Uzun ömürlülüyün 10 sirri

 
Uzun ömürlülüyün 10 sirri

Alimlər uzunömürlüyün 10 sirrini müəyyən ediblər. Heç kimə sirr deyil ki, insan ömrü 25 faiz irsi, 75 faiz isə qazanılmış faktorlardan asılıdır. Alimlər insan ömrünü uzada biləcək tövsiyyələrini veriblər. Bu tövsiyyələrə əməl etməklə insan öz ömrünü uzada bilər. Beləliklə, insan ömrünü uzada biləcək faktorlar:

Birinci faktor - alimlər ilk növbədə uzunömürlüyə müsbət təsir edən alma yeməyi məsləhət görür. Britaniyadakı Qida İnstitutunun alimləri hesab edir ki, adi alma gəncliyi uzadır. Alimlərə görə qida rasiona gündəlik olaraq alma əlavə olunması ömrü uzadır. Mütəxəssislər almanın tərkibində epikatexin maddəsini aşkar ediblər, bu maddə yaşıl çayın tərkibindəki polifenollara oxşardır. Onlar qan damarlarının elastikliyini bərpa edir, immuniteti gücləndirir. Alimlər qida rasionunda müntəzəm surətdə almadan istifədə etmiş könüllülər üzərində tədəiqat aparıblar. Məlum olub ki, onların ürək-damar sistemi pasportlarındakı yaşla müqayisədə 17 yaş cavandır.

İkinci faktor - acı şokoladdır. Avropalı dermatoloqlar müəyyən ediblər ki, hər gün yeyilən bir neçə parça şokolad üzlərdə qırışların əməl gəlməsinin qarşısını alır və dəri xərçənginin yaranması riskini azaldır. Bunun səbəbi kmi şokoladın tərkibində olan flavonidlər göstərilir. Bu maddə kakaonun da tərkibində var. Acı şokoladın tərkibində flavonidlərin miqdarı 70 faiz təşkil edir.

Üçüncü faktor - efir yağlarıdır. Antioksidant maddələr qida qəbulu nəticəsində orqanizmdə yaranan sərbəst radikallardan orqanizmi qoruyur. Yaşlandıqca sərbəst radikallar yığılır və ətrafdakı bütün toxumaları dağıdır. Ekspertlər qeyd edir ki, ən səmərəli antioksidant maddələr adi ədviyyatların tərkibində olan efir yağları ola bilər. Alimlərə görə içməli suya əlavə olunan efir yağı xərçəngin qarşısını alır.

Dördüncü faktor - hər şeyi bağışlamaq bacarığı ilə bağlıdır. Amerika alimlərinin insan ömrünü uzatmağa dair öz baxışları var. Onlar qeyd edir ki, uzun müddət gənc qalmaq istəyən insan ilk növbədə bağışamağı bacarmağı öyrənməlidir. Psixoloqlar xristianların ateistlərdən nəyə görə uzun ömür sürməsi səbəblərini öyrənməyə uzun illər sərf ediblər. Və belə bir nəticəyə gəliblər ki, səbəb bağışlaya bilmək qabiliyyətindədir. Məhz bağışlaya bilmək bacarığı mominlərə stres vəziyyətdən tez çıxmağa kömək edir.

Beşinci faktor - fiziki fəallıqla bağlıdır. Müntəzəm fiziki əmək qanda xolesterinin miqdarını azaldır. Və bu elmi surətdə təsdiqlənmiş faktdır. Məlumdur ki, məhz «pis» xolesterinin miqdarının artması ilə ateroskleroz xəstəliyi, ürəyin işemik xəstəliyi, ürəyin koronar, infarkt xəstəliyi yaranır. Buna görə də idman olmadan uzun müddətli gənclik mümkün deyil.

Altıncı faktor - ağıllı arvaddır. İsveç alimləri hesab edir ki, ömrü uzatmağın kifayət qədər sadə vasitəsi var. Bir sıra evli ailələrin həyatını yaxından öyrənən alimlər müəyyən ediblər ki, ərlərin uzunömürlülüyü birbaşa onlarıın qadınlarının intellekt və inkişaf səviyyəsindən asılıdır. Bununla belə, kişilərin əqli qabiliyyəti elə də rol oynamır.

Yeddinci faktor - hərəkətdir. Həkimlər hesab edir ki, gəncliyi qoruyub saxlamaq üçün müntəzm olaraq idman meydanlarına getmək, hər zaman hərəkətdə olmaq, həyatda fəal addımlar atmaq lazımdır. Bu zaman insanın çəkisinin elə də əhəmiyyəti yoxdur.

Səkkizinci faktor - natural kofedir. Müntəzəm surətdə kofe içmək prostat vəzinin xərçənginə qarşı mübarizədə ən yaxşı profilaktik vasitədir. Harvard Universitetinin professorları hesab edir ki, hər gün kofe içən kişilərdə prostotın şiş xəstəliyinə 60 faiz az rast gəlinir.

