“Qiyamət (hesab və cəza) gününün sahibidir.” (Təfsiri Fatihə -4 cü surə)

 
“Qiyamət (hesab və cəza) gününün sahibidir.” (Təfsiri Fatihə -4 cü surə)

مَـلِكِ يَوْمِ الدِّينِ
“Qiyamət (hesab və cəza) gününün sahibidir.” (4-CÜ AYƏ)


Burada İslamın ən mühüm əsaslarından biri, yəni Qiyamətə iman barəsində söhbət açılır. Buyurulur ki, Allah Qiyamət gününün sahibidir. Bununla da hər bir növ ictimai və əxlaqi islahın bünövrəsi olan məad və məbdə mehvərində tərbiyə, insanın tam diqqət mərkəzində olur. Bu ayədə malikiyyət tə’birinin gətirilməsi həmin gündə bütün şeylərin və bütün şəxslərin Onun nüfuzu və hakimiyyəti altında olmasını göstərir. Elə bir gün ki, insanlar o gündə böyük ilahi ədalət məhkəməsində hesab verməyə gələcək, özlərinin həqiqi maliklərinin müqabilində dayanacaqlar. Onların bütün sözləri, etdikləri əməlləri, hətta fikirləri belə yazılı surətdə gətiriləcəkdir. Heç bir şey, hətta iynənin ucu qədər məsələlər məhv olub aradan getməyəcək, unudulmayacaqdır. İndi isə bütün əməllərinin məs’uliyyətini boynuna çəkən məhz bu insandır!

Müəyyən bir işin, qanunun, yaxud proqramın banisi olan bir şəxs özü ona əməl etməsə belə, yenə də ona əməl edənlərin əməlinin məs’uliyyətini öhdəsinə alır.

Şübhəsiz, Allahın o gündəki malikiyyəti bizim malikiyyətimiz kimi şərti və e’tibari (bizim bu dünyada malikiyyətimizdə olanlar kimi) deyildir. Çünki, bizim bu malikiyyətimiz şərti bir malikiyyətdir, zahiri sənədlərlə əldə olunur və növbəti sənəd gəldikdə isə qüvvədən düşür. Amma Allah-taalanın varlıq aləminə olan malikiyyəti həqiqi malikiyyətdir. Varlıqların Allahla olan əlaqəsi əgər bir an kəsilərsə, dərhal məhv olar. Sadə misal: əgər elektrik lampalarının cərəyan mənbəyi ilə əlaqəsi bir anlığa kəsilərsə, elə həmin andaca bütün işıqlar sönər.

Başqa sözlə, malikiyyət-Xaliq və Rəbb olmağın nəticəsidir. Bütün varlıqları yaradıb onları Öz himayəsi altında tərbiyə edən, fasiləsiz olaraq onlara varlıq, vücud bəxş edən Kəs həqiqi malikdir.

Həqiqi malikiyyətin sadə bir nümunəsini özümüzlə bədən üzvlərimiz arasındakı əlaqədə də görmək olar. Biz öz gözümüzün, qulağımızın, ürəyimizin, əsəblərimizin malikiyik; bu şərti deyil, bir növ həqiqi malikiyyətdir və bu da insanın öz bədənilə olan rabitəsindən, tam ixtiyar sahibi olmasından nəş’ət tapır.
Belə bir sual yarana bilər: məgər Allah-taala hər iki dünyanın sahibi deyildirmi ki, biz bu ayədə Onu yalnız Qiyamət gününün maliki adlandırırıq?

Bu sualın cavabı bir məsələyə diqqət yetirməklə aydın olur: Allah-taalanın mütləq malikiyyəti hər iki dünyaya aiddir, amma bu malikiyyət Qiyamət günü daha çox aşkar olacaqdır. Çünki, o gündə bütün şərti malikiyyət və maddi əlaqələr qırılacaq və heç bir kəsin özünə məxsus bir şeyi olmayacaq. Hətta əgər müəyyən bir vasitəçiliyə icazə verilsə, o da Allah-taalanın fərmanı ilə olacaq:
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا وَاْلأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ

“O gündə bir şəxs başqası üçün heç bir iş görə bilməyəcək və o gündə əmr (fərman) yalnız Allaha məxsusdur.”
İnsan bu dünyada başqalarına yardım əli uzadır, dili ilə onun müdafiəsinə qalxır, mal-dövləti ilə onu öz himayəçiliyinə alır, mövcud imkanı və qüdrəti ilə başqalarına kömək edir. Amma o gündə (Qiyamət günündə) qeyd olunan bu işlərdən heç biri mövcud olmayacaq.
Bu səbəbdən camaatdan: “bu gün malikiyyət və hakimiyyət kimə məxsusdur?” - deyə soruşulduqda, cavab verərlər ki, “vahid və qalib Allaha məxsusdur.”
يَوْمَ هُم بَارِزُونَ لاَ يَخْفَى عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ لِّمَنِ الْمُلْكُ الْيَوْمَ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ

Hər bir şeyin dəqiq şəkildə hesab ediləcəyi Qiyamət gününə e’tiqad, böyük ilahi məhkəməyə iman gətirmək düzgün olmayan, yaramaz əməllər qarşısında müqavimət etməkdə, özünü nəzarətdə saxlamaqda çox güclü və qeyri-adi bir tə’sirə malikdir.
Qur’ani-kərim də “namaz bəyənilməyən, yaramaz əməllərin qarşısını alır”-deyə buyurduqda, məhz həmin məqsəd nəzərdə tutulur. Namaz insana elə bir Yaradanı xatırladır ki, onun bütün işlərindən xəbərdardır. Namaz eyni zamanda insanın gözü önündə Allahın böyük ədalət məhkəməsini canlandırır.

