Tövbə (Ayə və hədislərdə)

 
Tövbə (Ayə və hədislərdə)

Tövbə

«Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.»

Allahın Peyğəmbəri (s):«Tövbə keçmişdə olanların üstünü örtür.»

Allahın Peyğəmbəri (s):«Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.»

İmam Əli (ə):«Tövbə günahları təmizləyər və qəlbi yuyar.»

«Allah tövbə edənləri və pak olanları sevir.»

Allahın Peyğəmbəri (s):«Allah yanında tövbə etmiş mömin kişi və mömin qadından sevimli heç nə yoxdur.»


Allahın Peyğəmbəri (s):«Adəm övladının hamısı səhv və xəta edir, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir.»

Allahın Peyğəmbəri (s):«Həqiqətən Allahın öz bəndəsinin tövbə etməsindən sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itiridiiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur.»


«Tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər….»

Allahın Peyğəmbəri (s):«Tövbə etmiş şəxsin dörd nişanəsi var: əməli yalnız Allaha görə xalisləşdirmək, batili tərk etmək, haqqa bağlılıq və yaxşılığa hərislik.»

İmam Əli (ə) tövbə edənlərin vəsfində buyurmuşdur:«Günah ağaclarını göz və qəlblərinin qabağında basdırıblar və onları peşmançılıq suyu ilə suvarıblar. Bu ağaclar onlara salamatlıq barı verib və arxasınca razılıq və kəramət gətirib.»

İmam Səccad (ə) münacatlarının birində: «Bizi o kəslərdən et ki, …… nəfsi istəklərin od pərdəsini tövbə yaşı tökməklə kəsiblər və nadanlıq qablarını həyat suyunun zülalı ilə yuyublar.»
«Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan….Odur»


İmam Əli (ə): «Tövbə (etmək uğuru) verilmiş şəxs onun qəbul edilməsindən məhrum edilməz və istiğfar (etmək uğuru) verilmiş şəxs isə bağışlanmaqdan məhrum qalmaz!»

«Günah işlər görməkdə davam edərək ölüm yetişən anda «mən indi tövbə etdim» deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz.»


Allahın Peyğəmbəri (s):«Kim (əzabı) müşahidə etməmişdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər.»

İmam Baqir (ə) əli ilə boğazına işarə edərək buyurmuşdur:«Can bura çatanda alim və bilənin tövbəsi (tövbə etməyə bir yolu) yoxdur, amma nadanın var.»

İmam Rza (ə) «Allah-taala nə üçün Fironu iman gətirməsinə və Onun birliyini iqrar etməsinə baxmayaraq suda batırdı?» sualının cavabında buyurmuşdur:«Çünki o əzabı müşahidə edən zaman iman gətirdi, əzabı müşahidə edən zaman iman gətirmək isə qəbul edilməz.»

İmam Əli (ə):«Günahdan peşman olmaq istiğfardır.»

İmam Əli (ə):«Qəlbin peşman olması günahın üstünü örtər.»

«Digər bir dəstə günahını etiraf etdi ki, onlar yaxşı bir əməl ilə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilər ki, Allah onların tövbələrini qəbul etsin.»

İmam Əli (ə):«Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyü¬nən itaətkardan daha yaxışıdır.»

İmam Baqir (ə):«Vallah, günahı etiraf edən şəxsdən başqa heç kəs ondan qurtulmaz.»


İmam Baqir (ə):«Vallah, Allah-taala insanlardan yalnız iki şey – nemətlərini daha da artırmaq üçün onlara görə şükr etmələrini və günahlarını bağışlamaq üçün günahlarını etiraf etmələrini istəyib.»

«Hər kəs zülmündən sonra tövbə etsə və özünü düzəltsə Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayan və rəhm edəndir.»

«Şübhəsiz ki, Mən tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra doğru yolu tutanı çox bağışlayanam.»

İmam Əli (ə):«Tövbə dörd sütun - qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır.»
əl-Kafi:«Nəxə tayfasının böyüklərindən biri olan Vəhəb ibn Əbdi Rəb¬bih deyir:«İmam Baqirə (ə) dedim:«Mən Həccacın zamanından indiyə kimi vali olmuşam, mənim tövbəm qəbul olar?» Həzrət susdu. Mən sözümü bir də təkrar etdim. Həzrət buyurdu:«Xeyr, yalnız bu istisna ilə (töv¬bən qəbul ola bilər) ki, hər bir haqq sahibinin haqqını özünə qaytarasan.»

