Hz. Əli (ə.s.) Hz. Fatimənin (s.ə.) qəbrinin açılmasının qarşısını şiddətlə aldı!

 
Hz. Əli (ə.s.) Hz. Fatimənin (s.ə.) qəbrinin açılmasının qarşısını şiddətlə aldı!

Hz. Əli (ə.s.) Hz. Fatimənin (s.ə.) qəbrinin açılmasının qarşısını şiddətlə aldı!

Bir mənbəyə əsasən, Fatimənin (s.ə) dəfn olunduğu gecə Bəqidə qırx təzə qəbir düzəldildi. Müsəlmanlar o Xanımın (s.ə) vəfatından xəbərdar olduqda Bəqi qəbristanlığına getdilər, lakin orada qırx təzə qəbir gördülər. Fatimənin (s.ə) qəbrini tapa bilmədilər. Onların şivən və ah-nalə səsləri ucaldı. Bir-birini məzəmmət edib deyirdilər: «Peyğəmbərin (s.a.v.v.) sizin içinizdə bir qızı var idi, o da dünyadan getdi və torpağa tapşırıldı, amma siz onun namaz və dəfnində iştirak etmədiniz, qəbrini də tapmadınız.» Tayfa başçıları dedilər: «Gedin, imanlı qadınlardan bir neçəsini gətirin, bu qəbirləri açsınlar, Fatimənin (s.ə) qəbrini tapıb ona namaz qılaq, qəbrini ziyarət edək

Əli (ə.s) bu məsələdən agah olanda qəzəbli halda evdən çıxdı. O qədər qəzəbli idi ki, gözləri qızarmış, boynundakı damarlar şişmişdi. O Cənab (ə.s) acı hadisələrlə əlaqədar geydiyi sarı əbanı çiyninə salmışdı. O, Bəqiyə gəldi və camaatı bu işdən çəkindirib qorxutdu. Camaat deyirdi: «Bu gələn Əliyyibn Əbi Talibdir. O and içmişdir ki, əgər bu qəbirlərdən bir daş yerindən tərpənərsə, hamınızı qılıncdan keçirəcək.» Bu zaman Ömər özünün bir dəstə səhabəsi ilə birlikdə Əlinin (ə.s) yanına gəldi. Ömər dedi:
-Ey Əbul Həsən! Bu, nə işdir görmüsən? Allaha and olsun ki, hökmən Zəhranın qəbrini açacağıq ki, ona namaz qılaq.

Əli (ə.s) əlini onun arxalığına atıb onu öz paltarına bürüdü və yerlə sürüdü.

Ömər yerə sərildi. Həzrəti-Əli (ə.s) ona buyurdu:
-Ey Həbəşiyyəli Sevdanın oğlu! Mən camaatın dindən çıxacağından qorxduğum üçün öz haqqımdan keçdim.
Amma Fatimənin (s.ə) qəbrini açmaq kimi istəyinizdən əl çəkməsəniz, Allaha and olsun ki,
yeri sizin qanınızla sirab edərəm. Bu işdən əl çəkin, təki canınız salamat qalsın.

Əbu Bəkr Əliyə (ə.s):
-Səni and verirəm, Rəsulullahın haqqına, Öməri burax. Biz sənin xoşlamadığın işi görmərik.
Bu zaman həzrəti-Əli (ə.s) Öməri buraxdı. Camaat dağılışdı və onlar qəbri açmaq fikrindən döndülər.
(Şeyx Abbas Qumi "Beytul-Əhzan")


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:17
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: C.I
Allah razi olsun......

--------------------

RoMaNTiK SerSeRi

  • 9 aprel 2012 20:01
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
TEWEKKIURLER QEWENG XEBERDIR.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_TUNAR_MAMEDOV_

  • 7 aprel 2012 21:33
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
oliqarx,

brat oxuyanda deqiq oxu...!

--------------------

oliqarx

  • 7 aprel 2012 14:23
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
kimin nesen sozu var buyursan yazsin haqqi uze cixardaq.

bu yazilanlar yalandan basqa hecnde deyil.Omer r.a heyat yoldasi Eli r.a qizi olub.nece ola biler ki,Eli r.a oz kurekeni olan Omer r.a yerle surusun?????????

