“Bizi düzgün yola hidayət et!” (6-cı ayə)

 
“Bizi düzgün yola hidayət et!” (6-cı ayə)

هدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ


“Bizi düzgün yola hidayət et!” (6 -cı ayə)

Pərvərdigarın qarşısında təslim olmağı izhar etdikdən, bəndəçilik mərhələsinə çatdıqdan, Onun pak və müqəddəs Zatından imdad dilədikdən sonra bəndənin ilk arzusu budur ki, Allah onu düzgün yola, pakizəlik yoluna, ədalət, iman və saleh əməl yoluna hidayət etsin. Yə’ni insanı bəxşişlər içərisində qərq edən Allah, hidayət ne’mətini də əta etsin. İnsanın belə bir şəraitdə mö’min olmasına, öz Allahını tanımasına baxmayaraq bu böyük ilahi ne’mət müəyyən amillər səbəbi ilə ondan alına bilər və düzgün yoldan aza bilər. Deməli, hər gün ən azı on dəfə öz Allahından istəməlidir ki, onun yolunu azmasının qarşısını alsın.

Haqq dindən ibarət olan “sirati-müstəqim”in müxtəlif dərəcələri və mərtəbələri vardır. İnsanlar bu dərəcələri keçməkdə bərabər və eyni səviyyəli deyillər. İnsan bu mərhələləri nə qədər keçsə belə, ondan daha yüksək dərəcələr də vardır. İmanlı şəxs Allahdan istəməlidir ki, onu həmin dərəcələrə çatdırsın.
Nə üçün biz həmişə düzgün yola hidayət olunmağı Allahdan istəyirik? Məgər biz yolumuzu azmışıq? Əgər bu sual adi insanlar haqqında düzgün olarsa, görəsən kamil insan nümunələri olan Peyğəmbər (s.ə.v.v) və İmamlar barəsində hansı mə’nanı daşıyır?

Bu sualın cavabında deyirik: Əvvəla, qeyd olunduğu kimi, insanın hidayət yolundan hər an inhirafa düşməsi gözlənilir. Bu səbəbə görə də o özünü Allahın ixtiyarına buraxmalı və onu düzgün yolda sabit qədəm saxlamasını istəməlidir.

Biz unutmamalıyıq ki, varlıq və bütün ilahi ne’mətlər fasiləsiz olaraq Böyük Yaradan tərəfindən bizə bəxş edilməkdədir. Qeyd etmişdik ki, bütün varlıqların məsəli bir baxımdan elektrik lampalarına bənzəyir. Əgər lampanın işığı müntəzəm surətdə, kəsilmədən davam edirsə, bunun səbəbi elektrik cərəyanının öz mənbəyindən fasiləsiz olaraq gəlməsidir. Elektrik mənbəyi hər an cərəyan istehsal edir və naqil vasitəsilə lampaya çatdırılır. Bizim varlığımız da bu lampalara bənzəyir; zahirdə bir ardıcıl və kəsilməz vücud surətində olmasına baxmayaraq, həqiqətdə anbaan varlıq mənbəyindən yeni vücud bizə çatır.

Buna əsasən hər an bizə yeni vücud çatdığı kimi, yeni hidayətə də ehtiyac duyuruq. Aydındır ki, əgər bizim Allahla olan mə’nəvi rabitə tellərimizdə maneə yaransa, əyriliklər, zülmlər, fəsad və bu kimi yaramaz əməllər hidayət mənbəyi ilə olan əlaqəmizi kəsəcək və həmin andan e’tibarən düz yoldan azacağıq. Biz Allahdan istəyirik ki, bu maneələr irəli gəlməsin və həmişə “sirati-müstəqim”də qalaq.

İkincisi, hidayət-təkamül yolunu qət etməyə deyilir. Belə ki, insan tədricən nöqsanlı və zəif mərhələləri ötərək daha yüksək dərəcələrə çatır.
Bunu da bilirik ki, təkamül yolu qeyri-məhduddur və sonsuzluğa doğru irəliləyir. Buna əsasən Peyğəmbər (s.ə.v.v) və İmamlarımızın Allahdan düz yola hidayət olunmalarını istəmələri heç də təəccüblü deyildir. Çünki, mütləq kamillik yalnız Allahındır və istisnasız olaraq bütün varlıqlar təkamül yolundadırlar. Onların Allahdan daha yüksək dərəcələr istəməsinin nə eybi vardır? Biz Peyğəmbərimizə salavat və rəhmət göndərmirikmi? Məgər salavatın məfhumu Allah tərəfindən Peyğəmbər (s.ə.v.v) və onun övladlarına yeni rəhmətin gəlməsini istəmək deyildirmi? Məgər Peyğəmbərin özü
وَقُل رَّبِّ زِدْنِي عِلْمًا
(ey Rəbbim, mənim elmimi artır),
deməklə Allahdan elm istəmirdimi?
Məgər Qur’anda;

وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى
“Allah-taala hidayət olunanların hidayətini artırır”, deyə buyurulmayıbmı?
Həmçinin;

وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْواهُمْ
“Allah hidayət olunan şəxslərin hidayətlərini artırar və onlara təqva verər”, deyə buyurmamışdırmı?
Bununla Peyğəmbər (s.ə.v.v) və İmamlarımıza salavat göndərmək barəsində yaranan sualın cavabı da aydın olur. Çünki, bu salavat və rəhmətin mə’nası, həqiqətdə o Həzrətlərin daha böyük, daha yüksək məqamlara çatmasını Allahdan istəməkdir.

