm!"
Qadını "təsbehini" saxlayıb:

- Düz iyirmi il bundan qabaq sən özünü itirdin. O gündən sənə deməyə qorxuram. Yaxşı ki, söhbəti özün açdın. Özünü tap!

Qadının sözləri onu sinirləndirdi:

- Bəs mənə niyə demirdin? - qışqırdı.

Qadını çiyinlərini çəkdi...

Paltosunu geyinib, eşiyə çıxdı.

Üstündən iyirmi il keçəndən sonra indi özünü harada axtarsın? Görəsən necə və nədən itmişdi? Nə vəzifə sahibi idi ki, əyilsin, nə də o qədər kasıb idi ki, alçalsın. Elə-beləcə, saat kimi yaşamışdı. İndi isə "özünü" itirmişdi, hardasa düşüb qalmışdı, daha yox idi, başqası idi.

* * *

Dostu qapını açan kimi hər şeyi anladı:

- Səni çoxdan gözləyirdim, keç içəri!

Paltolu mizin arxasına oturub gözlərini dostuna zillədi:

- Haçan olub bu?

Dostu:

- İyirmi il olar - dedi.

Dostunun sözləri qadınının sözləri ilə tən gəlirdi. Ona nə olmuşdusa, iyirmi il əvvəl olmuşdu. Dostu çayları mizin üstünə qoyub, kətilə əyləşdi:

- Bunu sən məndən yaxşı bilməlisən ki - dedi. - Bir də, fıkir eləmə, hamı bu ömründə gec-tez özünü itirir. Hələ sən sevin ki, bunu başa düşmüsən. Çoxusu heç bunu bilmir. Elə özgə sifətlə də ölür!

- İndi mən neyləyim. Özümə necə gəlim?

Dostu çiyinlərini çəkib:

- Nə bilim, - dedi.

Ayağa qalxıb, eyvana çıxdı. Şəhər içinə çökmüşdü. Təkəm-seyrək işıqlar böyük qaranlığın qorxusu qabağında çırtlamış xırda ümid şüləkləri idi, titrəşirdilər...

"Axı iyirmi il bundan qabaq nə olmuşdu?" Dostu eyvana çıxıb papiros odladı:

- Özün heç nə xatırlamırsan? - soruşdu.

- Yox, xatırlamıram... İyirmi il bundan qabaq yadda qalmayan min doqquz yüz səksən beşinci il idi. O il nə olmuşdu ki? Subay oğlan idim. Mətişlə kinoya-zada gedirdik. İşləyirdim. Səhərlər stadionda qaçırdım. Nənəm sağ idi. Vallah bundan savayı yadıma heç nə gəlmir!

- Bəlkə kimsə səni qorxudub? Bəlkə adam öldürmüsən? Oğurluq etmisən? - dostu işin axırına çıxmaq istəyirdi.

- Məni tanımırsan?

İçəri keçdilər. Dinməzcə oturub bir müddət bir-birlərinə baxdılar. İlləri çevirirdilər. Ayağa qalxanda dostu xoruldayırdı.

* * *

Qadını dəhlizdə durub, onu gözləyirdi. Hiss olunurdu ki, bütün gecəni yatmayıb.

- Nə oldu, tapdın özünü?

- Yox!

- Bundan sonra sən daha kimə lazımsan? Birtəhər yaşa getsin.

Soyunub yatağına girdi. Bərkdən:

- Axı, adam necə itə bilər? Necə yox olar? Bəs onda mən kiməm? - qışqırdı. Yorğanı başına çəkməmiş bir də güzgüyə baxdı. Özü deyildi...

Qadınını səslədi:

- Gəl, burda otur, mən yatım, tək qorxuram!

Qadını yataq otağına girib:

- Nədən qorxursan? - soruşdu.

Çiyinlərini çəkib, gözlərini yumdu. Və qəfil dərk etdi ki, üzündəki üzü onun üzü olmasa da, özü özü olmasa da, bu qorxaq yuxululuğu çox və rahat "YAŞAMAQDAN" ötrüdür, necə olur-olsun, hansı sifətdə olur-olsun, hələ yaşamaq istəyir... Və deyəsən onun "özünü" itirməsi də, nəyin bahasına olur-olsun, "YAŞAMAQDAN" ötrü olmuşdu. Utanıb yorğanı başına çəkdi...

Gecə oxusu: İtki


Geri dön

Воровской

  • 10 aprel 2012 17:14
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
ne uzundu buuuu twk

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

RoMaNTiK SerSeRi

  • 9 aprel 2012 19:45
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
TEWEKKIURLER QEWENG XEBERDIR.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

lau

  • 7 aprel 2012 08:44
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
MARAQLIDI TWKKKKKKKKKKK

--------------------
Dost istəsən ALLAH, sohbət istəsən Quran, düşmən istəsən nəfs, varlı olmaq istəsən qənaət yetər!!!

gulnihal

  • 7 aprel 2012 08:12
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
20 il az vaxt deyil gencliyinde ozunu itiren insan qocaliginda nece ozunu tapa biler?

SWEET LOVE

  • 7 aprel 2012 02:10
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
coox menalidi dogurdanda eledi.sagol

Victorious

  • 7 aprel 2012 00:30
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Cox da maraqli deyildi.eziyete gore tesekur

--------------------

peri_BIEBER

  • 7 aprel 2012 00:09
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
twk edirem thank you tongue

★Miss Love★

  • 6 aprel 2012 23:57
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hmm maraqlidir...тewekkurler eziууeтe gore

_RiHanNa_

  • 6 aprel 2012 23:02
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
THanksss))))))Maraqli idi..

Nuray2012

  • 6 aprel 2012 22:47
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler xebere gore maraaqlidi

--------------------

enigmatic_girl

  • 6 aprel 2012 22:38
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
yarisini oxudum

--------------------

LoVe_LiFe

  • 6 aprel 2012 22:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler hamisini oxumaga sebrim catmadi twkler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 98
Cəmi: 123

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}