Qan azlığından törəyən bəla

 
Qan azlığından törəyən bəla

Müasir dövrdə ciddi aktuallıq kəsb edən xəstəliklər arasında anemiya - qan azlığı da var. Anemiya xəstəliyi 1823-cü ildə ingilis alimi Duvlok tərəfindən aşkarlanıb. Dünyasını tez dəyişdiyindən bu xəstəliyin müalicəsini tapmaq Duvloka nəsib olmayıb. Ancaq tibbin inkişafı anemiyanın müalicəsini tapmağa şərait yaradıb. Buna baxmayaraq, hələ də anemiya xəstəliyindən əziyyət çəkənlərin sayı kifayət qədərdir.

İnsanlar arasında anemiyanın dəmir defisitli və B12 çatışmazlığı zamanı yaranan formaları daha geniş yayılıb

Həkim-hemotoloq Pərvin Quliyeva anemiya xəstəliyinin qanda olan hemoqlobin konsentrasiyasının faizinin aşağı düşməsi və oksigen daşıyıcısı sayılan eritrositlərin funksiyasının pozulması nəticəsində əmələ gəldiyini deyir. Onun sözlərinə görə, anemiyanın oplastik, hemolitik kimi növləri var. Ancaq son illər xəstəliyin insanlar arasında ən geniş yayılan növləri dəmir defisitli və B12 çatışmazlığı zamanı yaranan anemiyadır. Dəmir defisitli anemiya qanda dəmir çatışmazlığı zamanı əmələ gəlir. Xəstəliyin bu növü əsasən xroniki qanitirmədən yaranır. Məsələn, mədə xorası, bağırsaqlarda yara və çatlar olanda qanaxmalar baş verir, lazımi müalicə kursu almadıqda bir müddətdən sonra bu, dəmir defisitli anemiya ilə nəticələnir.

Gündəlik istifadə edilən qidada zülalların, vitaminlərin, qanyaradan mikroelementlərin miqdarının azlığı dəmir çatışmazlığı yaradır

P.Quliyeva vurğulayıb ki, dəmir çatışmazlığının yaranmasına digər bir səbəb isə gündəlik istifadə edilən qidada zülalların, vitaminlərin, qanyaradan mikroelementlərin miqdarının azlığıdır. Anemiyanın bu növü bəzi hallarda anadangəlmə olur: «Orqanizmdə dəmir çatışmadıqda hər şeydən əvvəl hüceyrələrin tənəffüsü pisləşir ki, bu da toxuma və orqanların distrofiyasına aparıb çıxarır. İnsanda dəmiri mübadilə edən əsas orqanlar dalaq və qaraciyərdir, hər gün bu orqanlarda hemoqlobinin tərkibindəki dəmirin 100 milliqramdan 200 milliqrama qədəri parçalanır. Bu dəmir orqanizmdə zülal birləşmələri şəklində tutulub saxlanılır və qidadan sorulmuş dəmirlə birlikdə ehtiyat dəmir fondu yaradır. Həmin fonddan olan dəmir qanla sümük iliyinə keçir, burada o yeni qırmızı qan kürəcikləri əmələ gələrkən hemoqlobinin qurulmasına sərf olunur. Orqanizmdə dəmir dövranı başa çatdıqdan sonra ona daxil olan dəmir bir neçə saatdan sonra qandakı hemoqlobinin tərkibinə keçir. Bu funksiya pozulduğu təqdirdə isə dalaq və qaraciyər ciddi zədə alır».

B12 çatışmazlığından yaranan anemiya orqanizmdə həmin vitaminin yetərli olmamasından əmələ gəlir

Həkimin dediyinə görə, B12 çatışmazlığı zamanı yaranan anemiya orqanizmdə həmin vitaminin yetərli olmaması səbəbindən əmələ gəlir. Bu vitaminin çatışmaması zamanı qanın faizi aşağı düşür. B12-nin orqanizmdə azalmasına əsas səbəb isə tərkibində həmin vitamin mövcud olan məhsullardan yetərli səviyyədə istifadə edilməməsidir.

B12 vitaminin çatışmazlığından yaranan anemiyada ümumi zəiflik, saçın tökülməsi və dırnaqların qırılması kimi hallar baş verir. Dəmir defisitli anemiyada isə baş gicəllənmələri, ürək ağrıları, dodaq və dilin quruması, dərinin çatlaması, dalaq, qaraciyərin şişməsi ortaya çıxır. Vaxtında müalicə kursu almadıqda isə orqanizmdə damar keçiriciliyi pozulur və maye toxumalara keçir, nəticədə bədəndə şişlər əmələ gəlir.

