Çörəksiz həyatın dadı yoxdur

 
Çörəksiz həyatın dadı yoxdur

Söz mövzusu pəhriz olunca ağla ilk olaraq çörək yeməyi kəsmək gəlir. Halbuki çörəyin qan şəkərini nizamlamaq və sinir sistemi üçün çox lazımlı olan vitaminlərin alışında iştirak etmək kimi çox əhəmiyyətli 2 faydası vardır!

Pəhriz saxlayarkən, ya da gündəlik bəslənmədə kalori məhdudlaşdırmaq məqsədiylə, istər qadınlar, istərsə də kişilər əvvəl çörək yeməyi kəsir. Ancaq çörəyin bədənə 2 böyük faydası var: Birincisi qan şəkərini nizamlayır, ikincisi isə sinir sistemi üçün çox lazımlı olan vitaminlərin qəbulunda iştirak edir.

Mütəxəssislər gündəlik bəslənməsindən çörəyi çıxarmaq istəyənlərə daha ətraflı düşünmələrini təklif edərək, onları çörək haqqında maraqlanılan sualları cavablandırıblar:

Pəhriz saxlayarkən heç çörək yeməmək doğrudurmu?

Pəhriz saxlayarkən, və ya sağlam bir bəslənmə nizamında heç çörək yeməmək doğru bir bəslənmə vərdişi deyildir.Pəhriz saxlayaraq kilo verməyi hədəfləyən adam sağlam, balanslı və nizamlı bir bəslənmə planı tətbiq etməlidir. Sağlam və nizamlı bəslənməyin ən əhəmiyyətli qaydalarından biri də hər qida qrupundan müəyyən miqdarlarda istifadə olunmasıdır. Arıqlamağı planlaşdıran adamın, bəslənməsindən karbonhidrat qrupunu (şokolad, tort, şəkər, sütlü şirinlər) tamamilə çıxardığı üçün bədənin, xüsusilə də beynin ehtiyacı olan enerji ehtiyacını çörək qrupuyla təmin etməsi lazımdır. Bu şəkildə qan şəkərinin balanslı variantda dəyişməsi təmin edilir və şiddətli aclıq duyğusu yaşanmır. Ayrıca sinir sistemi üçün lazımlı olan vitaminlər çörəkdən alınmış olur.

Çörək nə vaxt faydalı, nə vaxt zərərlidir?

Çörək, miqdarı adama uyğun olacaq şəkildə və keyfiyyətli növü seçildiyində faydalı olur. Çörəyin növü buğda, çovdar və ya kəpəkli olmalıdır. Lakin gün ərzində nizamsız və keyfiyyətsiz qidalar ilə bəslənən adam lazımından çox miqdarda çörək yeyərsə,bu zərərli hala gəlir.

Sağlam bir insan gündə neçə dilim çörək yeməlidir?

Çörək istehlakının miqdarı adamın kilosuna, cinsiyyətinə və ya iş tempinə görə dəyişənlik göstərə bilir. Sağlam bir insanın hər payda ortalama iki dilim çörək yeməsi məsləhətlidir. Gün ərzində bir adam ən çox 6-8 dilim çörək yeyə bilər.

Ağ çörək gündəlik bəslənmədən tamamilə çıxarılmalıdırmı?

Çörək növü olaraq sağlam və nizamlı bir bəslənmədə buğda çörəyi, çovdar çörəyi və ya kəpəkli çörək yeyilməsi daha çox ön planda olmalıdır. Xüsusilə, xroniki xəstəliyi (diabet, təzyiq, ürək) olan kəslərin ağ çörək yerinə digərlərini seçmələri daha sağlam olacaqdır. Yenə xroniki olaraq qəbizlik problemi olan kəslərin də buğda və ya çovdar çörəyini seçmələri bağırsaq hərəkətləri baxımından daha çox fayda təmin edəcəkdir. Yalnız həddindən artıq qanazlığı şikayəti olan kəslərin, dəmirin mənimsənilməsinə mənfi yöndə təsir edəcəyi üçün kəpəkli çörəyi davamlı yeməmələri, ağ çörək də əlavə olaraq yemələri daha doğru olacaqdır.

Bəzi ekspertler gündə 3 pay yeməyin kafi olduğunu,çörək yerinə çərəz yeməyin daha faydalı olduğunu söyləyirlər.Bu,nə dərəcədə doğrudur?

Yalnız 3 pay ilə bəslənmək, sağlam olan kəslər üçün etibarlı bir vəziyyətdir. Lakin diabeti və ya hipoglisemisi kimi qan şəkəri nizamsızlığı olan və nizamlı bəslənmələri lazım olan kəslər üçün çox uyğun bir bəslənmə forması deyildir. Adam sağlam bir fərddirsə, bəslənməsinə fındıq,qoz və badam kimi qida dəyəri yüksək qidalarla dəstək ola bilər, lakin onların da miqdarlarını nizamlamaları əhəmiyyətlidir. Çünki miqdar olaraq çox yeyildiyində, lazımından çox yağ qəbuluna səbəb ola bilirlər.

İnsan gündəlik bəslənməsində heç çörək yeməzsə arıqlayarmı? Bu sağlam bir arıqlama olarmı?

Arıqlamada əsas olan, gündəlik alınan enerjinin xərclənən enerjidən az olmasıdır. Qəbul etdiyiniz enerji az olduğunda, bədən ehtiyacı olan enerjini-bədəndəki yağları yandıraraq əridir və nəticədə də arıqlama reallaşır. Gündəlik bəslənməmizdə çörəyi heç yemədiyimizdə alınan enerji bir miqdar azaldığı üçün müəyyən bir kilo itkisi olacaq, lakin bu kilo itkisi sağlam bir kilo itkisi olmayacaqdır.

