Rəşid Behbudov

 
Rəşid Behbudov

Azərbaycan Rəşid Behbudoun vətəni kimi də tanınmışdir. Onun atası, Məcid Behbud Alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq-musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən Qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçmişdir. 1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan "Müstaid" yay konsertinə iştirak etməyə dəvət edirlər .O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşaiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir. Sonra Rəşid dəmiryolu texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar. Qəflətən Behbudov yerevan konsert kollektivinin birindən dəvət alır. Behbudov Bakıda qastrol səfərində olarkən qurulusçu rejissorlar onun Ü.Hacibəyovun operettasında ifa etdiyi parçaları dinləyirlər, eləce ona "Arşın mal alan" filmində Əsgər obrazı verilir. Arşın mal alan filminin şöhreti artır. Az sonra bu film Sovet İttifaqinin bütün şəhərlərində, xarici ölkələrdə göstərilir. 1946-ci ildə filmə Dövlət Mükafatı verilir."Arşın mal alan" filmi Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obraz-Əsgər obrazı, mügənninin şirin və könül oxşayan səsi həm tamasaçılarını, həm də xarici ölkə tamaşaçılarını valeh etmişdir. Sovet kinosunun qızıl fonduna daxil olmuş həmin film 50 ildən çoxdur ki, müvəffəqiyyətlə göstərilir. 1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında Azərbaycan, Neftçi mahnısı, Züleyxa-xanım və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri F.Əmirovla yaxşılaşır. Maestro bəstəkarın Gülüş, Ulduz romanslarını, Sevdiyim yardır və b. mahnılarının ifa edir.





R.Behbudov özünün parlaq yaradıcılıq və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Efqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarlarının mahnıları R.Behbudovun ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir. Daha sonralar Behbudovu qastrol səfərlərinə dəvət edirlər.O səfərlərində incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil edir. 1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov Hindistanda Azərbaycan bəstəkarları- Ü.Hacəbəyov, S.Rüstəmov, F.Əmirov, T.Quliyev, C.Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında Baliqa-həkim və tanınmış kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur olur. 1957-ci ildə Hindistandan Azərbaycana hind musiqi instrumentləri kolleksiyasını Rəşid Behbudova hədiyyə yollayırlar. R.Behbudov bu ölkəyə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır. Daha sonralar Behbudov Neft Daşları, Gəncə, Daşkəsən ,Zaqatala, Turut-Saradjin təpəsində, Alagöz yaylaqlarında olmuşdur. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə vermişdir. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun "Sevil" operasında onun yaratdığı Balaş obrazı-dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi, geniş miqyasda təqdir olunmuş, respublikanın ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bu vaxta qədər o lirik, xarakter-janr əsərlərinin və əsasəndə xalq mahnı yaradıcılıığı ifaçısı kimi tanınmışdır.Yeni spektaklda o özündə vokal-dramatik texnikasını hiss etdi. 1954-cü ildə Behbudov yenə ekranda göründü, bu dəfə "Doğma Xalqıma" sənədli filmində, hansı ki, Azərbaycan incəsənətinin nailiyyətləri haqqında kinopoema olmuşdur.





Behbudovu 1954-ci ildə Hindistana qastrol səfərlərinə çağırırlar. Hindistanda Behbudovu köhnə tanış kimi qarşılayırlar. Onun mahnılarını bilir və onunla bərabər ifa edirlər. Daha çox Behbudovun ifasında populyar hind bəstəkarı Robi Şankarın, sözləri tanınmış hind şairi Alama İqbalın "Bütün ölkələrdən ən yaxşısı mənim Hindistanım" (Sare çaxasa açça Xindustan xumara) mahnısı səsləndirilir. Sonra Behbudovu "Sevimli Mahnı" filmində Bəxtiyar rolu həvalə olunur. Aktyor öz rolu ilə həyata atılmış gənc obrazı yaradır. R.Behbudov Azərbaycanda estrada janrının banilərindən biridir. Nəhayət 1957-ci ilin fevral ayında Azərbaycan Dövlət filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına,onun geniş kütlələr arasında şöhrətlənməsinə kömək etdi. 1961-ci il Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli-Bayramlı, Mingəçevir, Ağdaş, Göyçay, və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu. 70-ci illərdə Rəşid Behbudov yenə ekranlarda "1001-ci qastrol" filmində gorünür. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır.


Geri dön

nilayka

  • 5 may 2011 06:56
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
tesekkurler

--------------------

Yusif

  • 5 noyabr 2010 13:31
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

sevgi yalandir

  • 4 noyabr 2010 20:29
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 4 noyabr 2010 19:54
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol melumata gore

Yusif

  • 4 noyabr 2010 18:59
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}