Porsche yeni Cayenne GTS yolsuzluq avtomobili nümayiş etdirib

 
Porsche yeni Cayenne GTS yolsuzluq avtomobili nümayiş etdirib

Porsche şirkəti bazarda ilk dəfə peyda olarkən dünyada ən sürətli yolsuzluq avtomobili olmuş Cayenne GTS varisini nümayiş etdirib. Yeni avtomobilin dünya premyerası bu ayın sonunda Pekin beynəlxalq motor-şousunda keçiriləcək.
Porsche Cayenne GTS benzin versiyası diler salonlarına avqustda, dizel isə bu ilin sentyabrında daxil olacaq. Maşınların qiyməti ABŞ-da 83 min dollardan başlayacaq.
Yeni yolsuzluq avtomobili Cayenne S modeli bazasında düzəldilib və gücü 400-dən 420 a.g. -dək artırılmış kompressorsuz 8 silindrli mühərriklə təchiz edilib.
Mexaniki sürət dəyişmə qutusu ilə təchiz edilmiş Cayenne GTS əvvəlki versiyasından fərqli olaraq yeni model 8 pilləli Tiptronic S avtomat transmissiya və start-stop sistemi əldə edib. Yolsuzluq avtomobili tam ötürmə sistemi ilə komplektləşdirilib.
Yerindən 100 km/saat sürətlənmək üçün avtomobilə 5,4 saniyə vaxt tələb olunur, onun maksimal sürəti isə 260 km/saat təşkil edir. Cayenne GTS 2 sm aşağı endirilib və əvvəlki versiyaya nisbətən idarəedilməsi yaxşılaşıb.
Xaricdən avtomobili kuzovun tərtibatındakı qara rəngli elementlər, idmansayağı yan kandarlar, genişlədilmiş təkər tağları və Cayenne Turbo üslubunda qabaq hissə ilə seçilir. Avtomobil həmçinin 20 düymlük RS Spyder təkər diskləri və idman xaricetmə sistemi əldə edib.
Yeni Porsche Cayenne GTS salonunda alkantara ilə üzlənmiş, 8 vəziyyətdə nizamlanan idman kürsüləri quraşdırılıb. İlk dəfə olaraq şirkət yolsuzluq avtomobili üçün Sport Chron opsiya paketi təklif edir.


Geri dön

enigmatic_girl

  • 5 may 2012 17:48
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler...

--------------------

Воровской

  • 17 aprel 2012 16:00
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
porche cayyene fullllllldu (twk)

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

SWEET LOVE

  • 14 aprel 2012 17:08
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
QESENG MASINDI.SAGOL

EnD of TiMe

  • 14 aprel 2012 15:50
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
porsche en sevdiyim masindir...butun modellerini bilirem...

LoVe_LiFe

  • 14 aprel 2012 15:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
en sevdiyim markalardan biridir gorunusu eladir twkler

★Miss Love★

  • 14 aprel 2012 15:19
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
hmm maraqlidir...xebere gore sagol))

Victorious

  • 14 aprel 2012 15:16
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Maraqli xeberdir. tesekkurler

--------------------

Nuray2012

  • 14 aprel 2012 15:15
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol qesengdi

--------------------

Music Star

  • 14 aprel 2012 15:15
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Porche ənnn sevdiyim markadır minnətdaram

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}