Anemiyanın yüngül formalarında həkim tərəfindən tətbiq edilən müalicə kursundan sonra orqanizmdə yaranan qan azlığı aradan qalxır

Hemotoloq qeyd edib ki, anemiyanın yüngül formalarında həkim tərəfindən tətbiq edilən 3-4 müalicə kursundan sonra orqanizmdə yaranan qan azlığı aradan qalxır. Ancaq xəstəliyin ağır formaları olduqda, yəni qan 20-25 faizə endikdə xəstəyə mütləq qan köçürülməlidir. Əks təqdirdə, xəstənini vəziyyəti ağırlaşar və bu, onun ölümü ilə nəticələnə bilər.

Qana ehtiyacı olan xəstələrin adətən ilkin müraciət etdikləri ünvan Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutudur. İnstitutda qana ehtiyacı olanlara yardım etmək üçün Qan Bankı yaradılıb. Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur.

İnstitutdan verilən məlumata görə, Bankda qanın toplanması zamanı təhlükəsizliyə ciddi nəzarət olunur. Banka qan vermək üçün müraciət edən hər bir şəxs ilk öncə ətraflı müayinə edilir. Alınan qan isə laboratoriyada QİÇS, hepatit, malyariya, vərəm xəstəliklərinə görə yoxlamadan keçirilir. Yalnız laborator yoxlamanın nəticələri müsbət olduğu təqdirdə donor qanı xəstələrin müalicəsinə yönəldilir.


Geri dön

RoMaNTiK SerSeRi

  • 9 aprel 2012 19:44
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
TEWEKKIURLER QEWENG XEBERDIR.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

nar_18

  • 7 aprel 2012 13:24
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
mende de qan azligi var cox pisdi adamin tez tez bashi firlanir en piside oduki adamin gozleri qaralir ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

only-girl

  • 7 aprel 2012 12:48
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
menimde qanim azdi:)hekim deyir shagalar cox ye ki ganin coxalsin nar girmizi meyveler en coxda nar deyriler.gan azligi cox pisdi insanin bashi herlenir gozleri tez tez garalir

--------------------

lau

  • 7 aprel 2012 08:42
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
BILMIRDIMMM XEBERE GOREE TESEKKURLERRRR

--------------------
Dost istəsən ALLAH, sohbət istəsən Quran, düşmən istəsən nəfs, varlı olmaq istəsən qənaət yetər!!!

gulnihal

  • 7 aprel 2012 08:04
  • Məqalə: 0
  • Şərh: 196
  • Bal:
{awards}
melumatlandirdiginiz ucun tesekkurler.ALLAH cemi xestelere sefa versin.

SWEET LOVE

  • 7 aprel 2012 01:05
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
cox saqol maraqli idi

C.I

  • 7 aprel 2012 00:57
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allahhqqi nece duzduuu bir Allah bilir cox sag olun tsk edirem........

--------------------

peri_BIEBER

  • 7 aprel 2012 00:08
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
twk edimdee

★Miss Love★

  • 6 aprel 2012 23:50
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
azdan coxdan bilirdim bu xesтelik haqqinda indi eтrafli bildim тewekkur edirem

Victorious

  • 6 aprel 2012 23:38
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Bu xestelik haqqinda melumatim variydi. daha cox oldu tesekkur

--------------------

_RiHanNa_

  • 6 aprel 2012 23:01
  • Məqalə: 84
  • Şərh: 1644
  • Bal:
{awards}
Sitat: Nuray2012
cox sagol xebere gore

VIPTOZ

  • 6 aprel 2012 22:56
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
bu xesteliyin yaranma sewbebin bilirdim yenede tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Dalga

  • 6 aprel 2012 22:54
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Bilmirdim tewekkurler

--------------------

EnD of TiMe

  • 6 aprel 2012 22:46
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Onun ucunde coxlu meyve yeyin...mende normaldi..tesekkurler xebere gore

Nuray2012

  • 6 aprel 2012 22:45
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
wassat cox sagol xebere gore

--------------------

enigmatic_girl

  • 6 aprel 2012 22:42
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Sitat: ... Dəryam ...
Maraqlı məlumatlardı . .
Mənim də qanım azdı

Ayyyy menimdee...wassat

--------------------

... Deryam ...

  • 6 aprel 2012 22:38
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Maraqlı məlumatlardı . .
Mənim də qanım azdı recourse

--------------------

LoVe_LiFe

  • 6 aprel 2012 22:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hmmm bilmirdim twkler

mehika

  • 6 aprel 2012 22:15
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Allah komeyiniz olsun

--------------------
(¸.•´¸♥➷♥¸.•´♥¸.•´♥¸.•*¨)♥.•*¨)¸.•*♥¸Başını onun çiyininə söykəyib lütfən məni tərk etmə deyə yalvaracağına, alınını səcdəyə qoyub ürəyimə görə ver
ALLAHım de... (¸.•´¸♥➷♥¸.•´♥¸.•´♥¸.•*¨)♥.•*¨)¸.•*♥¸
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}