'Deyinmək' çirkin cahiliyyə vərdişidir

 
'Deyinmək' çirkin cahiliyyə vərdişidir

İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi, 6) Bəzi insanlar gün ərzində qarşılaşdıqları hadisələr haqqındakı düşüncələrini həmişə “öz-özlərinə deyinərək” dilə gətirirlər. Bəzən narahat olduqları bir hadisə, bəzən naqislik olduğunu düşündükləri bir mövzu, bəzən gördükləri səhv bir hərəkət, eşitdikləri bir söz bu şəxslərin çox düşünmədən dərhal bu mövzulardakı narahatlıqlarını ifadə etmələrinə səbəb olur.Əslində insanın doğru olmadığını bildiyi bir mövzunu dilə gətirməsi səhv deyil. Amma bu hərəkətin səhv olmaması üçün məqsəd mütləq, Allah rizası üçün, “o səhvi düzəltmək” olmalıdır. Bir də əgər ortada səhv bir rəftar, söz, ya da hadisə varsa, o zaman bu mütləq mövzunu həll edə bilən şəxslərə çatdırılmalıdır. Eyni zamanda da edilən səhv ən gözəl, ən hikmətli, ən məqsədəuyğun sözlərlə qarşı tərəfə çatdırılmalıdır. Ancaq “deyinmə” vərdişində bu sayılan hədəflərin heç biri yoxdur. Məqsəd yalnız adamın ağlına gələnləri söyləyərək “əsəb və hirsini” aradan qaldırmasıdır. Bu da deyinmənin nə qədər boş və səhv hərəkət olduğunu çox dəqiq şəkildə göstərir. Məsələn,

“Bunu bura kim qoydu?”, “Bura bax, neçə gündür buranı heç təmizləyən yoxdur!”, “Nə qədər səs-küy salırlar!”, “Nə qədər çox sual verirlər?”, “Yenə də səhv edib, neçə dəfə başa salmaq olar!”, “Yenə hər tərəfi dağıdıb!” kimi deyinmə növləri çox insanın heç düşünmədən vərdiş etdiyi gün ərzində təkrarladığı məşhur cümlələrdir.

Bəzən də bu insanlar başqaları haqqında deyil, öz yaşadıqları hadisələr barəsində həmişə deyinirlər. “Çox acdım”, “Heç yata bilmədim”, “Çox yuxusuzam”, “Necə çatdıracağam, çox az vaxtım qaldı”, “Çox gecikdim”, “Çox xəstəyəm”, “Başım ağrıyır”, “Mən bunu necə bitirəcəyəm?”, “Heç halım yoxdur!”, “Ürəyim heç qalxmaq istəmir”, “Çox üşüyürəm”, “Çox istidir”, “Bu gün çox işim var, hamısını eyni anda necə edim?” kimi gündəlik həyatları barədə demək olar ki, hər mövzudakı mənfi düşüncələrini bir tərəfdən işlərini görərək, bir tərəfdən də deyinərək davam edirlər.

Mömin deyinmə vərdişinin Allaha inanan, qədəri, dünya həyatının imtahan yeri olduğunu və axirəti bilən insanın əxlaqı ilə uyğun gəlməyəcəyini bilir. Deyinmək mömin şəxsiyyətinə, vicdanına və Müsəlman şüuruna yaraşmayan hərəkətdir. Müsəlman lazım olsa gördüyü hər çatışmamazlığı öz imkanları ilə düzəldər, amma yenə də bunlardan şikayət etməz. Zahirən nə qədər zərər çəkmiş kimi görünsə də, bunu heç vaxt şikayətlənərək dilə gətirməz. Əlaqədar şəxslərlə danışaraq, ya da lazımlı tədbirləri alaraq bu vəziyyəti ortadan qaldırmağa çalışar, amma heç vaxt bunları cahilcə izah etməz. Hirslənəcəyi bir vəziyyətlə qarşılaşsa belə qəzəbini boğar. Heç vaxt əsəbiləşdiyi üçün bunu məqsədsiz bir şəkildə üzə vurmaz. Hirsini boğmaq üçün deyinməz. Hirsin ancaq Allaha təvəkkül etməklə və Quran əxlaqına tabe olmaqla ortadan qalxacağının şüurundadır.

Buna görə də çətinliklərlə qarşılaşdıqda “deyinməmək” möminlərlə cahiliyyə insanlarını ayıran əhəmiyyətli əxlaq xüsusiyyətlərindən biridir. Müsəlmanların bu mövzuya bu dünyagörüşü ilə yaxınlaşmaları və Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaq üçün ağıllarını, vicdanlarını və iradələrini ən gözəl şəkildə istifadə etmələri imanın onlara bəxş etdiyi gözəl bir məsuliyyətdir.

(Ya Rəsulum!) Bəndələrimə de: Gözəl sözlər söyləsinlər. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra surəsi, 53)

'Deyinmək' çirkin cahiliyyə vərdişidir


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:30
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: Priya
Deyinmək mömin şəxsiyyətinə, vicdanına və Müsəlman şüuruna yaraşmayan hərəkətdir.

--------------------

_DreaM_

  • 11 aprel 2012 15:03
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

Воровской

  • 11 aprel 2012 11:33
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
sagol bu meqleni 2 defe oxuyuram

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

B_R_A_T_V_A_

  • 11 aprel 2012 00:50
  • Məqalə: 0
  • Şərh: 121
  • Bal:
{awards}
ALLAH senden razi olsun xebere gore twk

nar_18

  • 10 aprel 2012 20:03
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

LoVe_LiFe

  • 10 aprel 2012 19:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler beyendim

Victorious

  • 10 aprel 2012 18:59
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

Priya

  • 10 aprel 2012 17:50
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Deyinmək mömin şəxsiyyətinə, vicdanına və Müsəlman şüuruna yaraşmayan hərəkətdir.

Allah razı olsun, Dinarcım.Təşəkkürlər.

--------------------




sweet__love

  • 10 aprel 2012 17:47
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
cox maraqli idi cox sagolun heqiqetende deyingenlik hec yaxsi is deyil hemde etrafindakilarida bezdire biler menimde ele inanlardan xosum gelmir

★Miss Love★

  • 10 aprel 2012 16:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Men ozum hec deуingen olamdigima gore deуingen adamlardan dehweт zehlem gedir ozde cox...xebere gore тewekkurler

Воровской

  • 10 aprel 2012 15:56
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
Həzrət Peyğəmbər (s) buyurub: “Hər kəs cümə günü dırnaqlarını qısaltsa, barmaqlarının başı çat-çat olmaz və Allah-Taala onun barmaqlarından hər bir xəstəliyi götürər və xəstəliyinə şəfa verər”. (Mən la yəhzuruhul fəqih, Səduq, 1/127; Ən-Nəvadir, Ravəndi, səh.23) bu ne demek idi hec bilmirtem

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

✰Dгeaм✰

  • 10 aprel 2012 15:52
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

Nuray2012

  • 10 aprel 2012 15:51
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore .......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}