Maraqlı suallar və cavabları...

 
Maraqlı suallar və cavabları...

Maraqlı suallar və cavabları...

1. Dəniz havası almaq xeyirlidir?
Şəhərdən uzaq dəniz sahilində yaşamaq sağlam ola bilər. "Dəniz havası" yəni dənizin səbəb olduğu gözəl qoxu, sahildə yaşayan bir bakteriya sayəsində ortaya çıxar. Amma mütəxəssislər bakteriyanın, limanlardakı egzoz qazının havanı daha da çirklətməsinə səbəb olduğunu ortaya qoydu.

2. Hər kəs evində qalsa qrip epidemiyası bitərmi?
Bəli. Qlobal bir karantin qrip epidemiyasının sonu ola bilər, ancaq tək bir adamın belə çölə çıxması virusun yenidən yayılmasına səbəb olar.

3. Saqqız sonsuza qədər mədədə qalarmı?
Xeyr. Saqqız, udulduğunda həzm olunmaz, ancaq ən geç üç gün içində bədəndən atılar.

4. Öz-özünə danışanlar dəlidirmi?
Xeyr. İnsanların tək ya da çətinlikdə olduğunda öz özlərinə danışması olduqca normal bir vəziyyətdir.

5. Kişilərdə sellülit olarmı?

Portağal qabığı kimi bir dəri yalnız qadınlarda deyil kişilərdə də var. Ancaq kişilərdə selülit daha çox boyun və qarın bölgəsində olur.

6. Arxa kresloda niyə avtomobil tutur?(ürəkbulanma)
Arxada oturduqa üfüq xətti görülmür. Vasitə tutması, iç (daxili) qulaqda hərəkət qəbul edilərkən, gözlərdən sabit olduğunuz məlumatının gəlməsi səbəbiylə yaşanar. Yəni arxada oturarkən, beyin vasitənin hərəkət etdiyini anlamaz və beləcə bədən tarazlığı pozular.

7. Çay içmək həqiqətən hərarəti götürərmi?

Bəli. İsti içkilər bədənin özünü olduğundan daha isti zənn etməsinə gətirib çıxarar. Bədən daha çox tərləyər və bu da istilik itkisinə gətirib çıxarar.

8. Barmaqlar suda qaldıqda niyə büzülər?
Əgər hüceyrələrinizin sahib olduğundan daha az sıxlıqda və ya az duz çöküntüsünün olduğu suya girsəniz, su osmos üsuluyla bədənə əmilər. Bu da dəridəki hüceyrələrin şişməsinə səbəb olar. Hüceyrələr alt təbəqədəki toxumalara bağlı olduqlarından dəri bu vəziyyətə uyğunlaşma təmin edə bilmək üçün büzülər.

9. Üzümmü, şərabmı daha faydalıdır?
Şərabdakı sağlamlığa faydalı maddə olan antioksidanların miqdarı, üzümdən iki qat daha çoxdur.

10. Quşlar həqiqətən islanmazmı?
Quşlar dimdiklərində çıxardıqları yağı götürərək tüklərinə sürtərlər. Bu da suyun yağı keçərək tüklərə çatmasına mane olar. Yəni quş tükləri suya dayanıqlıdır.

11. Kainatın ən soyuq yeri haradadır?
Dünyanın 5 min işıq ili uzağında yer olan böyük bir toz və qaz buludu Boomerang Nebulada istilik mənfi 272 dərəcə olaraq təxmin edilir.

12. Niyə tək yumurta əkizlərinin barmaq izləri bir-biriylə eyni deyil?
Tək yumurta əkizləri eyni DNA-a sahib olsalar da hüceyrələri eyni deyil, xarici görünüşünüzü genləriniz təyin etməz. Barmaq izləri isə bədəndə məruz qalınan hormonlara bağlıdır. İki hüceyrənin hormon səviyyəsi fərqli olduğu üçün, barmaq izləri də eyni olmaz.

13. Niyə atəşimiz qalxdığında üşüyərik?
Temperatur, bədənin öz termostatının istiliyini yüksəltməsiylə ortaya çıxar. Ancaq adam tərləmədiyi ya da qan təzyiqi yüksəlmədiyi üçün üşüyər.

14. Dijital fotoşəkillər 100 il saxlanıla bilər?

Kağızda çıxarılsa ya da günəş şüalarından qorunacaq şəkildə CD-də saxlansa, bəli.

15. Havaya atılan su buz olaraq düşərmi?
Mənfi 30 dərəcədə havaya atılan su yerə buz olaraq düşər.

16. Solaxaylar daha ağıllıdır?
İndiyə qədərki elmi araşdırmalar, solaxayların sağ əlini istifadə edənlərdən daha yaradıcı ya da ağıllı olduğunu göstərmədi.

17. OK (İng. oldu, tamam) nəyin qısaldılmasıdır?
Bununla əlaqədar ən məşhur nəzəriyyə "All Correct"in (hər şey qaydasında) qəsdli olaraq 'Oll Korreckt' formasında səhv yazılması və buradan edilən qısaltma olduğu istiqamətindədir. OK, gülünc olması üçün sözlərin səhv yazılmasının moda olduğu 1840-cı illərdə Boston qəzetlərində məşhur oldu.

18. Yalnız su və vitaminlə yaşamaq olarmı?
Xeyr. Vitamin və minerallar qədər enerji çıxarmaq və hüceyrələrin özlərini yeniləyə bilməsi üçün karbohidrat, yağ və zülala da ehtiyac hiss edərik.

19. Qüsursuz görüş nədir?
Göz həkimlərində olan hərfli cədvəlin hamısını 6 metrlik bir uzaqlıqdan görmək qüsursuz görüşün işarəsidir.

20. Narkoman olmaq üçün neçə siqaret çəkilməlidir?
Əhəmiyyətli olan siqaret sayı deyil. Asılılıq səhər oyandıqdan sonra ilk siqareti nə vaxt yandırdığınızla bağlıdır. İlk siqaret çəkdikdən sonra asılılıq bir il içində tamamlanır.

21. Mikroblara da mikrob yoluxarmı?
Bəli. Mikroblara da yoluxan daha kiçik mikroblar var.

22. Niyə soğan doğramaq ağladır?
Soğan doğrandığında havaya "lachrymatoryfactor" adlı bir ferment yayılır və bu da göz qaşıntısı yaradır. Göz isə özünü müdafiə etmək üçün gözyaşlarından istifadə edir.


Geri dön

Payner

  • 9 fevral 2011 03:30
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
coox sagol.maraqli idi

Ulya

  • 4 noyabr 2010 17:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol.maraqli idi

OK

  • 3 noyabr 2010 21:40
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
17. OK (İng. oldu, tamam) nəyin qısaldılmasıdır?
Bununla əlaqədar ən məşhur nəzəriyyə "All Correct"in (hər şey qaydasında) qəsdli olaraq 'Oll Korreckt' formasında səhv yazılması və buradan edilən qısaltma olduğu istiqamətindədir. OK, gülünc olması üçün sözlərin səhv yazılmasının moda olduğu 1840-cı illərdə Boston qəzetlərində məşhur oldu.

--------------------

Yusif

  • 3 noyabr 2010 17:27
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkur edirem "_ :))

sevgi yalandir

  • 3 noyabr 2010 17:19
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLERR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}