Allahın Qiyamət günündəki malikiyyətinə arxalanmağın digər bir tə’siri də, müşriklərlə və Qiyamət gününü inkar edənlərlə e’tiqadi mübarizəyə qalxmaqdır. Çünki, Qur’an ayəsindən gözəl şəkildə aydın olur ki, Allaha iman ümumi bir əqidədir və hətta cahiliyyət dövrünün müşrikləri də buna e’tiqadlı idilər. Buna görə də onlardan “göylərin və yerin yaradanı kimdir?”-deyə soruşduqda, “Allahdır”-deyə cavab verirdilər.
“Əgər onlardan “asimanları və yeri kim yaratmışdır?”-deyə soruşsan, hökmən “Allahdır”-deyə cavab verəcəklər.”
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَاْلأَرْضَ لَيَقُولُنَّ اللَّهُ

Halbuki onlar Peyğəmbəri-əkrəmin (s.ə.v.v) məad barəsindəki buyurduqları ilə ciddi şəkildə mübarizə aparırdılar:
وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَى رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ أَفْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ بَلِ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلاَلِ الْبَعِيدِ
“Və kafirlər (istehza edərək) dedilər “Sizə “siz öldükdən və çürüyüb tamamilə torpağa qarışdıqdan sonra yenidən diriləcəksiniz”-deyən bir kişini göstərəkmi? O, Allah adından yalan-iftira söyləyir, yoxsa dəli olmuşdur?” Xeyr, axirətə iman gətirməyənlər əzab içində və dərin zəlalətdə, azğınlıqdadırlar.” İmam Səccaddan (ə) nəql olunan bir hədisdə deyilir ki, o Həzrət “Maliki yəvmiddin” cümləsinə çatanda, onu o qədər təkrar edirdi ki, az qalırdı ruhu bədənindən çıxsın.

“Yovmiddin” kəlməsi Qur’ani-məciddə on dəfədən artıq işlənmiş və hamısında Qiyamət mə’nasına gəlmişdir. Belə ki, “İnfitar” surəsinin 13-19-cu ayələrində həmin mə’nanı tam aşkar şəkildə görmək olar.

O günün “din günü” adlandırılmasının səbəbi onun cəza günü olmasıdır. Din, lüğətdə cəza mə’nasındadır. Qiyamətdə icra olunacaq ən aşkar qanunlardan biri də (insanlara, əməlləri müqabilində) cəza və yaxud mükafat verilməsidir. O gün bütün əməllərin üzərində olan pərdələr açılacaq, əməllər dəqiq şəkildə hesab olunacaq və hər kəs öz əməlinin əvəzini (istər yaxşı olsun, istərsə də pis) alacaqdır.
İmam Sadiqdən (ə) nəql olunan hədisdə “yəvmiddin” kəlməsinin hesab gününə aid olması buyurulur. Təfsirçilərdən bəzilərinin nəzərinə görə, Qiyamətin yəvmiddin adlandırılmasının səbəbi budur ki, o gündə hər kəs öz dini və məzhəbi əsasında hesaba çəkiləcəkdir.

“Qiyamət (hesab və cəza) gününün sahibidir.” (Təfsiri Fatihə -4 cü surə)


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: Dodaqdan Qəlbə
“O gündə bir şəxs başqası üçün heç bir iş görə bilməyəcək və o gündə əmr (fərman) yalnız Allaha məxsusdur.”

--------------------

✰Dгeaм✰

  • 10 aprel 2012 19:59
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

SWEET LOVE

  • 8 aprel 2012 17:57
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
DUZDUR GEREK INSAN O GUNU FIKIRLESIB ADDIM ATSIN ALLAH-TAALA OZU HAMIYA KOMEK OLSUN.SAGOL

Priya

  • 8 aprel 2012 17:53
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox təşəkkürlər, Dinarcım, dəyərli məqalən için.Amma bir ricam olacaq.Məad, məbdə,mehvərində kimi sözlərin mötərizədə tam anlayacağımız şəkildə mənasını yazsan məqaləni daha yaxşı anlayacam.Əllərin yorulmasın.Rəbbim razı olsun.

--------------------




Dodaqdan Qəlbə

  • 8 aprel 2012 17:20
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
“O gündə bir şəxs başqası üçün heç bir iş görə bilməyəcək və o gündə əmr (fərman) yalnız Allaha məxsusdur.”

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

_Sabina_

  • 8 aprel 2012 16:43
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
Allah razi olsun.... xebere dore twk..

Russiya_girl

  • 8 aprel 2012 16:30
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
{awards}
Allah razi qalsin coox maraqli xeberdi twk

★Miss Love★

  • 8 aprel 2012 16:08
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Allah hamini qiуameт gunu cenneт ehlinden elesin,insan fikirlewende dogurdan cox qeribe olur sad

EnD of TiMe

  • 8 aprel 2012 15:40
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Qiyamet gununde haminin etdiyi gunahalarin ve yaxsiliqlarin hesabi gedecek... Kimi cennete kimi cehenneme gedecek...tesekkurler cox hissesini oxudum...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}