Vampir

 
Vampir

İngilis dilində olan "vampir" sözü macar mənşəli olub XVIII əsrin əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır. Bəzi tarixçilər bu sözün serb və ya türk mənşəli olması fikrini irəli sürürlər.

Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən "vampir" sözünün hərfi mənası "qaniçən" deməkdir [1].

Con Haynrix Zopfius özünün 1733-cü il tarxili "Serb vampirləri" adlı elmi işində yazmışdır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər...".

Skoffern isə özünün "Stray Leaves of Science and Folk lore" ("Elmin və folklorun baxımsız yarpaqları") adlı əsərində yazır: "Vampirlərə verə bildiyim ən gözəl anlayış onun yaşayan, şər ruhlu, qatil ölü bədən olmalarıdır. Yaşayan ölü bədən!..". Bu söz ayrı-ayrı dillərdə müxtəlif cür adlandırılır. Məsələn, azərbaycanca – xortdan, türkçə - hortlak, rusca, ukrainca, belarus, slovak və çex dillərində – upir, bolqarca – vampir, polşa dilində – wapierz, yunanca – rikoklas, tatarca –uvır və s.

Qərb ədəbiyyatında "vampir" sözünə ilk dəfə 1734-cü ildə İngiltərədə çap olunmuş "Oxford English" lüğətində [2] rast gəlinir. Daha sonra bu söz 1745-ci ildə Harleian Misscelllanydə nəşr edilmiş “Travels of Three English Gentlmen” (“Üç ingilis centlmeninin səyahəti”) adlı macara əsərində (Johnson Samuel, "IV", Harleian Miscellany. London: 1745. T. Osborne, page. 358.) işlənmişdir. Əsərdə qəbirdən şər ruhla xortlayaraq insanları öldürüb qanını içən meyitlər vampir adlandırılmışdır. “Vampirizm” anlayışına gəlincə, “vampir” sözü və “izm” sözdüzəldici şəkilçisindən əmələ gəlib leksikonumuza daxil olan və demək olar ki, bütün dünya dillərində işlənən bu söz dar mənada vampirlərin mövcudluğu ilə bağlı cərəyanı ifadə edir. Geniş mənada isə bu söz fikrimizcə, vampirlərin real olmasına, başqa sözlə, həqiqətdə mövcudluğuna dair həm nəzəriyyədə, həm də təcrübədə yaranan ziddiyyətli məsələlərin həllini əhatə edən fikirlərin məcmuyundan ibarət bir dünyagörüşü anlamını
əks etdirir.


Geri dön

angeloka

  • 2 iyul 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 506
  • Bal:
vampirlerin var olmasi haqda eyani subut alatoranliq

Cahan95

  • 23 mart 2011 13:52
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
twk maraqliydi)

--------------------
не важно, что обо мне говорят за моей спиной, пока обо мне говорят неправду.

AskZede

  • 4 yanvar 2011 16:00
  • Məqalə: 10
  • Şərh: 676
  • Bal:
{awards}
Hmm Vampirlerin Olmasi Haqqinda Men 1-2 Xeber oxumusam filmlerinede baxmisan twk Ela Xeberdir
love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 54
Cəmi: 75

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 146
 
The Shield
Xəbərləri: 37
Cəmi: 302
 
Darling
Xəbərləri: 36
Cəmi: 921
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}