110 Ayə işığında Hz. Əli (ə.s.) - 31-40 Ayələr

 
110 Ayə işığında Hz. Əli (ə.s.) - 31-40 Ayələr

31. “.....bu Allah yanında olan nemətdir. Yaxşı iş görənlər (əbrurlar) üçün Allahın yanındakı (daha) xeyirlidir”. (Ali-İmran, ayə 198)

Əsbağ ibni Nəbbat rəvayət edir ki, Həzrəti Əlinin (ə.) bele buyurduğunu duydum: Həzrəti Peyğəmbər (s.a.v.v.) əlimdən tutaraq belə buyurdu: “Ey qardaşım ! bu ayədəki nemət (nuzul) sənsən, yaxşılar (əbrarlar) isə sənin şiələrindir ”. (“Şəvahidut-tənzil” c. 1, səh. 138)

32. “Və özünüzü öldürməyin, həqiqətən Allah sizə rəhimlidir”. (Nisa, ayə 29)
İbn Abbas bu ayənin təfsirində belə rəvayət edir: “Və özünüzü öldürməyin,
yəni Peyğəmbərin (s.a.v.v.) Əhli-beytini (ə) öldürməyin”. (“Şəvahidut –tənzil” c.1, səh.143; “Mənaqib” İbni Məğazili səh.318.)

33. “Yoxsa onlar Allahın öz fəzlindən verdiyi şeyə görə insanlara həsəd aparirlarmı?” (Nisa surəsi, ayə 54)
İbni Abbas bu ayənin təfsirində belə buyurmuşdur: Bu ayə Həzrəti Peyğəmbər (s.a.v.v.) və Həzrəti Əli (ə.) haqqınada nazil olub. Allahın fəzli peyğəmbərlik və imamətdir. (“Ğayətul-məram” səh.325)

Bu ayənin İmam Əli (ə.) haqqında nazil olduğunu yazan əhli-sünnə alimləri:
1) İbn Məğazili “Mənaqib” səh. 267; 2) İbn Həcər Heysəmi “Səavaiqul-muhriqə” səh. 57; 3) Şəhabəddin Həzrəmi “Rəşful sadi” səh. 37; 4) Suleyman Qunduzi “Yənabiul-məvəddə” səh. 121.

34. “... biz İbrahim ailəsinə (ə.) kitab və hikmət vermişdik və onlara əzəmətli bir mülk bağışladıq”. ( Nisa, ayə 54)
İbni Həcər Heysəminin rəvayətinə görə İmam Baqir (ə.) bu ayə ilə bağlı belə buyurmuşdur: ”Onlara (İbrahim ailəsinə (ə)) imaməti verdik. Onlara itaət Allaha itaət və onlara üsyan Allaha qaşı üsyandır. (“Səvaiqul-Muhriqə” səh. 93)

35. “Ey iman gətirənlər! Allaha, Rəsuluna və sizdən olan əmr sahiblərinə itaət edin!“ (Nisa, ayə 59)
Bu ayə Peyğəmbərin (s.a.v.v.) İmam Əlini (ə.) Mədinədə öz yerinə xəlifə təyin etdiyi vaxt nazil olmuşdur. Uca Allah bu ayədə müsəlmanlara Peyğəmbərə (s.a.v.v.) və onun öz yerinə təyin etdiyi əmr sahibi və xəlifəsinə itaət etmələrini əmr etmiş və onlara qarşı itaətsizliyini qadağan etmişdir. (“Ğayətul-məram” səh. 263-264)

36. “Allaha və Peygəmbərə (s.a.v.v.) itaət edənlər Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər ilə birlikdə olacaqlar”. (Nisa surəsi: 69-70)

İbn Abbas bu ayənin təfsirində belə demişdir ki , kim “Allaha və onun Rəsuluna (s.a.v.v.) itaət edərsə”- dən məqsəd “Allahın fərzlərinə ( vaciblərinə) və peyğəmbərlərin (ə.) sünnəsinə itaət edərsə” deməkdir. “Allahın nemət verdiyi peyğəmbərlər (ə.), siddiqlər, şəhidlər və salehlər ilə birlikdə olacaqlar”-dan məqsəd isə Əli ibni Əbi-Talib (ə), Cəfəri-Təyyar, Həmzə ibni Əbdül-Muttəlib, Həsən (ə) və Hüseyndir (ə). Bunlar şəhidlərin ağaları və ən xeyirliləridir.” Bu Allahın böyük bir lütfüdür”-dən məqsəd isə “İmam Əli (ə), Fatimə (s.ə.), Həsən (ə) və Hüseynin (ə) dərəcəsi peyğəmbərin (s.a.v.v.) dərəcəsi kimidir və cənnətdə də bir yerdedirlər“ deməkdir. (“Şəvahidut-tənzil” c.1, səh.153-154; “İrcəhul-Mətali” səh. 22; Zəhəbi “Mizanul-İtidal” c.2, səh.212.)

