Axirət səfəri

 
Axirət səfəri

AXİRƏT SƏFƏRİ
1-Əbuzər demişdir: “Ey camaat! Sizlərdən biriniz səfərə getmək istədikdə, özünüzlə kifayət qədər azuqə və yol ehtiyatı aparırsınız. Lakin bilin ki, axirət səfərinə gedəndə, azuqə aparmaq daha vacibdir.”

2-Hər gecə camaat öz yataqlarına getdikləri zaman imam Əli (ə)-ın səsi ucalardı. Belə ki, qonşuların hamısı o həzrətin səsini eşidərdilər. O həzrət buyurardı: “Hazırlaşın, öz səfər azuqənizi hazırlayın, Allah sizə rəhmət etsin! Həqiqətən ölüm carçısı sizə dünyanı dəyişmək nidasını vermişdir. Dünyadan az yapışın, saleh əməl azuqəsi hazırladığınız halda, axirət səfərinə yola düşün. Siz çətin və ağır mənzillər və hadisələrlə üzləşib, onları ötüb keçməlisiniz.”

3-Axirət səfərinin bir necə mənzili vardır:
Birinci mənzil can verməkdir; onun qorxulu və vəhşətli halətləri vardır. Bu zaman çətinliklər can verənə hər tərəfdən üz gətirər. Bir tərəfdən xəstəliyin və bədəndə olan ağrıların şiddətlənib bədənin taqətsiz olması və dilin tutulması, digər tərəfdən də evdən, əhl-əyaldan, ailə-uşaqlardan, qohum-əqrəbadan, mal-dövlətdən ayrılmaq və başqalarının hüquqları haqqında fikirləşmək. Bunlardan əlavə, onun hökmünü oxuyan qəzəb mələklərinin, canını almağa gələn ölüm mələyinin hansı şəkildə gəlməsi çətinlikləri daha şiddətləndirir.

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli! Ölüm mələyi kafiri qəbzi-ruh edərkən qızmış şişlərlə onun canını çıxarar.” Əmirəl-möminin Əli (ə) ərz etdi ki, ya Rəsuləllah, sizin də ümmətinizdən belə can verənlər olacaqmı? Peyğəmbər (s) buyurdu: “Bəli, müsəlmanlardan da bir neçə dəstə bu sayaq can verərlər: Zalım hakimlər, yetim malını mənimsəyənlər, nahaq yerə şahidlik edənlər, xəbərçilər, həsəd edənlər və şərab içənlər.”

5-İnsanın asan can verməsinə səbəb olan əməllər aşağıdakılardan ibarətdir: 1-Qohumluq əlaqələrini kəsməmək. 2-Ata və anaya yaxşılıq etmək. 3-Yetmiş dəfə “Ya əsməəs-samiin və ya əsbərən-nazirin və ya əsrəəl-hasibin və ya əhkəməl-hakimin” demək. 4-“Zilzal” surəsini oxumaq.

6-İnsanın axır-aqibətinin yaxşı şəkildə sona yetməsi və dünyadan imanlı halda getməsi üçün aşağıdakı əməlləri yerinə yetirməsi təsirlidir: 1-Gündəlik vacibi namazları əvvəl vaxtında qılmaq. 2-“Zil-qədə” ayının bazar günlərində qılınan namazı tərk etməmək. 3-Həmişə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını demək. 4-(“Muhəmmədun nəbiyyullah və Əliyyun vəliyyullah” sözləri yazılmış) əqiq üzük taxmaq. 5-Cümə günlərində “Muminun” surəsini oxumaq. 6-Çoxlu salavat çevirmək. 7-“(Xüsusilə sübh namazından sonra) yeddi dəfə “Bismillahir-rəhmanir-rəhim, la hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” demək. 8-Rəcəb ayının 22-ci gecəsi səkkiz rükət gecə namazı qılmaq (və hər rükətdə “Həmd” surəsindən sonra əlli dəfə “İxlas” surəsini oxumaq). 9-“Rəbbəna la tuziğ qulubəna bədə iz hədəytəna və həb ləna min lədunkə rəhməh, innəkə əntəl-vəhhab” ayəsini çoxlu demək.