Allahın Peyğəmbəri (s):«Hər bir günah üçün (ona uyğun) bir (tərzdə) tövbə et, gizli günah üçün gizli tövbə və aşkar günah üçün aşkar tövbə!»
«Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin.»

Allahın Peyğəmbəri (s):«Səmimi-qəlbdən və xalis niyyətlə edilmiş tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır.»

İmam Hadi (ə) səmimi-qəlbdən edilmiş xalis tövbə barəsindəki sualın cavabında buyurmuşdur:«Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır.»

İmam Əli (ə):«Günah edən zaman tövbə ilə onun məhvinə tələs.

İmam Əli (ə):«Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır.»

İmam Cavad (ə):«Tövbəni təxirə salmaq aldanmaq və qəflətdir, bu gün-sabah etmək isə çaşqınlıq və məəttəlçilik!»

İsa Məsih (ə):«Camaata borclu olmayan kəs, borclu olub borcunu vaxtında qaytaran kəsdən də daha rahat və qəmi azdır. Həmçinin günah etməyən kəs, günah edib hətta səmimi qəlbdən xalis tövbə edən və Allaha tərəf qayıdandan daha rahat və xatircəmdir.»

İmam Əli (ə):«Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır.»

İmam Əli (ə):«Kim (Allaha tərəf) qayıtsa Allah da ona (tərəf) qayıdar və onun bədən üzvlərinə və yerin hər bir parçasına onun abrını qorumaq, eyblərinin üstünü örtmək və əməlləri qoruyan mələklərin onun barəsində yazdıqları günahların onların yadlarından çıxarılması əmr edilər.»

«Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir.
İmam Sadiq (ə):«Allah-taala Davud peyğəmbərə (əla nəbiyyina və alihi və əleyhis-səlam) vəhy etdi ki:«Ey Davud! Mömin bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə və onu xatırlayan zaman Məndən həya etsə onu bağışlayar, həmin günahı əməlləri qoruyub saxlayan mələklərin yadından çıxarar və onu yaxşılığa çevirərəm. Mənim bu işdən heç bir çəkinəcəyim yoxdur. Çünki Mən mehribanların ən mehribanıyam.»

Allahın Peyğəmbəri (s):«Ümmətimdən vay o kəslərə ki, Allahın əvəzinə hökm çıxarırlar. O kəslər ki deyirlər:«Filankəs Cənnətlikdir, filanikəs Cəhənnəmlik.»


Allahın Peyğəmbəri (s):«Günlərin birində bir kişi dedi:«Vallah, Allah filankəsi bağışlamayacaq.» Onda Allah-taala buyurdu:«Bu kimdir ki, Mənim filankəsi bağışlamayacağıma and içir? Mən həmin şəxsi bağışladım və ikincinin (saleh) əməlini «Allah filankəsi bağışlamayacaq» dediyinə görə batil və puç etdim.»

Tövbə (Ayə və hədislərdə)


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:49
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
«Günah işlər görməkdə davam edərək ölüm yetişən anda «mən indi tövbə etdim» deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz.»

--------------------

✰GlaMurKa✰

  • 2 may 2012 23:39
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BELE DEYERLI XEBERE GORE

Music Star

  • 13 aprel 2012 21:14
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

✰Dгeaм✰

  • 13 aprel 2012 18:21
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

Воровской

  • 13 aprel 2012 16:41
  • Məqalə: 11
  • Şərh: 1853
  • Bal:
{awards}
thanksssssssssssssssssssssssssssssssssss

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

LoVe_LiFe

  • 13 aprel 2012 16:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler ALLAH RAZI OLSUN. beyendim

★Miss Love★

  • 13 aprel 2012 16:13
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
cox maraqlidir oxudum...тewekkurler eizууeтe gore))

SeL_cAn

  • 13 aprel 2012 16:11
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}
İmam Əli (ə):«Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır.»

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

awksiz_kiz

  • 13 aprel 2012 15:57
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Allah razi olsun

Nuray2012

  • 13 aprel 2012 15:51
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}