İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir

 
İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir

Peyğəmbərlərin göndərilməsində əsas məqsəd bəşəriyyəti hidayət etmək, doğru yola yönəltməkdir. Bu hidayət iki mərhələdə həyata keçirilir:

1. Haqq yolu göstərmək; bu bütün ilahi peyğəmbərlərin vəzifəsidir.

2. Məqsədə çatdırmaq; bu da iki hissəyə bölünür:

a) “Təşrii hidayət”; yə’ni dinin əsaslarını gerçəkləşdirmək, istər hökumət qurub hökmləri icra və ictimai ədaləti bərpa etməklə, istərsə də əməli olaraq insanları tərbiyələndirməklə hər iki iş peyğəmbərlərin hədəf və məqsədlərinin gerçəkləşməsi üçün vasitə olsa da, onları həyata keçirmək asan deyil. Bu işin sahibi mütləq elm, təqva[1], şücaət və müdiriyyət kimi xüsusiyyətlərə malik olmalıdır.

b) “Təkvini hidayət”; yə’ni mə’nəvi tə’sirlə hidayət nurunu insanların qəlbinə şüalandırmaq. Bu mə’nəvi və daxili bir hərəkət, seyrdir. İlahi rəhbər və peyğəmbərlər öz ardıcıllarını zahiri və xarici seyrlə inkişaf etdirirlər. Şübhəsiz, belə bir proqram icra etmək istəyən şəxs bir çox xüsusiyyətlər və hazırlıqlara malik olmalıdır.

Hidayətin hər iki qismində dini və ilahi vəzifələr həyata keçirilir, layiqli insanlar maddi və mə’nəvi, zahiri və batini təkamülə çatdırılır. Ayədə qeyd olunan imamətdə məqsəd məhz budur! Həzrət İbrahim (ə) xüsusi sifət və xislətlərə malik olmasaydı bu məqama çata bilməzdi!

Qeyd edilənlərdən belə nəticə çıxarırıq ki, bir şəxs həm imamət, həm də peyğəmbərlik məqamına nail ola bilər. Ulul-əzm peyğəmbərlərdən İbrahimi (ə) və İslam peyğəmbərini (s) misal göstərmək olar. Eləcə də, bir şəxs peyğəmbər olmadığı halda, imamət məqamına nail ola bilər. “Rəsul” və “nəbi”dən fərqli, vəhy almayan mə’sum imamları misal çəkmək olar.

Ümumiyyətlə, ayənin başlanğıcında buyurulan “Mən səni insanlara imam tə’yin etdim” cümləsində imamət məqamının böyüklüyü və imamın Allah tərəfindən seçilməsi aydın olur. Həmin ayənin davamında bu nöqtə daha tə’kidlə qeyd edilir. Belə ki, İbrahim (ə) bu məqama nail olduqda gələcək nəsli haqda da düşünüb deyir: “İlahi! Nəslimdən də? (Onları da imam qərar verəcəksənmi?)” Bu zaman Allah tərəfindən belə xitab gəlir: “Mənim (imamət və vilayət) əhdim heç vaxt zülmkarlara çatmaz!” Yə’ni ey İbrahim! Sənin övladlarından yalnız zülm və günahdan uzaq, pak olanlar bu məqama layiqdir!

Şübhəsiz, burada “zülm” deyərkən, yalnız başqalarına rəva görülən zülm və haqsızlıq yox, həm də geniş mə’nada ədalətin əksi (antonimi) olan zülm nəzərdə tutulur. Ədalət geniş mə’nada hər şeyin yerini düzgün tə’yin etmək, zülm isə onun yerini səhv salmaqdır. Qur’ani-kərimdə həzrət Loğmanın (ə) oğluna belə dediyi buyurulur:

يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

“Oğlum! Allaha şərik qoşma; çünki şirk böyük zülmdür!”[2]

Aydındır ki, burada ədalət kamil ədalət, başqa sözlə, imamətlə uyğunlaşan ismət məqamıdır. Günahla yanaşı ədalət isə imamət məqamından uzaqdır və ona layiq deyil. Bəli, yuxarıdakı ayə imamın mə’sum və günahsız olmasına bir sübutdur.