37. “Həqiqətən münafiqlər (ikiüzlülər) atəşin alt təbəqəsindədirlər”. ( Nisa, ayə 145)
İbni Əsakirin, Əhməd ibni Hənbəlinin rəvayətinə görə peyğəmbər (s.a.v.v.) belə buyurmuşdur: “Ey Əli! səni ancaq mömin sevər və sənə ancaq münafiq nifrət edər (buğz edər) və peyğəmbər (s.a.v.v.) yuxarıdakı ayəni oxudu. (“Tarixi İbni Əsakir” c.2, səh. 253)

Məğazili Peyğəmbərin (s.a.v.v.) belə buyurduğunu rəvayət etmişdir: Vay olsun Əhli-beytimə (ə.) zülm edənə! Cəhənnəmin alt təbəqəsində cəzalandərılacaqdır. (İbni Məğazili “ Mənaqib” səh. 66)

38. “İman gətirib saleh əməl edənlərə gəlincə, onların mükafatını Allah artıqlaması ilə verəcəkdir “ (Nisa, ayə 173).
Hakim Həskani İbni Abbasın belə dediyini rəvayət edir: Quranda hər nə qədər “iman edib saleh əməl edənlər” deyilirsə bu sözlərə layiq olanların ağası Əlidir (ə). Uca Allah öz kitabında səhabələri tənqid etdiyi halda İmam Əli (ə) haqqında xeyirdən başqa bir söz deməmişdir. (“Şəvahidut-tənzil” c. 1, səh. 21)

39. “Bu gün dininizi kamil etdim sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim” (Maidə, ayə 3).
Əbu Hureyrədən rəvayət edilir ki , Zil-hiccə ayının 18-də ( Qədir-Xum günündə ) Peyğəmbər (s.a.v.v.) belə buyurdu: “Mən kimin mövlasıyamsa (rəhbəriyəmsə) Əli də onun mövlasıdır “(rəhbəridir). Bu vaxt “bu gün dininizi kamil etdim” ayəsi nazil oldu. Belə deyilir ki , Peyğəmbər (s.a.v.v.) İmam Əlinin (ə) xəlifəliyini bəyan etdikdən sonra “Əliyə Möminlərin əmiri deyərək salam verin“ deyə buyurdu. Sonra Peyğəmbər (s.a.v.v.) təkbir deyərək -“Əllahu Əkbər dini kamil etdiyi üçün, nemətini tamamladığı üçün, Əlinin (ə) vilayətinə razı olduğu üçün “ buyurdu. (“Əd-durrul-mənsur “ c .3, səh. 19; “Mənaqib“ İbni Məğazili səh. 322-323; “Məqtəli Hüseyn“ Xarəzmi c.1, səh.470-480; “Mənaqib” Xarəzmi səh. 80)

40. “Allah iman gətirib saleh əməl edənlərə bağışlanma və böyük əcr (muzd) vədəsi vermişdir” ( Maidə, ayə 9).
Əllamə Hənəfiyyə Məvfiq ibni Əhmədin rəvayətinə görə Yezid ibni Şərahil Ənsari İmam Əlinin (ə.) belə deiyini eşitdim deyir: “Həzrəti Peyğəmbər belə dedi: Ey Əli!!! Allahın bu ayəsini duymursanmı? Allah iman edib saleh əməl edənlər deyəndə səni və sənin şiələrini qəsd etmişdir və bizim görüşəcəyimiz yer Kövsər hovuzun başıdır". (“Mənaqib-ul Xarəzmi“ səh.187)

110 Ayə işığında Hz. Əli (ə.s.) - 31-40 Ayələr


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:08
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
36. “Allaha və Peygəmbərə (s.a.v.v.) itaət edənlər Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər ilə birlikdə olacaqlar”. (Nisa surəsi: 69-70)

--------------------

RoMaNTiK SerSeRi

  • 9 aprel 2012 19:41
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
TEWEKKIURLER QEWENG XEBERDIR.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

★Miss Love★

  • 7 aprel 2012 13:40
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli xebere gore sagol.ALLAH razi olsun

✰Dгeaм✰

  • 7 aprel 2012 13:28
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Alalh razi olsun senden.

nar_18

  • 7 aprel 2012 12:41
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
cox gozel deyerli cumlelere gore teshekkur edirem ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Мой Мир

  • 7 aprel 2012 12:25
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
32. “Və özünüzü öldürməyin, həqiqətən Allah sizə rəhimlidir”. (Nisa, ayə 29)
İbn Abbas bu ayənin təfsirində belə rəvayət edir: “Və özünüzü öldürməyin,
yəni Peyğəmbərin (s.a.v.v.) Əhli-beytini (ə) öldürməyin”. (“Şəvahidut –tənzil” c.1, səh.143; “Mənaqib” İbni Məğazili səh.318.)
Deyerli xebere gore minnetdaram ALLAH razi oldun

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 10
Cəmi: 24

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}