Sənin olmağa gəldim

 
Sənin olmağa gəldim


Sən idin.O sən idin.Gözlərimə inana bilmirəm.İllərlə axtardığım insan bir anda çıxdı qarşıma.Sənə son sözlərimi demədən getmişdin.Sən qəlbimdə duyduqlarımı görmədən,gözlərimdəki sevgini oxumadan getmişdin.Bir yalnış anlama üzündən aramıza ayrılıq salmışdın,amma səni heç unutmadım.Getdiyim hər şəhərdə,gəzdiyim hər küçədə nə vaxtsa səni tapacağıma əmin idim.Bir gün yenidən qovuşacağımız günün ümüdü ilə yaşayırdım.Sənə yenidən sarılacağım,gözlərinə baxıb “SƏNİ SEVİRƏM” deyəcəyim günün arzusu ilə nəfəs alırdım.” Bunları düşünərək yola davam etdiyim an birdən səni gözdən itirdim.Dəli olmuşdum.Səni itirməyi,ikinci dəfə bu ağrını yaşamağı gözə ala bilməzdim.Hər yana baxırdım.Bütün küçələrə qaçaraq baxırdım.Nəhayət səni tapdım.Bir evə daxil oldun.Qapıya yaxınlaşdım,döymək istədim,açasan qapını sarılım sənə,həsrət qaldığım qoxunu duyum.Amma bunu etmədim,sadəcə ətrafdan burda yaşayıb-yaşamadığını öyrəndim,başqa heç bir şey demədən getdim,lakin bu gediş müvəqqəti idi.Qarşına belə çıxmaq istəmirdim.Sevincimi ortaq dostumuzla bölüşmək üçün ona qaçdım.Amma o sənin gəlişindən xəbərdar idi.Bura gəlişinin səbəbini öyrəndim.Mənə sənin onu nece tapdığını,ondan məni soruşduğunu,bizi görməyə gəldiyini söyləmişdi.Məndən səni harda,necə görməyimi soruşdu.Hər şeyi ona anlatdım.Səninlə hər ikimizin çox sevdiyi insanın toyunda görüşməyi qərara aldım.O gün iki bayram birdən yaşanacaqdı.O gün bizim üçün unudulmaz olacaqdı.O böyük gün gəlib çatmışdı.Sənə qovuşacağım,həsrətin son bulacağı Gün.Eşqimizin yenidən can bulacağı gün.Hər ikimiz həvəslə səni gözləyirdik.Artıq toy başlamışdı,amma sən hələ də ortada yox idin.Qəflətən hər tərəf zülmətə qərq oldu.İnsanlar arasında çaxnaşma düşdü və heç kimin gözləmədiyi bir şey. Heç birimizin ağlına gəlməyəcəyi sürprizi bizə sən etdin. Sən heç dəyişməmişdin.Öz işığınla peydə oldun.İnsanları öz səsinlə,rəqsinlə valeh etdin.Bu səs üçün necə darıxmışdım.Keçmiş günlər gözümdə yenidən canlanmışdı.Səni heyranlıqla izləyirdim.Rəqsə o qədər qapılmışdın ki,məni belə görə bilmirdin.Rəqsin bitdi.Hər kəs ürəkdən səni alqışlayan zaman sənə arxadan yaxınlaşdım.Çönüb məni görəndə üzündəki təsüratdan bir anda səs kəsildi.Lal-dinməz bir-birimizə baxırdıq.O anda gözlərimiz danışırdı.Bir-birimizə sarıldıq.Heç nə demədən,bir söz söyləmədən.Səni tapmışdım,artıq səni məndən heç kim qopara bilməzdi.Sevinc göz yaşları axıdırdım.Sənin gözlərindəsə anlaya bilmədiyim bir hüzün vardı.

Amma o qədər xoşbəxt idim ki,bunun səbəbini öyrənməyi sonraya buraxdım.Əlini heç buraxmırdım.bilmirəm nədən,amma içimdə bir narahatlıq vardı.Sanki bu sevinc əbədi olmayacaqdı.Saatlar dayanmadan gedirdi.Zaman su kimi axırdı.Rəqs etməyimizi istədin.Yalnız ikimizin oynaya biləcəyi bir rəqs.İkimizin mahnısını.O rəqsi heç unutmamışdım.Yağışlı bir gündə səni heç tanımadığım halda əlimi sənə uzadıb rəqs etməyi təklif etdiyim anı.Aramızda məhəbbət qığılcımlarının yaranmasına səbəb olan rəqsi.Ətrafımıza xoşbətlik saçırdıq.Məhəbbət rəqsimiz hər kəsi valeh etmişdi.Amma sənin gözlərində yaş axırdı gilə-gilə.Oynadıqca qulağıma bu sözləri dedin“Səni çox sevirəm,unutma məni” deyib gözlərini əbədi olaraq dünyaya yumdun.Həyat eşqiylə vuran,sevgimizlə döyünən qəlbinin döyüntüləri artıq eşidilmirdi.Nəfəsimlə cansız bədənini isidə bilmirdim.Məni sevən ruhun artıq göylərə yüksəlirdi.Sənə qovuşduğum an səni birdəfəlik itirdim.İndi səni əllərimlə torpağa verirəm.Sənsiz necə yaşayacığımı heç bilmirəm.Bildiyim bir şey varsa,o da SƏNİ ÇOX SEVİRƏM.

PS:Həyatda demək istəyib də,deyə bilmədiyiniz sözlər olub?Çox xoşuma gələn bir cümlədir:Deməyib gələcəkdə peşman olmaqdansa,bu gün o addımı atıb ürəyimdə xal qoymaram.Bununla nə dərəcədə razısınız?


Geri dön

sevgi yalandir

  • 4 noyabr 2010 15:09
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
Yusif,
SerSeRi_RuzGaR,
Милая_kisa,
roshka,
Ulya,
Azeri_Gozeli,
twk love

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Yusif

  • 2 noyabr 2010 17:42
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Tewekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrler

SerSeRi_RuzGaR

  • 2 noyabr 2010 14:36
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
fellow )))))))))))))))))))))))))

--------------------
<<<$aLunKa>>>

sevgi yalandir

  • 2 noyabr 2010 13:07
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
serh yazan her kese twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Kisa_Kiss

  • 2 noyabr 2010 12:21
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
love

--------------------

Ulya

  • 2 noyabr 2010 00:11
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox gozel yazidi.cox beyendim. winked

Azeri_Gozeli

  • 2 noyabr 2010 00:08
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 81
Cəmi: 99

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 26
Cəmi: 913
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 68
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}