Qeyd etdiyimiz mətləblərin daha yaxşı aydın olması üçün aşağıdakı hədislərə diqqət yetirin:
1- Əli əleyhissəlam
اهدِنَـا الصِّرَاطَ المُستَقِيمَ

“ihdinəs-siratəl-müstəqim” cümləsinin təfsirində buyurur: “Pərvərdigara, bizə keçmişdə əta etdiyin tovfiqləri olduğu kimi davamlı et, bununla ömrümüzün gələcək hissələrində də Sənə itaət edək.”

2- İmam Sadiq (ə) bu cümlənin təfsirində buyurur: “Bizi Sənin məhəbbətinə və behiştə çatdıran, həlak edici nəfsani istəklərə tabe olmağa, inhirafçı və azdırıcı yollarla getməyə mane olan yolda sabit qədəm et.”

“SİRATİ-MÜSTƏQİM” NƏDİR?
Qur’ani-məcid ayələrinin araşdırılmasından aydın olur ki, “sirati-müstəqim” Allahpərəstlik, haqq din və Allahın buyurduqlarına itaət etməkdir. Belə ki, Qur’anda Peyğəmbərin dilindən buyurulur: “Həqiqətən Allah məni “sirati-müstəqim”ə, möhkəm bir dinə, İbrahimin dininə hidayət etmişdir. Hansı ki, o heç vaxt müşriklərdən olmamışdır.”

Burada İbrahimin təkallahlıq ayini, möhkəm dini və hər növ şirkin rədd olunması “sirati-müstəqim” kimi təqdim edilmişdir. Bu da öz növbəsində əqidəvi yönü aşkar edir. Amma “Yasin” surəsinin 61-62-ci ayələrində buyurulur:
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لاَّ تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

“Ey Adəm övladları, məgər Mən sizinlə əhd-peyman bağlayıb demədimmi ki, şeytana itaət-ibadət etməyin?! Çünki, o sizin aşkar düşməninizdir. Və Mənə ibadət edin, bu, düzgün yoldur.”

Burada haqq dinin əməli yönlərinə də işarə olunmuşdur. Bu da hər növ şeytani işlərin və aldadıcı, azğınçı əməllərin dəf olunmasıdır. Qur’ani-kərimin “Ali-İmran” surəsinin 101-ci ayəsində buyurduğuna əsasən, “sirati-müstəqim”ə çatmağın yolu Allahla olan rabitəni möhkəmlətməkdən ibarətdir:
وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

“Hər kəs Allaha arxalansa, düzgün yola hidayət olunar.”
Bunu da qeyd etmək lazımdır ki, düzgün yol vahiddir və bundan artıq deyildir. Çünki, iki nöqtə arasında ən qısa məsafə onlardan keçən düz xəttdir. Buna əsasən, Qur’ani-kərimin “sirati-müstəqim”i həm elmi, həm də əməli yönlərdə ilahi din kimi təqdim etməsinin səbəbi budur ki, bu, Allah ilə rabitənin ən yaxın və ən qısa yoludur. Buna görə də həqiqi din yalnız birdir:
إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ

“Həqiqətən Allah yanında din-yalnız İslamdır.”
Qur’ani-kərim buyurur:

وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ

“Budur Mənim düzgün yolum, ona itaət edin və müxtəlif yollarla getməyin ki, bu sizi Allahın yolundan azdırar.”
Buna əsasən, İslam sözü daha geniş mə’naya malik olub, o dövrdə rəsmi şəkildə tanınan və hər hansı bir sonrakı dinlə qüvvədən salınmayan tövhid dininə şamildir.

Diqqət yetirmək lazımdır ki, bu barədəki müxtəlif təfsirlərin hamısı əslində bir şeyə qayıdır. Onlardan bə’ziləri “sirati-müstəqim”i İslam və həqiqi tövhid, bə’ziləri Qur’an, bə’ziləri isə Peyğəmbər (s.ə.v.v) və haqq İmamlar kimi təfsir etmişlər. Bütün bu mə’naların hamısı həmin ilahi dinin e’tiqadi və əməli yönlərinə qayıdır.

İslami mənbələrdə bu barədə gəlib çatan, hər biri bu məsələnin bir yönünə işarə edən hədislər də bir mə’na və məqsədə qayıdır. Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) belə nəql olunmuşdur:

“Düz yol peyğəmbərlərin yoludur və peyğəmbərlər o kəslərdir ki, ilahi ne’mətlər onlara nəsib olmuşdur.”
İmam Sadiq (ə) “ihdinəs-siratəl müstəqim” ayəsinin təfsirində buyurmuşdur: “Məqsəd İmamı tanımaq yoludur.”
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:
“And olsun Allaha, “sirati-müstəqim” Bizik (yə’ni Əhli-beyt).

