Ayda 9 milyon dollar qazanan teleaparıcı

 
Ayda 9 milyon dollar qazanan teleaparıcı

Var-dövləti əlindən alına bilər

Onun layihələri televiziyaların ən çox yer verdiyi və ən çox pul ödədiyi telelayihələrdir. Bir qayda olaraq milyonlar tərəfindən izlənən proqramları aparıcının özünə də küllü miqdarda qazanc gətirir. Var-dövlətinin sayı-hesabı yoxdur desək, onu daha yaxşı ifadə etmiş olarıq. Türkiyənin ən məhşur teleaparıcısı və ötən ilin ən yaxşı vergi ödəyicisi Acun İlıcalını siz də yaxından tanıyın.

Çox bacarıqsız şagird olub

Acun İlıcalı 1969-cu ildə Ədirnənin İlıcalı vilayətində dünyaya gəlib. Özündən iki yaş böyük Ömər adında qardaşı var. Ömər nə qədər ağıllı, bacarıqlı bir uşaq idisə Acun bir o qədər dəcəl, ram olmayan və dərslərində tənbəl idi. 5-ci sinifdə siqaret çəkməyə başlayan bu uşaq gözlənilmədən uğurlar qazanmağa başlayır. Heç gözlənilməyən bir zamanda liseyə daxil olur. Çox istedadlı şagird olmasa da, birtəhər imtahanlardan keçir. Sinifin ən pis, məktəbin isə ən bacarıqsız şagirdi olur. Köçürmələr sayəsində hər il sinifi keçən Acun liseyi birtəhər bitirir.

Həyatının ən dəhşətli dönəmi

İngilis dilini yaxşı bilməsi onun dadına çatır və İstanbul Universitetinin ingilis dili fakültəsinə daxil olur. Amma universitet həyatı, məzun olmadan bitir, çünki 19 yaşında evlənərək oxumağın "daşını atır". Evliliyinin ilk ilində qızı dünyaya gəlir.
Qızı doğulduqdan 9 ay sonra isə ata-anasını bir yol qəzasında itirir. Tam təsadüf nəticəsində indi 17 yaşında olan, 9 aylıq qızı Banu sağ qalır. O andan etibarən də həyatının ən çətin illəri başlayır. Qəzadan sonra Acun bir il evdən bayıra çıxmır. Bu çətin günlərdə həyat yoldaşı ondan ayrılmaq qərarı verir və boşanırlar. Boşanmadan sonra isə depressiyaya düşən Acun heç kimlə əlaqə saxlamır.

Ölümcül qəzadan möcüzə sayəsində qurtulur

Ailəsi yol qəzasında həlak olandan, yoldaşından boşanandan sonra ağır sarsıntı keçirən Acun qorxu və ölümü düşünmədən yaşamağa başlayır. Bir ildən sonra yavaş-yavaş evdən çıxmağa, gecələr motosikletlə gəzməyə gedir. Heç vaxt yol keçəndə diqqət etmir, ölümdən qorxmur.
Yeni bir motesiklet alır və həyatına çılğıncasına davam edir. Tərkində dostu ilə bir axşam motosikletdə yol gedərkən qorxunc bir qəza keçirir. Dostu həmin qəzada ölür, Acun isə ağır yaralanır, qırılmış sol qoluna dəmir millər taxılır, 36 tikiş vurulur.