Əli (r.a) demişdir: “Filankəsin (Əbu Bəkr və ya Ömər) ölkəsi nə əzəmətlidir.O,əyriləri düzəltdi,bidətləri aradan qaldırdı və Allah Rəsulu (s.a.s)-in sünnəsini bərpa etdi,fitnəni arxada qoydu.O,dünyadan günaha bulaşmadan,eyibsiz halda getdi,bu dünyanın xeyrini götürdü,şərrini isə atdı,Allahın itaət borcunu ödədi və ondan lazım olduğu qədər ehtiyyat etdi.(təqvalı oldu)
(“Nəhcul Bəlağa” Subki Saleh tədqiqi ilə səh 350; Muhəmməd Abduhun nüsxəsində c.2,səh 322)

Nəhcul Bəlağanın məşhur şərhçisi Meysəm əl Bəhrani bu sözlərin şərhində deyir:
“Bilin ki,Şiə Əli (r.a)-n bu sözləri qarşısında ortaya bir sual qoyub.Bu mədhlər bizim bu iki şəxs baradə olan iddialarımızı alt üst edir.Hansı ki,biz bu iddialar üzərində icma etmişik.Ola bilsin ki,Nəhcul Bəlağada olan Əli (r.a)-ın bu sözləri heç Əli (r.a)-ın sözləri deyil,ya da bizim bu icmamız xətadır. Xülasə bizə vacibdir ki,Əli (r.a)-ın bu sözlərini təqiyyəyə aid edək.”(c.4,səh 98)

İbn Əbil Hədid yazır: “Burada rəhbər sözündən qəsd olunan Ömər ibn Xəttabdır.Mən bu nəqlin Əbul Həsən ər Riza tərəfindən Nəhcul Bəlağada yazıldığı digər nüsxəni tapdım və filankəs sözünün yanında Ömər yazıldığını gördüm.Mən bunu Naqib Əbu Cəfər Yəhya ibn Əbu Zeyd əl Ələvidən soruşdum və O dedi ki,bu Ömərdir.Mən ondan soruşdum: “Məgər Möminlərin Əmiri Öməri tərifləyib?”
O dedi: “Bəli” (İbn Əbil-Hədid "Şərhu Nəhcil-Bələğa", c.3,səh 92,cüz 12)

Əli (r.a) və Ömər ibn Xəttab (r.a) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a) Ömərə (r.a) belə dedi: “Sən bu düşmənin üzərinə özün gedib onlarla döyüşsənşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları olmaz (“Sığınacaq” deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur. ) Onların səndən sonra müraciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan.” (“Nəhcu-l-Bəlağə”, səh 193 (tərcümədə səh, 167-168), suffuh salih nüsxəsi,Muhəmməd Abduhun nüsxəsində 134-cü xütbə və ya 132-ci xütbə)

Əli (r.a) daima xütbələrində deyərdi: “Allahım! Raşid xəlifələrini islah etdiyin kimi, bizi də islah et!” Ondan soruşanda ki; “onlar kimlərdir?”, cavabında İmam belə demişdir: “Onlar iki sevimli, İslamın şeyxləri, hidayət rəhbərləri və Peyğəmbər (s.a.s) dən sonra özlərinə tabe olunan Qureyşin kişiləri: Əbu Bəkr və Ömərdir. Kim onlara tabe olsa qorunar, onların izi ilə gedən isə doğru yolda olar.”(Tusi “Təlxisuş-Şəfi” 2/428).

C.I

  • 7 aprel 2012 14:03
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun.........

--------------------

oliqarx

  • 7 aprel 2012 14:02
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
demeli bu yazilanlar hamisi yalandan basq bir sey deyil.Omer r.a Eli r.a qizi ile evlenmisidr.indi ele cixir ki,Eli r.a oz kurekenini suruyub??????????

Fatime r.a qebrini niye gizletsinler???????Peygemebr s.a.s qebri bellidir haradadir.amma mene maraqlidir niye Fatime r.a qebrini gizledibler?????he onu da deyim ki,fatime r.a qebri baqi qebirsanliginin sol terfindedir.

✰Dгeaм✰

  • 7 aprel 2012 13:47
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}