Toyuq çığırtması

 
Toyuq çığırtması

Çığırtma sözü Azərbaycan mətbəxinə yad deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və sairə. Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda çırpılmış yumurta tökülüb bişirilir. Toyuq Çığırtması belə yeməklərdən biridir. Çox ləzzətli olur. Bu yeməyin bişirmə üsulu şəhərdən şəhərə, rayondan rayona, hətta ailədən ailəyə bir az da olsa dəyişir. Mənim üsulum isə burda gördüyünüzdür. Toyuq əti bişdikdən sonra mən onu bir müddət pomidor və soğanla vam odda bişirirəm ki, dadlar bir birinə qarışsın və pomidorlu sous yumşalsın. Yumurtanın sayını isə çox eləmirəm. Rəfiqəm Güllü isə bu yeməyi başqa cür bişirir. Yeməyə limon turşusu əlavə edir. Məncə ləzzətli olar. Gərək bir gün onun da metodundan istifadə edim. Eşitdiyimə görə Səlyan rayonunda da toyuq çığırtmasını limon suyuyla bişirirlər. Bəs siz bu yeməyi necə bişirirsiniz? Maraqlıdır.

TOYUQ ÇIĞIRTMASI
4-6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
3 xörək qaşığı bitki yağı
2 xörək qaşığı kərə yağı
1 iri baş yarım-halqalara doğranmış soğan
1 kilo tikələrə bölünmüş toyuq əti (mən sümüksüz bud ətindən istifadə edirəm.Təxminən 10 tikə olmalıdır)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 xırda doğranmış iri yetişmiş pomidor
3 yüngülvari çalınmış yumurta
zövqə görə doğranmış keşniş

QEYD1: Əgər pomidorlarınız yaxşı yetişmiş ve sulu deyilsə, onda yarım stəkan qaynar suda 1 xörək qaşığı tomat yumuşaldın və pomidorlarla bərabər yeməyə əlavə edin.

QEYD 2: Bu yemək sobada bişirilib birbaşa süfrəyə də verilə bilər. Bunun üçün yumurtanı əlavə etməzdən əvvəl yeməyi soba qabına boşaldıb üzərinə yumurta əlavə edib 200C dərəcəlık sobada yumurta bərkiyənə qədər bişirin. Sonra Çığırtmanı elə o qabdaca süfrəyə verin.

1. Tavada 2 xörək qaşığı bitki yağı qızdırın və soğanı əlavə edib təxminən 10 dəqiqə qızardın. Qızarmış soğanı ayrı qaba boşaldıb, qabı kənara qoyun.

2. Qalan bitki yağını və kərə yağını soğanı qızartdığınız tavada qızdırın. Qeyd: Ərinmiş yağdan istifadə edirsinizsə, onda bitki və kərə yağının yerinə 3 xörək qaşığı ərinmiş yağ istifadə edin. Yağa toyuq tikələrini əlavə edib hər iki tərəfini yaxşıca qızardın.

3. Toyuğa duz və istiot vurun. Üztünə qızarmış soğanı, doğranmış pomidoru da əlavə edin. Tavanın qapağını örtün və yeməyi arada qarışdıraraq orda odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana qədər bişirin.

4. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir) bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək və ya plovla yeyin. NUŞ OLSUN!


Geri dön

Music Star

  • 19 aprel 2012 21:48
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
Bu yemekden xosum gelir plovla lap lezzetli olur

--------------------

RoMaNTiK SerSeRi

  • 9 aprel 2012 20:12
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
TEWEKKIURLER QEWENG XEBERDIR.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_DreaM_

  • 8 aprel 2012 15:00
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
neemmm dadli gorsenir ,,, tsk love

--------------------

Elvin007

  • 7 aprel 2012 18:11
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
Dadli Gorsenir Ezyete gore sagol!

--------------------
▼►►Proqramming◄◄▼

_NERMİW_

  • 7 aprel 2012 17:27
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
nyam-nyam mende isteyirem feel

EnD of TiMe

  • 7 aprel 2012 17:19
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Ureyim istedi e..toyugu cox sevirem laughing ...tesekkurler..

.♣.Chrysalis.♣.

  • 7 aprel 2012 16:50
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
offffff acdim gedim yemek yeyim smile

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

C.I

  • 7 aprel 2012 16:44
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
vay super men etmirem ama mamam edir super olur tsk edirem canim.......

--------------------

★Miss Love★

  • 7 aprel 2012 16:30
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
hmm xebere gore тewekkurler))

LoVe_LiFe

  • 7 aprel 2012 16:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hm yaxsidi pis deyil men bunu bilirdim amma yenede twkler

✰Dгeaм✰

  • 7 aprel 2012 16:04
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Resepti goturdum.Cox sagol.

SU PƏRİSİ

  • 7 aprel 2012 15:47
  • Məqalə: 153
  • Şərh: 3546
  • Bal:
{awards}
ILK SERH MENDEN XEBERE GORE TESEKKURLER.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 47
Cəmi: 66

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 59
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}