Başlanğıc…

1995-ci ildə cins şalvarlar dükanı açır, amma işləri yaxşı getmir və böyük zərərə uğrayır. Bir müddət işsiz gəzir və idmana olan marağı ona yeni başlanğıc üçün kömək edir. "Kanal D"-nin müdiri olan İrfan Şahin, Acunun əmisi oğlunun dostu idi və Acunu tanıyırdı. O vaxt İrfan, Show TV-də maliyyə nəzarətçisi idi. Bir gün ona baş çəkən Acun stajçı olaraq kanalda işə başlamaq barədə təklif alır və ayda 100 dollar maaşla işə başlayır.
İdman departamentində işləyən Acunu 2 ay sonra işdən çıxarırlar, amma sonra geri çağırırlar. "Beşiktaş" futbol klubunun oyunlarından məsul olan Acun futbolçularla, rəhbərliklə münasibətlərini yaxşılaşdırır, xüsusi reportajlar hazırlamağa başlayır və bir anda məhşur olur. Məhşurluğu onun maaşının 7 dəfə çoxalmasına təkan verir, eyni zamanda "Televole" adlı futbol-maqazin verilişinin heyətinə keçirilir. Bu proqramda bir rubrika açır və müxtəlif ölkələrdən reportajlar verməyə başlayır. 105 ölkə gəzir və bu arada da təkrar evlənir. Zeynəb adlı ikinci həyat yoldaşından iki qızı olur, Leyla və Jasmin.

Qazancı fantastikdir

2005-ci ildə "Acun Media" adlı şirkətini təsis edir, proqramlar hazırlamağa və onları televiziyalara satmağa başlayır. "Fear Faktor""Survivor" yarış proqramları ona çox uğur gətirir. "Acun firarda", "Varmısın, Yokmusun?" adlı proqramlarla teleaparıcılıq karyerasına öz möhürünü vuran Acun məhşur və sevilən bir aparıcıya çevrilir.
Son zamanların ən çox izlənən "Yetenek sizsiniz Türkiye""O ses Türkiye", "Yok böyle dans" adlı istedad verilişlərinin, eyni zamanda "Survivor" verilişinin ideya müəllifi və aparıcısıdır. "Show" TV, Acuna proqramların hər biri üçün 750 min dollar ödəyir, onun Şhow Tv-dən aylıq qazancı 9 milyon dollardır.

Var-dövləti əlindən alınacaq?

Fantastik qiymətə olan "Ferrari", "Bentley Mulsanne", "Aston Martın", "BMW", "Range Rover" kimi 6 maşından, hər birinə bir sərvət xərclədiyi motosikletlərindən sonra Acun 7 milyon dollara 9 nəfərlik bir təyyarə də alıb. 1 milyon dollara aldığı gəmisi və 1.575 at gücündə sürət gəmisi isə olduqca çox söz-söhbətə səbəb olub.
Son günlər ikici həyat yoldaşı ilə ailədə problemlər yaşadığı və boşanmağa hazırlaşdığı barədə türk mətbuatında xəbərlər yayımlanmaqdadır. Zeynəb İlıcalı onu xəyanətdə ittiham edir və boşanmaq üçün məhkəməyə ərizə də verib.

42 yaşlı Acun İlıcalının öz proqramlarında geyim məsləhətçisi kimi çalışan 20 yaşlı qızla münasibətinin olduğu barədə də dedi-qodular gəzir. Türk mediası yazır ki, o həmin qadına ev və son model maşın da alıb. Məhkəmədə Zeynəb və Acun İlıcalı boşandığı təqdirdə teleaparıcının mal-mülkünün yarısı həyat yoldaşına veriləcək, bunun üçün bütün var-dövləti məhkəmə tərəfindən siyahıya alınıb və ortaya çıxan məbləğ heç də az deyil – 25 milyon dollar. Amma mediada yayılan xəbərlərə görə bu onun var-dövlətinin hamısı deyil. Çünki təkcə "Şhow" TV-dən ayda 9 milyon dollar maaş alan aparıcının ümumi var-dövlətinin 25 milyon dollar olması inandırıcı gəlmir.


Geri dön

Music Star

  • 15 aprel 2012 09:22
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
Sadə adama oxşayır məncə.Heç deməzsənki 9 mln qazanır))))

--------------------

LoVe_LiFe

  • 13 aprel 2012 09:42
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox sevdiyim teleaprivilardan biridir lap yaxsi twkler xebere gore

SWEET LOVE

  • 12 aprel 2012 18:49
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
YUUUH.YUUUUH YANI ACUN qardasa meni baglaya bilersiniz ki 1 ayliq maasini borc versin 2-3 ile qaytararam. bully

zumu

  • 12 aprel 2012 18:31
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
mawallah, allah artirsin acun

_DreaM_

  • 12 aprel 2012 15:50
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
Acundan cox xowum gelir,,, Allah bereket versin ne deyim ))) twk

--------------------

...BARSA FANATI....

