Gizli sevgimiz

 
Gizli sevgimiz

Xatirə dəftəri durur qarşımda, yadıma salıram ötən günləri
Qəlbimin ecazkar sir yaddaşımda, canlanır o sənli məktəb illəri
O ötən illərin xatirəsini, tək sənin eşqinlə bəsləmişəm mən
Mən səndən almışam sevgi dərsini, sevgi müəlliməm sən olmusan sən
Məktəbdən düz sizin qapınızacan, səni gözlərimlə ötürmüşəm mən
Sən demə səni bax o zaman məktəb yollarında itirmişəm mən
Dərsə nə marağım nə meylim vardı, iki il payıza qalsam da belə
Çantam ağzınacan dolu olardı, eşq, sevgi, məhəbbət şeirləriylə
Bircə gün sən dərsə gəlmiyən anda, mən dərsdən qaçmağı hünər bilmişəm
Durnalar şeirindən iki alanda, sənsiz qəzəlini əzbər bilmişəm
Dərdimi sərimi bilməzdi kimsə, qəlbim ağlasada üzüm gülürdü
Üç ay tətillərdə nə çəkmişəmsə, onu bir göydəki allah bilirdi
Mən saya saymazdım o vaxt heç kimi, çoxunun qənimi olan mən Ramiz
Sənə bildirməkçün məğrur eşqimi, necədə qorxaqdım necədə aciz
Sənə göz qoyardım küçədə dərsdə, qoymazdım bir əclaf telini darta
Peraşki pulların yığıb üst üstə, sənçün topluyurdum səkkizi marta
İstərdim bir kimsə görməsin səni, qısqanclıq hissinə dostdum tanışdım
Böyük şərəf bilib sənin şəklini, şərəf lövhəsindən oğurlamışdım
Dirək tək durardım tində dalanda, harda dava vardı mən orda vardım
Tay tuşum məktəbdə inşa yazanda,mən isə küçədə səkkiz yazardım
Mən orta məktəbi tərk edib erkən, sanki minalanmış sahəyə düşdüm
Peşə məktəbinin tələbəsikən, özümə sərxoşluq peşəsi seçdim
Hər yerin öz tamı öz dadı vardır,mən hikmət gəzərdim badə səsində
Kimə lazımdısa məni tapardı, şərab məclisində mey məclisində
Sağlıqlar deyərdim qəzəllərimlə, dostlarım deyərdi şair afərin
Sən demə mən özüm öz əllərimlə,özümə qazmışam qəbir afərin
Məni açıq aşkar gizli məhəbbət yıxdı,bu dərdimə o günlər şərik
Biz sinif yoldaşı olsaq da fəqət,ömür gün yoldaşı ola bilmədik
Bizi ayrı saldı bəxt özü qəsdnən, sən ey səkkiz illik sinif yoldaşım
Qəlbimi açmaqçün bağlı qəfəsdən, nə bir şansım vardı nə bir sirdaşım
İxtiyar yox idi o vaxt əlimdə, mən zərbə vursamda öz həyatıma
Ən çətin,ən ağır gecələrimdə, bir qələm bir kağız çatıb dadıma
İlhamı mən ancaq səndən almışam, sən məni yaşadan ürəkdin ürək
Mən sənin eşqinlə şair olmuşam, yazdığım şeirlər sənindir demək
Həyat indi mənimçün özgə çalarda, nəyinki təkrarən sevmək
Basıb gözlərimi çıxarsalar da, bir daha mən sənə baxmaram çünki
Deyirlər toyundu yaxın zamanda, yaman sarsıdıbdı bu xəbər məni
Sevgilim qorxuram sənin toyunda, şair tək tamada seçələr məni

Ramiz Təkani

Gizli sevgimiz


Geri dön

✰GlaMurKa✰

  • 5 may 2012 21:35
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
cox sag ol canim superdi

heyata nifret

  • 20 aprel 2012 08:26
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
cox gozeldi feel

C.I

  • 14 aprel 2012 15:50
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
super seirdi tskler.................

--------------------

_DreaM_

  • 11 aprel 2012 17:40
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
cooxx gozel idi, twk muellife love

--------------------

EnD of TiMe

  • 11 aprel 2012 12:35
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
Cox maraqliydi..sonu cox xosuma geldi...tesekkurler

B_R_A_T_V_A_

  • 11 aprel 2012 11:30
  • Məqalə: 0
  • Şərh: 121
  • Bal:
{awards}
twk............................

Dodaqdan Qəlbə

  • 10 aprel 2012 17:04
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Çox duygusal yazıdıi təşəkkürlər

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

SaRiCkA

  • 10 aprel 2012 15:06
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
{awards}
NECEDE GOZLEDI RAMIZ TEKANININ BUTUN SEIRLERINI SEVIREM HAMISINADA QULAQ ASIRAM E'LA THANKS
Ən çətin,ən ağır gecələrimdə, bir qələm bir kağız çatıb dadıma
İlhamı mən ancaq səndən almışam, sən məni yaşadan ürəkdin ürək

--------------------

★Miss Love★

  • 10 aprel 2012 14:57
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
hmm qeweng ve menali weirdir o qeder bele gizli sevgiler varki...тewekkurler weire gore

.♣.Chrysalis.♣.

  • 10 aprel 2012 14:51
  • Məqalə: 784
  • Şərh: 6328
  • Bal:
{awards}
COX GOZEL SEIRDI COX SAG OL

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

✰Dгeaм✰

  • 10 aprel 2012 13:21
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Gozel seirdi.Tesekkurler.

Nuray2012

  • 10 aprel 2012 13:04
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagol......

--------------------

L115A1

  • 10 aprel 2012 12:41
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
RAMIZ TEKANI KANKRET ZOR WAIRDI!!!!
!


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 53
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}