Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

 
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib


İlham Əliyev: "Pasxa bayramı əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir"

Azərbaycan prezidenti İlham Əliyev ölkənin pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.

Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələri müasir cəmiyyətimizin başlıca ictimai dəyərlərindəndir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, vətəndaş cəmiyyəti quruculuğunda fəallıq nümayiş etdirirlər.

Pasxa bayramı əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram. Bayramınız mübarək olsun!


Geri dön

SWEET LOVE

  • 14 aprel 2012 16:46
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
SAGOL TELEVIZORDA BAXMISDIM

Victorious

  • 14 aprel 2012 15:27
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Bundan xeberim var idi. yene de tesekkur

--------------------

Nuray2012

  • 14 aprel 2012 15:25
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol dunen televizordan esitdim

--------------------

★Miss Love★

  • 14 aprel 2012 15:24
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hmm xebere gore тewekkurler=)

Music Star

  • 14 aprel 2012 15:24
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
İlk rəy məndən maraqlı idi

--------------------

LoVe_LiFe

  • 14 aprel 2012 15:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli meqaleye gore twkler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}