7-Axirət səfərinin ikinci mənzili qəbirdir: Yaxşı olar ki, meyyiti qəbrə yaxınlaşdırdıqda, onu birdən qəbrə qoymasınlar; çünki qəbrin qorxulu və vəhşətli hadisələri vardır. Həzrət Fatimeyi-Zəhra (ə) imam Əli (ə)-a vəsiyyət etmişdi ki, məni qəbrə qoyub, qəbirimin üstünü örtdükdən sonra, mənim başımın üstündə otur, çoxlu Quran və dua oxu. Çünki həmin saat ölünün diri şəxslərlə ünsiyyət tapmağa ehtiyacı vardır. Seyyid ibni Tavus həzrət Peyğəmbər (s)-dən nəql etmişdir ki, meyyitin ən çətin saatı qəbrə qoyulduğu birinci gecədir.

8-Qəbrin birinci gecəsində öz ölünüzə sədəqə vermək, çoxlu salavat göndərmək, Quran oxumaq və vəhşət namazı qılmaqla rəhmət göndərin.

9-Qəbrin birinci gecəsinin qorxusundan nicat tapmaq üçün aşağıdakı əməlləri yerinə yetirmək faydalıdır: 1-Namazların rükusunu tam və kamil şəkildə yerinə yetirmək. 2-Hər gün yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək. 3-Yatmazdan öncə “Yasin” surəsini oxumaq. 4-( Rəcəb ayında qılınan) “Leylətur-rəğaib” namazını qılmaq. 5-Xəstələrin görüşünə getmək. 6-Xoş xasiyyətli olmaq (xüsusilə evdə). 7-Əhli-beyt (ə)-a məhəbbət bəsləmək.

10-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin günahlarının kəffarəsi (cəriməsi) qəbir əzabı və sıxıntısıdır.”
Ondan xilas olmağa səbəb olan əməllər bunlardır: 1-Hər cümə gecəsi “Nisa” surəsini oxumaq. 2-“Zuxruf” surəsini çox oxumaq. 3-Gecə namazı qılmaq. 4-“Təkasur” surəsini oxumaq. 5-Nəcəfi-əşrəf şəhərində dəfn olunmaq. 6-Meyyitin kəfəninə iki yaş çubuq qoymaq. 7-Qəbrin üstünə su tökmək (qəbrin üstü rütubətli olana qədər, meyyitə əzab verilməz). 8-Rəcəb ayında dörd, Şəban ayında isə on iki gün oruc tutmaq. 9-Rəcəb ayının birinci gecəsində on rükət namaz qılmaq (hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini üç dəfə oxumaq). 10-Rəcəb ayının birinci gecəsində iyirmi rükət namaz qılmaq.

11-“Mülk” surəsini çox oxumaq. Həzrət Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurmuşdur: “Bu surə insanı qəbir əzabından xilas edir.” 12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meyyiti dəfn etdikdə üç dəfə “Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmmədin ən-la tuəzzibə hazəl-məyyit” desə, Allah-taala əzabı ondan götürər.” 13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cümə axşamı hər rükətdə “Həmd” surəsindən sonra on dörd dəfə “Zilzal” surəsini oxumaqdan ibarət olan iki rükət namaz qılsa, qəbir sıxıntısından amanda qalar.” 14-Rəcəb və Şəban ayının gecələrinə, eləcə də Aşura gecəsinə məxsus olan müstəhəb namazları qılmaq. 15-Sədəqə vermək (xüsusilə yetimə). 16-Xalqa xidmət etmək, xüsusilə məscid tikmək, körpü salmaq və yol çəkmək.

Həmçinin cümə ertəsi gününün qürubundan cümə gününün qürubu arasında ölənlərə də qəbir əzabı verilməz. (İnşaallah!)

Axirət səfəri


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:46
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler maraqlidir

--------------------

Music Star

  • 13 aprel 2012 14:49
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

★Miss Love★

  • 13 aprel 2012 13:45
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli уazidir...тewekkur edirem eziууeтe gore

Nuray2012

  • 13 aprel 2012 12:39
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

Priya

  • 13 aprel 2012 12:25
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Möminin günahlarının kəffarəsi (cəriməsi) qəbir əzabı və sıxıntısıdır.”
Nə qədər yaxşı mömin olsan da qəbir əzabı görəcəyik.Təki ən ağır cəzamız bu olsun.Daha haqq-hesab zamanı əzab görməyək.

Yazı üçün təşəkkürlər, Dinarcım.Rəbbimiz razı olsun.

--------------------




LoVe_LiFe

  • 13 aprel 2012 08:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ayyy nece pis oldum axiret geleceyine bilende bele insan pis olur. amma ALLAH bele buyurub belede olmalidir. twkler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}