Mobil rabitənin əhatə dairəsinə görə dünyada birinci yerdəyik

 
Mobil rabitənin əhatə dairəsinə görə dünyada birinci yerdəyik

Son bir il ərzində bu sahədə ölkəmizin mövqeyi 39 pillə yüksəlib. Bu barədə məlumat Dünya İqtisadi Forumunun (DİF) informasiya texnologiyaları barədə açıqladığı növbəti hesabatda (“Global İnformation Technology Report 2012”) yer alıb. DİF-in hesabatında göstərilir ki, ötən il Azərbaycan mobil rabitənin əhatə dairəsinə görə 138 ölkə arasında 40-cı yerdə olduğu halda, bu il mövqeyini yaxşılaşdıraraq, 142 ölkə arasında 1-ci yerə sahib olub.

Son bir ildə ölkəmizin mövqeyi 9 pillə yaxşılaşıb

Məlumat üçün bildirək ki, DİF 2002-ci ildən etibarən hər il ənənəvi olaraq dünya ölkələrində informasiya texnologiyalarının vəziyyətinə dair hesabat hazırlayır. DİF-in ekspertləri bu hesabat əsasında “Şəbəkə hazırlığı indeksi” adlı reytinq göstəricisi tərtib edirlər. Qeyd edək ki, Azərbaycan “Şəbəkə hazırlığı indeksi”nə görə 142 ölkə arasında 61-ci yerdə qərarlaşıb. Son bir ildə ölkəmizin mövqeyi 9 pillə yaxşılaşıb. Eyni zamanda qeyd edək ki, bu göstəriciyə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında yalnız Qazaxıstan (55-ci yer) və Rusiyadan (56-cı yer) geri qalır. MDB ölkələri arasında ən pis vəziyyət Ermənistan, Tacikistan və Qırğızıstanda müşahidə olunub. Bu ölkələr siyahıda müvafiq olaraq, 94, 114 və 115-ci yerlərdə qərarlaşıblar.

Azərbaycan sosial şəbəkələrdən istifadəyə görə MDB-də liderdir

DİF-in hesabatında həmçinin qeyd olunur ki, Azərbaycan informasiya texnologiyaları ilə bağlı bir çox məsələlərdə dünya ölkələri arasında ön sıralarda yer alır. Məsələn, Azərbaycan mobil rabitənin tarifinə görə 142 ölkə arasında 22-ci, internet tariflərinə görə 26-cı, İKT-ni ölkədə prioritet sahə hesab edən dövlətlər arasında 30-cu, sosial şəbəkələrdən istifadəyə görə isə 33-cü sırada qərarlaşıb. Qeyd edək ki, Azərbaycan bu istiqamətlərdə tutduğu mövqeyə görə qonşu ölkələr - Ermənistan və Gürcüstanı üstələyir. Məsələn, internet tariflərinə görə Ermənistan 142 ölkə arasında 104-cü, Gürcüstan isə 111-ci yerdə durur. Sosial şəbəkələrdən istifadəyə görə isə Ermənistan 102-ci, Gürcüstan 54-cü sırada qərarlaşıb. Onu da bildirək ki, Azərbaycan sosial şəbəkələrdən istifadəyə görə MDB-də də lider mövqeyə sahibdir. DİF-in hesabatında göstərilir ki, sosial şəbəkələrdən istifadə edən ölkələrin sıralamasında Moldova 96-ci, Rusiya 97-ci, Qırğızıstan 104-cü, Qazaxıstan 115-ci, Ukrayna 116-cı, Tacikistan isə 136-cı yerdə qərarlaşıb.

Pirat proqramlardan çox istifadə edirik

Onu da qeyd edək ki, informasiya texnologiyaları ilə bağlı bəzi istiqamətlərdə Azərbaycanın da mövqeyi ürəkaçan deyil. Məsələn, pirat proqramlardan istifadəyə görə Azərbaycan 142 ölkə arasında 100-cü yerdə qərarlaşıb. Bu sahədə vəziyyət Ermənistan (102-ci yer) və Gürcüstanda da (107-ci yer) acınacaqlıdır. Ölkəmizdə informasiya texnologiyaları sahəsində təhsilin səviyyəsi daha pis vəziyyətdədir. Bu sahədə 142 ölkə arasında 113-cü yerdəyik. Təhsilin səviyyəsinə görə Gürcüstandan (116-cı yer) öndə olsaq da, Ermənistandan (97-ci yer) geri qalırıq. Bundan başqa biznes sahəsində internetdən istifadəyə görə də mövqeyimiz ürəkaçan deyil: 142 ölkə arasında 106-cı yer. Bu sahədə isə Gürcüstan (92-ci yer) bizdən öndə, Ermənistan (113-cü yer) geridədir.

İsveç birinci, Haiti sonuncu olub

“Şəbəkə hazırlığı indeksi”nə görə informasiya texnologiyaları sahəsində ən yaxşı vəziyyət İsveçə məxsusdur. Qeyd edək ki, ötənilki hesabatda da İsveç ilk sırada yer tutub. Ötən ildə olduğu kimi, bu il də, ikinci yerdə Sinqapur, üçüncü yerdə Finlandiya qərarlaşıb. İlk onluğa həmçinin Danimarka, İsveçrə, Niderland, Norveç, ABŞ, Kanada və Böyük Britaniya daxildir. Ən pis vəziyyət isə Haiti, Yəmən və Anqolada müşahidə olunub.


Geri dön

enigmatic_girl

  • 6 may 2012 14:33
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
ooo super)))

--------------------

VIPTOZ

  • 8 aprel 2012 01:53
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
irelileyis var ne yaxsi nedese bizde birinci yere cixmisiq.musbet istiqametde tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Nuray2012

  • 7 aprel 2012 23:12
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
wassat aaaaaaaaaaaaaa ne yaxsi cooox sevindim Azerbaycan ireli gedir son iller erzinde smile

--------------------

Musique Sage

  • 7 aprel 2012 22:20
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
ne guzel palciq vulkanindan sonra birinci yer dunyada hayret wink belay

... Deryam ...

  • 7 aprel 2012 22:05
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Azərbaycan hər zaman yaxşı işlərdə irəlidə olmağı bacarıb smile

--------------------

Dalga

  • 7 aprel 2012 22:04
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Cox gozel xeberdir tewekkur edirem

--------------------

tek dileyim

  • 7 aprel 2012 21:43
  • Məqalə: 36
  • Şərh: 516
  • Bal:
{awards}
halaldi Azerbaycanima love

--------------------
.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

LoVe_LiFe

  • 7 aprel 2012 21:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
dogurdan ne yaxsi hec bilmirdim. sevindimki Azerbaycan bu sahede birincidi twkler

★Miss Love★

  • 7 aprel 2012 21:32
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hmm hec fikirlewmezdimki Azerbaуcan bu movzuda birinci olsun amma olubsa lap уaxwi ugurlar...тewekkurler xebere gore smile

Victorious

  • 7 aprel 2012 21:22
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Hec xeberim yoxuydu. yavas-yavas inkisaf eliyirik.tesekkurler

--------------------

✰Dгeaм✰

  • 7 aprel 2012 21:09
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Wow.Hec bilmezdim ki,Azerbaycan dedense birinci yer ola.Eslinde gozleyerdim,amma bu sahede yox diger sahelerde.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}