Yazda makiyaja ara vermək lazımdır

 
Yazda makiyaja ara vermək lazımdır

Saç və üzün dərisinin ultrabənövşəyi şüalara məruz qalması vaxtından öncə yaşlanmaya səbəb olur

"Ekspress" qəzeti yazır ki, yaz fəsli qanın qaynadığı, hormonların dəyişdiyi bir fəsildir. Bu aylarda insan orqanizmi yenilənir, canlanır. Amma yazın vücudumuza mənfi təsirləri də az deyil. Belə ki, bu fəsildə saçlar və üzün dərisi günəşin ultrabənövşəyi şüalarına məruz qaldığından, bu da vaxtından öncə yaşlanmaya və saç tökülməsinə səbəb olur.

Dərinin yaşlanması səbəbləri genetik olsa da, xarici (ultrabənövşəyi şüaların təsiri) və daxili amillərin (yuxu rejimi, qida rasionu) də təsiri böyükdür. Zaman keçdikcə dəridə qırışlar, tünd qəhvəyi ləkələr, çatlar, qızartılar əmələ gəlir. Dəri ən çox yaz və yay aylarında ətraf mühitin təsirinə məruz qalır. Belə ki, günəş şüaları bu dövrlərdə dəriyə daha çox təsir göstərir.

Makiyaj etmək hər bir xanımın gündəlik rejiminə daxil olsa da, yaz aylarında dərinin qırışmaması və ətraf mühitin təsirindən qorunması üçün bir qədər makiyaja fasilə vermək lazımdır. Dərimiz gənc, gözəl və canlı olduğu dövrlərdə biz 10-20 il sonranı düşünmürük. Ancaq nəzərə almaq lazımdır ki, 20 yaşından sonra dəridə yaşlanma başlayır. Bu yaşlanmanın qarşısını almaq üçün elə o dövrlərdən dəriyə qulluq etmək məsləhət görülür.

Kosmetoloq Riana Mustafayevanın sözlərinə görə, yaz və yay aylarında xanımlar dəriyə xüsusi quluq göstərməli, onu günəş şüalarından qorumağa çalışmalıdırlar. "Qışda dərini qorumaq üçün müxtlif kremlərdən istifadə etmək məsləhət görülsə də, yaz və yay aylarında bir qədər makiyaja ara vermək lazımdır. Kosmetik vasitələrdən istifadə edildiyi halda dəri nəfəs ala bilmir. Bu da zamansız qırışlanmaya, dəridə müxtəlif ləkələrin yaranmasına səbəb olur".

Kosmetoloqun dediyinə görə, dəriyə qulluq edilməsi də müəyyən çərçivədə olmalıdır. Belə ki, bəzən quru dərisi olan xanımlar üzlərini hər gün sabunla yuyurlar ki, bu daha da qurumaya səbəb olur. Və yaxud yağlı dərili xanımlar evdə hazırlanan maskalardan düzgün istifadə etmədiyi halda dəriləri daha da yağlanır və sızanaqların artmasına səbəb olur. Həmsöhbətim hesab edir ki, dəriyə qulluq edilməmişdən öncə dərinin tipi müəyyənləşdirilməlidir. Bundan sonra dəriyə düzgün qulluq haqqında danışmaq olar.

"Dərinin üç tipi - quru, yağlı və qarışıq - var. Bunu xanımlar öz dəriləinə baxaraq müəyyənləşdirə bilərlər. Dəri quruyub qabıq verirsə, bu, quru, dəri yağlı və sızanaqlıdırsa, yağlı dərinin bəzi hissələri qabıq verib quruyur, digər hissəsi isə yağlıdırsa, bu, qarışıq dəridir. Yaz fəslində quru dəri ətraf mühitin təsirinə məruz qalır. Bu səbəbdən də quru dərinin bu fəsildə daha çox qulluğa ehtiyacı olur".

Yaz və yay aylarında saçlar da ətraf mühitin, əsasən də ultrabənövşəyi şüaların təsirinə məruz qalır. "Qışda gücdən düşmüş saçlar yaz və yay fəsillərində günəş şüalarına və ətraf mühitin təsirinə məruz qalaraq qırılır, rəngi solur və tökülməyə başlayır. Ümumiyyətlə, gün ərzində 80-ə yaxın saç kökündən ayrılıraq tökülür. Əgər saçlarınızı yuyarkən güclü saç tökülməsi ilə qarşılaşırsınızsa, mütləq həkimə müraciət etmək lazımdır".

R.Mustafayevaya görə, güclü saç tökülməsi müəyyən xəstəliklərin xəbərçisi ola bilər. "Yaz və yay aylarında saç tökülməsinin genetik və müxtəlif səbəbləri ola bilər. Ən ağır xəstəliklər belə özünü öncə saç tökülməsi ilə büruzə edir. Saçlarınızın tökülməsinin qarşısını almaq üçün istifadə etdiyiniz şampunlara diqqət yetirin. Çalışın ki, kimyəvi tərkibi zəif olan şampunlardan istifadə edəsiniz. Saç tökülməsinə qarşı maskalardan istifadə edin. Belə maskalar saç dibini möhkəmləndirdiyi üçün tökülmənin qarşısını alır".


Geri dön

ANGEL OF LOVE

  • 12 aprel 2012 16:03
  • Məqalə: 7
  • Şərh: 922
  • Bal:
sade makyaj daha gozeldir.. tonalny,goze qara karandaw,4ehrayi ruj.. vesssalam .. supper olacagsiz..

Angel-11

  • 12 aprel 2012 14:55
  • Məqalə: 0
  • Şərh: 671
  • Bal:
{awards}
hele balacayam ona gore makyaj surtmuremmkiii

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....

Nuray2012

  • 12 aprel 2012 12:30
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
cox sagol xebere gore,heleki mende yazda makiyaj cekmirem winked

--------------------

Dalga

  • 11 aprel 2012 21:59
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
{awards}
Men hec makiyaj istifade etmirem Xeber ucun tewekkur edirem

--------------------

SWEET LOVE

  • 11 aprel 2012 19:42
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
MAKYAJI COX VURANDA ADAM SIT GORUNUR.HER SEYIN SADESI.SAGOL

Delya_91

  • 11 aprel 2012 19:37
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
demek olar ki istifade etmirem,toy filanda ancaq

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

✰Dгeaм✰

  • 11 aprel 2012 19:33
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Men hec vaxt uzume makyaj vurmuram.Hec lazim da deyil.Amma yene de xeber ucun sagol.

★Miss Love★

  • 11 aprel 2012 19:12
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Men makiуajdan isтifade elemirem...bele sade cok guzelim тewekkurler xebere gore winked

_LALE_

  • 11 aprel 2012 19:10
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
GOZELIN MAKIYAJA EHTIYACI YOXDUR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 65

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}