Ədalətin növləri

 
Ədalətin növləri

Ədalətin növləri

İlahi ədaləti iki hissəyə bölmək olar:

1-Təkvini ədalət;

2-Təşri'i ədalət;


Təkvini ədalətdən məqsəd, kainatda ilahi ədalətin hökm sürməsi və ədalətin bütün varlıqlar arasında hakim olmasıdır.
Təkvini ədalətin isbatı üçün kainatda olan nizam-intizam, həmçinin ədalət üzündən yaranmış varlıqların vücudunu müşahidə etmək kifayətdir.
Rəvayətdə buyurulduğu kimi:
“Asimanlar və yer ədalət əsasında möhkəm dayanmışdır.”
Amma «Təşri'i» ədalət dedikdə, ilahi qanun, hökm və göstərişlərin ədalət və insaf üzündən olması nəzərdə tutulur. Təşri'i ədalət özü də iki qismə bölünür:
Birinci: Peyğəmbərlər vasitəsi ilə göndərilmiş qanun və şəriətlərin ədalət əsasında olması;
Allah-təalanın göndərdiyi şəriət və hökmlərin hamısı ədalət əsasındadır və insanın qüdrət və imkan dairəsində məhdudlaşır. Qur'ani-kərimdə buyurulur:«Biz insanın imkanından kənar hökm vermərik.»[16]

Sual: Allah təala Qur'ani kərimdə buyurur:
«Allah (üçün) layiqincə təqvalı olun.»[17]

Bildiyiniz kimi Həzrət peyğəmbərin (s) zamanında texnika inkişaf etməmiş və fəsad yayan televizor, video, internet və bu kimi digər təbliğat və rabitə vasitələri, olmamışdır. İndiki zamanda (14 əsrdən sonra) isə dünyanın hər bir nöqtəsində müxtəlif pozğunluq və fəsadla üzləşmək olur. Belə bir halda hansı bir müsəlman Allaha layiq olan şəkildə təqvalı ola bilər? Bu Allahın ədaləti ilə uyğun gəlirmi?
Cavab: Qur'ani-kərimlə ətraflı tanış olan hər bir şəxs bu suala çox asanlıqla cavab verə bilər.
Qeyd etmək lazımdır ki, Qur'ani kərimin bə'zi ayələrini deyil, bütün ayələrini nəzərdən keçirməli və daha sonra zehnimizdə olan sualları açıqlamalıyıq.
Qur'ani-kərimin ayrı bir surəsinə nəzər saldıqda öz sualımızın cavabını tapa bilərik. Bu barədə buyurulur:
«Bacardığınız qədər təqvalı olun.»[18]

həzrət peyğəmbərin (s) buyurduğu kimi, Qur'an ayələri bir-birini təkzib etmək üçün deyil, təsdiqləmək üçün nazil olmuşdur.[19]

Elə buna görə də hər bir müsəlmanın öz bacarığı qədər təqvalı olması heç də Allah ədaləti ilə zidd deyildir.İkinci: Təşri'i ədalətin ikinci qismi axirət aləminə aiddir. Yə'ni axirət aləmində saleh bəndələrlə günahkarlara eyni səviyyədə baxılmayacaq və onların hər biri haqda ədalətli və insaflı hökmlər veriləcəkdir.
Qur'ani-kərimdə oxuyuruq:
«(Bu dünyada) zərrə qədər yaxşı iş görən şəxs onun (əcrini) görəcək, həmçinin zərrə qədər pis iş görən şəxs də öz (pis əməlinin) cəzasını çəkəcəkdir.»[20]

Sual: Axirət aləmində zərrə qədər etdiyimiz günahların cəzasını çəkməli olsaq, onda elə bu başdan yerimizi cəhənnəmdə görməliyik. Çünki hər bir müsəlman öz gündəlik həyatında istər-istəməz bir çox kiçik günahlara batır.
Bu isə kiçik günahlara aiddir və böyük günahlardan söz açılsa, bəlkə də bu haqda danışmağa dəyməz.
Bu ilahi ədalətin ziddi sayılmırmı?

Cavab: Əvvəldə verilən sualın cavabında qeyd etdiyimiz kimi, əvvəla təqvalı olub günahlardan çəkinmək hər bir müsəlmanın öz bacarığı qədərdir.
Digər tərəfdən də Qur'ani-kərimin bə'zi ayələri bu nigarançılığı tamamilə aradan aparır və insanı ümidvar edir. Necə ki, Qur'ani-kərimdə buyurulur:
«Bircə yaxşı iş görən şəxsə on bərabər savab və bircə günah edən şəxsə isə təkcə bir günah yazılacaq və onlara heç bir zülm olunmayacaqdır.»[21]

Beləliklə hər bir müsəlmanın bir savab işi üçün on savab, bir günah işi üçün isə təkcə bir günah yazılır.Bunun isə ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur və hətta Allahın nəhayətsiz rəhmətindən xəbər verir.


Geri dön

enigmatic_girl

  • 5 may 2012 01:58
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
tesekkurler....

--------------------

✰Dгeaм✰

  • 14 aprel 2012 23:18
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun.

Music Star

  • 14 aprel 2012 13:02
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Nuray2012

  • 14 aprel 2012 12:00
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

LoVe_LiFe

  • 14 aprel 2012 10:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
bilmirdim twkler maraqli xeberdir

★Love me★

  • 14 aprel 2012 10:35
  • Məqalə: 14
  • Şərh: 1747
  • Bal:
{awards}
BILMEDIKLERIMI OYTRENDIM.TEWEKKURLER

--------------------

★Miss Love★

  • 14 aprel 2012 10:32
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Deуerli xebere gore Allah razi olsun!Bilmediklerimi oуrendim))

SeNi_SeVeN

  • 14 aprel 2012 09:53
  • Məqalə: 63
  • Şərh: 468
  • Bal:
{awards}
Alah Razi olsun!!!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 45
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 718
 
The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}