Hipoglisemidə, diabetdə çörək yeməmək doğrudurmu?

Hipoglisemide və ya diabetdə çörəyi tamamilə yeməmək doğru bir tətbiq deyildir. Bu xəstəliklərdə qana sürətli qarışan qan şəkəri ritmini sürətli pozan sadə karbonhidratları ( şəkər, şokolad, tort ) bəslənmədən uzaqlaşdırmaq lazımdır. Tam tərsi bu xəstəliklərdə adam enerji ehtiyacını kompleks karbonhidratlardan təmin etməlidir ki, onlardan biri də çörəkdir. Lakin çörəyin ağ olanını deyil, qan şəkərini daha yavaş yüksəldən buğda və ya çovdar növlü çörəkləri seçmələri lazımdır.

Gündə neçə ədəd qoz,fındıq,badam yeməliyik?

Bəslənmə planı nizamlarkən, gündə ortalama 2 ədəd qoz, 10 ədəd fındıq və 10 ədəd badam yeyilməsini təklif edirik.

Çörəyin yerinə nə yeyə bilərik?

Çörək bir taxıl qrupuna aiddir. Digər taxıllarla dəyişiklik edilərək yeyilə bilər. Məsələn, bir dilim çörək yerinə payınızda 2-3 yemək qaşığına plov(düyü), xüsusilə, daha sağlam olan yarma plovu yeyə bilərsiniz. Çörək və ya plov yemək istəməsəniz, bir kasa şorba içə bilərsiniz.


Geri dön

_favorit_arkadas

  • 9 aprel 2012 17:47
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Serhleriniz ucun tewekkurler..

--------------------

_DreaM_

  • 9 aprel 2012 14:15
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
Corek yeyirem, coreyi hec vaxt kese bilerem dogurdanda onsuz ne heyatin nede yemeklerin dadi olar love winked

--------------------

ANGEL LOVE

  • 9 aprel 2012 12:29
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore...............

--------------------

Nuray2012

  • 9 aprel 2012 12:21
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore elbetdeki her yemeye dad veren ele corekdi winked

--------------------

LoVe_LiFe

  • 9 aprel 2012 08:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
elbetteki. amma gerek miqdarinda yeyesenki sonra kokelmeyesende. twkler maraqli xeber idi

Dodaqdan Qəlbə

  • 8 aprel 2012 23:51
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Maraqlı xəbərə görə çoxsagol

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

Elvin007

  • 8 aprel 2012 23:03
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Maraqli xeber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

... Deryam ...

  • 8 aprel 2012 23:01
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Çörəksiz heç bir yeməyi yeməsəmdə kökəlmirəm recourse
Maraqlı məsləhətlərdi..

--------------------

FASHION MODA EVI

  • 8 aprel 2012 22:52
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
MEN ARIQLAMAQA BASLAYANDA COREYI TAMAMILE KESMISDIM.INDI ISE HERDEN BIR BIRAZ COREK YEYIREM. 10 KQ ARIQLADIM INDI 57 KQ CEKIM VAR.HERDEN BIR YEDIYIM COREK MENI KOKELTMEZ,ANCAQ HEMISE YEMEYIME FIKIR VERIREM.

--------------------
GULYA XANIM...
QADIN HER YASINDA GOZEL VE BAXIMLI OLMALIDIR...

Angel_Boy

  • 8 aprel 2012 22:39
  • Məqalə: 17
  • Şərh: 210
  • Bal:
{awards}
Coreksiz insan yawaya bilm,ez

--------------------
BY-admin-hemid jhnafuaifhlmsfuhsahfai

Мой Мир

  • 8 aprel 2012 22:29
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Çörək hər şeydən qiymətlidir... Bereketine qurban olum ALLAH razi olsun deyerli xebere gore minnetdaram

--------------------
∞♥

★Miss Love★

  • 8 aprel 2012 22:26
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Corel bizim qida rsionumuzun cox muhum bir hissesini ehaтe edir...coreksiz hec bir уemek nese dad vermir,berekтir corek amma her weу qederinde уaxwidir...xebere gore тewekkurler

al yazmalim:))

  • 8 aprel 2012 22:24
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
Coreksiz heyatin dadi yoxdur heqiqetendeee

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

SWEET LOVE

  • 8 aprel 2012 21:55
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
corek bereketdir.deyilene gore QURANDAN evvel gelib.sagol xebere gore

EnD of TiMe

  • 8 aprel 2012 21:44
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Corek bereketdir...ne qeder yemesende az mqidarda yemelisen..bedene coxlu vitaminler verir...tesekkurler

AysU_DilarE

  • 8 aprel 2012 21:40
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
men artiq cooreye imtina etmiwem coreysiz yeyirem yemeklerimi smile

--------------------

sweet__love

  • 8 aprel 2012 21:38
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
cox faydali fikirlerdi ve men bunlarla raziyam hersey oz normasinda faydalidi hem ceki vermek isteyen insanlar corek kesmekle deyil idmanla ve duzgun qidalanma ile bunu ede bilerler men baliq yagi icdiyim ucum ve mueyyen vitaminler icdiyim ucun kokelmisdim saglam ariqlama yolu ile tam 17kq ceki verdim hemin cekinide artiq 6aydiki qoruyuram bunu isteyen herkes bacara biler)))

C.I

  • 8 aprel 2012 21:22
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
mencede coxreksiz heyat yox kimi olar Allah o gunlerden qorusun tskler.........

--------------------

YaKiWiKLi SeRSeRi

  • 8 aprel 2012 21:20
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}