Yaşamaq gözəldir

 
Yaşamaq gözəldir

İnsanın bir ömür yorğunluğu onun həyatının hər saniyəsinə xüsusi xidmət etməsi anlamındadır. Ölümdən danışmaq insanlar üçün asandır. Amma ölümü yaşamağı heç kəs istəmir. Ölümə qədər yaşamaq çox gözəldir. Həyata daha rəngli baxmaq, daha fərqli yanaşmaq, standartlardan qaçmaq kimi tərzlər isə maraqlı körpülər yaradır...

Başlanğıc...

Yaşamaq gözəldir

Dünyaya göz açmış körpənin yaşamaq üçün gəldiyini onun ağlamasından anlamaq olur. İnsan doğulanda artıq başa düşmədən yaşamağa meyillidir. İlk addım atdıqda onun üzündəki təbəssüm bunun əyani sübutudur. Uşaqlıq dövrünün ən əsası məsuliyyət hiss etmədən yaşamaqdır. İstədiyini edirsən. Həyat sənin üçün o qədər maraqlı gəlir ki, etdiklərinə yalnız gülümsəyirsən. Uşaq vaxtı ağlayanda, onu bir neçə saniyə sonra unudursan. Bu çox gözəl bir şeydir. Kədəri unutmaqdan gözəl nə ola bilər. Sonralar elədiklərinlə bir nəticə çıxarmağa başlayırsan, bu nəticələr sənin düşüncələrinin formalaşamasına birbaşa təsir edir və sənin növbəti yaşamın, səni maraqdan əlavə bir az da təəcübləndirməyə başlayır. Yeni kəşflər etməyə çalışırsan. Uğur axtarmağa, uğur yaratmağa çalışırsan. Arzularının hər zaman xəyalını qurar və buna nail olacağına əmin olursan. Bu əminlik səni həyatının ən dinamik dövrünə gətirib çıxarır...

Gələcəyəm...

Yaşamaq gözəldir

Artıq gəncsən, istəklərini addımlayaraq reallaşdırmağa başlayırsan. Bəzən məqsədlərə doğru qaçırsan. Heç vaxt yorulmursan. Yuxularını reallaşdırmaq üçün hər səhər yenidən oyanırsan. Yenidən doğulduğunu hiss edirsən. Günlərinin maraqlı olması üçün, hər günə fərqli başlayırsan. Yeni dostlar qazanmaq, onlarla fikir mübadiləsi etmək, öyrənmək və öyrətmək prinsipi ilə yaşayırsan. Gördüyün çətinliklər sənin üçün təcrübəyə çevrilir. Tələbə adı qazanmaq, universitet həyatı, əylənmək bu dövrə təsadüf edir.
Təhsil — bu dövrün ən güclü tələbatıdır. «Mənim təhsilim, mənim gələcəyimdir» düşüncəsi sənin insanlara xidmət etməyə səsləyir. Çünki sən bilirsən ki, bu günün gənci, sabahın gələcəyidir. Gələcəyin sahibi sənsən. Çünki gəncsən...
Yaşamaq gözəldir yaşatmaqla. Hər hansı bir peşəyə sahib olub insanlara xidmət etmək və insanlara dəyər vermək sənin gənc olaraq nə etdiklərindən asılıdır. Nümunə yaratmaq, daim yaradıclıq etmək, keçmişi düşünməmək, gələcəyi qurmaq yalnız bu dövrün dəyərləndirilməsidir. İnsanlara qiymət verməyi öyrənirsən. İnsanın ən ali varlıq olduğunu qəbul edirsən. Güclü olmaq və rəqabət etmək sənin daxilini zənginləşdirir. Xatırlamadığın uşaqlıq isə səni keçmişə təbəssüblə, gələcəyə israrla baxmağa vadar edir. Daim razılaşmırsan, müxtəlif etirazlar edirsən,valideynlərinə, cəmiyyətə...Və bu, sənin insanlara sayğını artırır. Gənclik dövrü heç vaxt bitmir, sanki bu dövrü uşaqlıqdan yaşayırsan. Bu dövr heç vaxt bitməyəcək…


Yenidən...

Yaşamaq gözəldir

Zamanın insan həyatını bir mərhələdən digər mərhələyə keçirməsi onun qanunları bəzən pozması ilə nəticələnir. Zamanın üç əsas mərhələsi var: Uşaqlıq, Gənclik və Qocalıq. Seçimi isə sən edirsən. Adam var ki, bir ömür uşaqlıq edir. O, heç vaxt uşaqlığının bitməsini istəmir. İnsan yaşlandıqca səbrsiz və bir rəngi seçməyə üstünlük verir. Hər şeyin bitdiyini düşünür. Bu, belə deyil. Ömür boyu özünü gənc hesab etmiş isə qocalığını yenidən bir gənc kimi yaşayır. Gənc yaradıcı olur. İnsan fiziki olaraq yaşlandıqdan sonra mənəvi gəncdirsə, yenidən yaradıcılıq edəcək, düşünəcək, uğur qazanacaq. Niyə yenidən? Çünki sən qurduğun cəmiyyət, gələcək artıq sənindir. Artıq «indiki gələcək» zamandasan.
Sənin üçün nə keçmiş var, nə də gələcək. Bu gün var. Bir də sənin yaratdığın ortamı bəyənməyən gənclik formalaşıbdır ki, sən bundan xüsusi zövq alırsan. Fiziki olaraq yaşlı, mənəvi olaraq gənc olmağın bu zövqü yeniləşdirir səndə.
Ölüm qorxusu kimi bir hiss artıq yoxdur, sənin ölümün də gəncdir.
Bəlkə də yoxsan artıq, fiziki olaraq… Amma sənin yaşadığın gənclik davam edir...


Geri dön

asime

  • 26 aprel 2012 21:31
  • Məqalə: 0
  • Şərh: 291
  • Bal:
Twk........

✰Dгeaм✰

  • 17 aprel 2012 15:38
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Maraqli xeber ucun sagol.

Victorious

  • 11 aprel 2012 22:34
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Tesekkurler. beyendim

--------------------

RoMaNTiK SerSeRi

  • 9 aprel 2012 20:21
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
TEWEKKIURLER QEWENG XEBERDIR.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

enigmatic_girl

  • 9 aprel 2012 02:49
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Yawamaqqqq..... recourse

--------------------

...BARSA FANATI....

  • 8 aprel 2012 15:12
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Yaşamaq gözəldir
TSK
love

_DreaM_

  • 8 aprel 2012 14:41
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
dogru,, maraqi xebere gore tesekkurler love

--------------------

★Miss Love★

  • 8 aprel 2012 14:02
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hamisini oxudum cox maraqli ve duzgun уazilmiwdi... bu heуaтda her weу bizim ozumuzden asilidir..eger biz isтemesek hec kim bizim heуaтimiza mudaxile ede bilmez

EnD of TiMe

  • 8 aprel 2012 11:13
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cox beyendim..insanlar ne qederde qocalsa oz ruhunu cavan kimi saxlaya biler..ozumuzden asilidir cox sey....Superiydi..oxudum hamsini...tesekkurler

YaKiWiKLi SeRSeRi

  • 8 aprel 2012 11:05
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
TESEKKURLER

Nuray2012

  • 8 aprel 2012 10:54
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli xeberdi smile Yasamaq gozeldi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}