Həmçinin başqa bir hədisdə İmam Sadiqdən (ə) nəql olunub: “Sirati-müstəqim Əmirəl-mö’minin Əli əleyhissəlamdır.”
Əhməd ibni Məhəmməd İbrahim Sə’ləbi Həzrəti Peyğəmbərin səhabələrindən olan Bureyrə Əsləmidən nəql etmişdir ki, “sirati-müstəqim Məhəmmməd və onun Əhli-beytinin yoludur.”

Hansı ki, bu yol dinin və məzhəbin üsulları-tövhid, ədalət, nübüvvət, imamət, məad əsasında qurulmuşdur. Şəkk yoxdur ki, Əhli-beyt yolu “sirati-müstəqim” və ən möhkəm yoldur ki, yalnız o yolu keçməklə nicat tapmaq olar, ondan qeyri yolları seçmək isə xəsarət və ziyankarlığa səbəb olar. İbni Məğazilinin, həmçinin Əhli-beytin (ə) Həzrəti Peyğəmbərdən səhih yolla nəql etdikləri rəvayətdə deyilir: “Mənim Əhli-beytimin mövqe və məqamı Həzrəti Nuhun gəmisinə bənzəyir; hər kəs o gəmiyə minsə xilas olar, hər kəs ondan üz döndərsə qərq olar.”

Peyğəmbərin xüsusi səhabələri, habelə ümumi müsəlmanlar o Həzrətdən belə nəql etmişlər ki, “Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram, əgər onlara itaət etsəniz, məndən sonra zəlalətə, azğınlığa düşməzsiniz. Onlardan biri Allahın kitabı və digəri isə mənim Əhli-beytimdir.”
Bu hədis qeyd etdiyimiz məsələnin sübutu üçün canlı bir şahiddir.

Qeyd olunduğu kimi, Peyğəmbər (s.ə.v.v) , Əli (ə) və sair Əhli-beyt imamları hamılıqla təkallahlıq və tövhid dininə də’vət edirdilər. Bu din həm e’tiqadi, həm də sair yönləri əhatə edir və insanı fəzilətin, əzəmətin, hidayət və qüdrətin son zirvəsinə çatdırır.

HİDAYƏT İKİ CÜRDÜR: TƏKVİNİ VƏ TƏŞRİİ HİDAYƏT
Təkvini hidayət əqli yolgöstərmədir ki, xeyir və şər, səadət və bədbəxtçilik, gözəllik və qəbahəti ayırd edir və bu, həqiqətdə insanın batinində yol göstərən “peyğəmbər”dir.

Təşrii hidayət isə peyğəmbərlərin göndərilməsi, asimani kitabların nazil edilməsi və ilahi hökmlərin qanuniləşdirilməsidir. Allah-taala insanı onların vasitəsi ilə bütün dünya və axirət mənfəətlərinə doğru istiqamətləndirir, dünya və axirət zərərlərini ona agah edir. Əgər insan onların yol göstərməsi ilə hidayət olunsa, nəfsin saflaşdırılması, maarifin, gözəl səciyyələrin, bəyənilən əxlaqın əldə edilməsindən ibarət olan axirət ne’mətlərinə çatmaq qabiliyyəti tapar, axirət və dünya səadətinə, Haqq-taalanın sonsuz feyz və rəhmətinə nail olar.

Buna görə əqlə də hidayətçi, yolgöstərən deyilir. Çünki, insana xeyir və şəri aydınlaşdırır. Rəsula, İmama və alimə də yol göstərən deyilir, çünki, onlar dünya və axirətdəki səadət və qurtuluş yolunu göstərirlər. Amma həqiqətdə əsil yol göstərən müqəddəs Haqq-taaladır, bunlar isə sadəcə olaraq insanların hidayət olunması üçün vasitələrdir.

“Bizi düzgün yola hidayət et!” (6-cı ayə)


Geri dön

enigmatic_girl

  • 5 may 2012 00:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Pərvərdigara, bizə keçmişdə əta etdiyin tovfiqləri olduğu kimi davamlı et, bununla ömrümüzün gələcək hissələrində də Sənə itaət edək.”

--------------------

Воровской

  • 11 aprel 2012 11:34
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
sagol melumata gore

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

ANGEL LOVE

  • 9 aprel 2012 20:24
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twkler.....................

--------------------

nar_18

  • 9 aprel 2012 20:02
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

RoMaNTiK SerSeRi

  • 9 aprel 2012 19:14
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
TEWEKKIURLER QEWENG XEBERDIR.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Nuray2012

  • 9 aprel 2012 18:55
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Allah razi olsun cox sagol xebere gore

--------------------

C.I

  • 9 aprel 2012 18:45
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun..........

--------------------

★Miss Love★

  • 9 aprel 2012 18:33
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hamisi cox maraqli idi oxudum тewekkur edirem

EnD of TiMe

  • 9 aprel 2012 18:08
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Cox hissesini oxuyanmadim...ama melumat aldim..tesekkurler

_favorit_arkadas

  • 9 aprel 2012 17:57
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razi olsun...Cox idi hamisini oxuya bilmedim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}