İslahın iki amili

 
İslahın iki amili

Yaxşılığı və yaxşı insanları təşviq, pisliyi və pisləri tənqid etmək, əgər yerindədirsə və şəxsi qərəzdən uzaq baş verirsə, cəmiyyətin islah olunmasında və təkmilləşməsində iki güclü və təsirli amildir. Böyük şəxsiyyətlər, pislikdən və pis şəxslərdən qaçdıqları ilə yanaşı, hər yaxşını və yaxşılıqları təşviq etməkdə səy göstərirlər.

Fərdlərə və əşyalara etinasız yanaşamaq, lazım olan yerdə tərif və tənqid dilindən məhrum olmaq,
ya mərifətsizlik, ya bədniyyətlilik və ya qərəzçilik və fəziləti gizləmək nişanəsidir.

Əbdürrəhman Sami adlı bir müəllim şəhidlərin sərvərinin övladlarından birinə “Fatihə” surəsini öyrədirdi. Uşaq İmamın hüzurunda surəni çox kamil şəkildə qiraət etdiyi zaman İmam Hüseyn (əleyhissalam)-ın çox xoşu gəldi. Müəllimi təşviq və Quranı öyrətmək məqamını təqdir etmək üçün göstəriş verdi ki, o Quran müəlliminə mükafat və böyük xələt versinlər, özü isə ona faxir və qiymətli libaslar bağışladı və bahalı dürr əta etdi.

Dardüşüncəli şəxslərdən biri buna etiraz etdi və Quranın bir surəsi müqabilində bu bəxşişi və mükafatı böyük və həddindən çox saydı. Deyəsən etiraz edən şəxs bu məsələni bazar, al-ver qiyməti ilə müqayisə etdi. Ancaq elm və Quran evində böyümüş şəhidlərin sərvəri elmin, mərifətin və Quranın əzəmətini nəzərə aldı və belə buyurdu: “Axı bu miqdarda hədiyyə hardan onun təlim haqqını ödəyə bilər?” Sonra o, səxavəti, bəxşişi tərif və xəsisliyi məzəmmət edən bu şerləri oxudu:

“Dünya öz səxavət əlini sənə uzadanda, sən də dünyada səxavətli ol;
Sərvət əlindən çıxmamış sən də bütün insanlara qarşı həssas ol.
Bil ki, dünya sənə xoş üz göstərəndə, səxavət sərvəti məhv etmir.
Əgər dünya sənə arxa çevirsə, xəsislik sərvəti saxlaya bliməz.”

İslahın iki amili


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:23
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
“Dünya öz səxavət əlini sənə uzadanda, sən də dünyada səxavətli ol;
Sərvət əlindən çıxmamış sən də bütün insanlara qarşı həssas ol.
Bil ki, dünya sənə xoş üz göstərəndə, səxavət sərvəti məhv etmir.
Əgər dünya sənə arxa çevirsə, xəsislik sərvəti saxlaya bliməz.”

--------------------

EnD of TiMe

  • 9 aprel 2012 19:42
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
tesekkurler cox beyendim xeberi..

Priya

  • 8 aprel 2012 12:19
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Təşəkkürlər, Dinarcım, dəyərli məqaləyə görə.Rəbbim razı olsun.

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}