Doqquzuncu faktor - dərin yuxu. Əgər qadın gün ərzində 8 saatdan az yatırsa, onda ürək xəstəliyinə tutulma riski artır. Bunun səbəbi odur ki, müntəzəm olaraq tam yuxu almamaq qadınların qanında yüksək aktivli proteynin miqdarını artırır, bu isə öz növbəsində ürək-damar patologiyalarına yol açır.

Onuncu faktor - tamhəcmi qidalanmadır. Dietoloqlar hesab edir ki, bitki mənşəli yeməklərə daha çox üstünlük vermək lazımdır. Lakin heyvan mənşəli qidalardan da imtina etmək olmaz, əks halda bu orqanizmə mənfi təsir edə bilər.
2012-ci ildə anadan olan uşaqlardan hər üçüncüsü 100 il yaşayacaq



Qızların uzunömürlü olma şansı isə daha çoxdur.
Britaniya Dövlət Statistika Departamentinin proqnozlarına görə bu il anadan olan hər uşaqdan üçüncüsü yüz il yaşayacaq. Bundan əlavə onlar qeyd ediblər ki, qızların uzunömürlü olma şansı daha çoxdur.
Beləliklə, proqnozlara görə bu il anadan olan qızların 40%-i yüz il yaşayacaq, lakin bu faktla oğlanların yalnız 1/3 öyünə biləcək. Ekspertlərin hesablamalarına görə hazırda Britaniyada 65 yaşı olan 95000 insan öz yüz illik yubileylərin qeyd edə biləcəklər. Bu 65 yaşında olan qadınların 14%-i, kişilərin isə 10%-dir. Yeni doğulmuş körpələrə gəldikdə, hesablamalara görə 2012-ci ildə Britaniyada anadan olmuş uşaqlardan 156 min qız, 135 min isə oğlan yüz il yaşayacaq. Mütəxəssislərin açıqlamalarına görə uzunömürlülərin sayı sürətlə artır. Yüz yaşına çatanların sayı 1961-2010 ci illər ərzində 600 nəfərdən 13 min nəfərə çatıb. 2060-cı il üçün isə bu rəqəmin 456 minə çatacağı gözlənilir.


Geri dön

✰Dгeaм✰

  • 17 aprel 2012 15:40
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Men hec vaxt bele seylere inanmiram,cunki bu heyati bize Allah verib.O da alacaqdir.

enigmatic_girl

  • 9 aprel 2012 03:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
bos seydi mence

--------------------

VIPTOZ

  • 8 aprel 2012 22:30
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
mence hamisi bos yeredi.qocaliq zamani onsuzda yaslanma gedir.bi=unlarin hec birinin ferqi yoxdu.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Dalga

  • 8 aprel 2012 18:40
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Neylesende qocaliq oz iwini gorur bow weylerdir tewekkur edirem xeber ucun

--------------------

PASYOLKOVSKY

  • 8 aprel 2012 17:56
  • Məqalə: 37
  • Şərh: 530
  • Bal:
{awards}
tewekkurler

--------------------

Niqul

  • 8 aprel 2012 14:50
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
MEN DE BELE WEYLERE INANMIRAM.XEBERE GORE TEWEKKURLER smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

only-girl

  • 8 aprel 2012 14:48
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: C.I
vallah bunlarin hamsi bos seydi ALLAH ne yazibsa helede olacaq bunlari etsekde etmesekde..........tskler....

raziyam seninle bunlar bosh sheydi her shey gismetin elindedi

--------------------

...BARSA FANATI....

  • 8 aprel 2012 14:39
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore tskkk...

_DreaM_

  • 8 aprel 2012 14:23
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
eziyyete gore tesekkurler love

--------------------

SU PƏRİSİ

  • 8 aprel 2012 14:09
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
BOS BOS SEYLERDI BUNLAR....

--------------------

★Miss Love★

  • 8 aprel 2012 14:06
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Sitat: Ay Prensesi
Vallah bunlar bos bos seylerdi az yasayim xosbext yasayim deridm qemim olmaisn

mencede winked

C.I

  • 8 aprel 2012 13:50
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
vallah bunlarin hamsi bos seydi ALLAH ne yazibsa helede olacaq bunlari etsekde etmesekde..........tskler....

--------------------

EnD of TiMe

  • 8 aprel 2012 13:49
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
eslinde insanin omru hara kimidirse ora kimi gedir..ne qeder onlari etsekde cox xeyri olmaz...Bu qidalar sadece insan bedeninde catmayan vitaminler ucundur..yeni tez tez xestelenmemek ucun...xebere gore tesekkurler

Мой Мир

  • 8 aprel 2012 13:31
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Vallah bunlar bos bos seylerdi az yasayim xosbext yasayim deridm qemim olmaisn feel

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}