  • 12 aprel 2012 14:57
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Sitat: Victorious
Bu teleaparicini beyenirem. tesekkurler

tontonun anasi

  • 12 aprel 2012 12:51
  • Məqalə: 214
  • Şərh: 2318
  • Bal:
{awards}
COX SEVDIYIM HORMETLE BAXDIGIM APARICIDIR

--------------------

★Azerbaijan girl★

  • 12 aprel 2012 09:14
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
men qazanmiyacamki tebiiki o qazanmalidi tewekkurler

Angel_Boy

  • 11 aprel 2012 23:58
  • Məqalə: 17
  • Şərh: 209
  • Bal:
{awards}
9million pul amma aparici yaxsidi mesela:survivor,yetenek sizsiniz turkiye,yok boyle dans,o ses turkiye.var misin yok musun...bunlar menim bildiyim qederrrr xebere gore cizzz

--------------------
BY-admin-hemid jhnafuaifhlmsfuhsahfai

Nuray2012

  • 11 aprel 2012 23:49
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
hmmm bextever basina cox sagol xebere gore

--------------------

enigmatic_girl

  • 11 aprel 2012 23:38
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Acunu cox sevirem programlarini da bu yazini da oxudum bilmediklerim var idi...

--------------------

VIPTOZ

  • 11 aprel 2012 23:12
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
oqeder cox qazananin elede problemleri olarda.duzdu butun lahiyeleri cox maraqli ve baximli olur ama imkan heddinden artiq olmaina baxmayaraq insan ailesine sadiq qalmalidir tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Delya_91

  • 11 aprel 2012 22:37
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
super,onun yaradici qabiliyyetine heyranam

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

✰GoLd GirL✰

  • 11 aprel 2012 22:14
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
dANISIGINI COX ANLAMASAM DA HALALDI ONA .AFERIN ..BOYUK ISLER GORUB DEYESEN laughing

ANGEL OF LOVE

  • 11 aprel 2012 22:06
  • Məqalə: 7
  • Şərh: 922
  • Bal:
{awards}
halaldi onaa!!

EnD of TiMe

  • 11 aprel 2012 21:44
  • Məqalə: 553
  • Şərh: 6560
  • Bal:
{awards}
Cox xosum gelir Acundan..yaxsi aparicidir..verlisleri maraqli olur..tesekkurler..

Dalga

  • 11 aprel 2012 21:33
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Heyatin cetin sinaqlari ile uzlewib Amma sonu yaxwi olub .Qazandiqlarini Allah ozune qismet etsin Tewekkurler xeber ucun

--------------------

Priya

  • 11 aprel 2012 21:25
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Mən heç vaxt inanmazdım ki, bu cür bacarıqlı insan, uşaq ikən bacarıqsız olub.Mmmm.Ola bilirmiş.Çox reytinqli verlişlərin idea müəllifidir.Təşəkkürlər,TeaDoR...

--------------------




Victorious

  • 11 aprel 2012 21:15
  • Məqalə: 62
  • Şərh: 1303
  • Bal:
{awards}
Bu teleaparicini beyenirem. tesekkurler

--------------------

... Deryam ...

  • 11 aprel 2012 21:06
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Bacarır qazanır, xərcləyir özünə qismət smile

--------------------

✰Dгeaм✰

  • 11 aprel 2012 20:38
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Tesekkurler

★Miss Love★

  • 11 aprel 2012 20:32
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Hmm agir heуaт kecirib...amma sonra уaxwi olub...men onun veriliwlerini cox beуenirem hemde baxiram maraqlidir...тewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 51
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}