Maraqlıdır ki, biz ədalət üçün ömrün əvvəlindən sonuna qədər hər bir günahdan uzaqlığı şərt saymalıyıq, yoxsa yox?

Bə’ziləri ”üsul” qaydalarına əsaslanaraq deyirlər: “Əgər bir kəs müəyyən sifətlə vəsf edilərsə, həmin halda ona malik olmalıdır. Məsələn, “ayaq üstə duran” sifətini o kəsə aid edə bilərik ki, həmin vaxt ayaq üstə olsun. Əvvəlcə ayaq üstə olub, sonra oturan şəxsə bunu aid etmək düzgün deyil. Buna əsasən, ayənin məfhumu belə olur ki, imam imamət məqamına nail olduğu zaman zülm, şirk, günah və çirkinliklərdən uzaq olmalıdır. Deməli, ədalət və ismət sifətləri ömrün əvvəlinə şamil olmur.

Lakin hədislərə əsasən, Əhli-beyt imamları (ə) İslam peyğəmbərinə (s) istinadən “imam”ın ömür boyu ədalətli olduğunu bildirmişlər. Abdullah ibn Məs’ud Allahın Rəsulundan (s) belə nəql edir ki, Allah-taala İbrahimə (ə) buyurdu:

لا اُعْطِيكَ عَهْداً لِلظّالِمِ مِنْ ذُرِّيَّتِكَ

“Mən (imamət) əhdimi övladlarından zülmkar olanlara əta etmərəm!”


قالَ يا رَبِّ وَمَن الظّالِمُ مِنْ وُلْدی الَّذِی لا يَنالُ عَهْدِكَ؟

İbrahim (ə) dedi: “İlahi! Sənin əhdinə nail olmayan zülmkar övladlarım kimlərdir?”

قالَ مَنْ سَجَدَ لِصَنَمٍ مِنْ دوُنِی لا اَجْعَلُهُ اِماماً اَبَداً وَلا يَصْلَحُ اَنْ يَكوُنَ اِماماً

Allah buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam tə’yin etmərəm. O, imamlığa layiq deyil!”[3]

Bunu əhli-sünnənin məşhur alimi İbn Məğazili “Mənaqib” kitabında azacıq fərqlə İbn Məs’uddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) bu ayənin təfsirində buyurdu: “Allah-taala İbrahimə (ə) buyurdu: “Məni qoyub, bütə səcdə (pərəstiş) edən kəsi heç vaxt imam tə’yin etmərəm!” Sonra Həzrət sözünə əlavə etdi: “Nəhayət, İbrahimin duası mənə və qardaşım Əliyə çatdı. Bizim heç birimiz bütə əsla səcdə etməmişik!”[4]

Mö’təbər kitablarda bu zəmində Əhli-beytdən (ə) nəql olunan digər rəvayətlər də var. Bütün bu rəvayətlərdən aydın olur ki, İbrahim (ə) Allahdan imamət məqamını zülmkar və müşrik kəsə əta etməsini heç vaxt istəməmişdir. Onun Allaha duası sonradan tövbə edərək haqq-ədalət yolunu tutanlar üçün olmuşdur. Bu zaman Allahdan xitab gəlir ki, imamət əhdi yalnız əzəldən zülm etməyən və Allaha şərik qoşmayanlara nəsib olacaq!

Böyük təfsir alimi Əllamə Təbatəbai “Əl-mizan” təfsirində yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:

1. Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;

2. Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;

3. Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;

4. Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.


Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar![5]

Fəxri-Razi “Kəbir” təfsirində e’tiraf edir ki, bu ayə peyğəmbərlərin mə’sum olmasını göstərir. Diqqəti cəlb edən budur ki, peyğəmbərin mə’sum olması onun imamət məqamı ilə sübuta yetir, yə’ni hər bir peyğəmbər imamdır.”

İmamda məqsəd din və dünya işlərinə rəhbərlikdir


Geri dön

enigmatic_girl

  • 5 may 2012 02:24
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: dj ayka
oxudum twkler maraqlidir deyerli meqaleyee gore twkler

--------------------

marissa

  • 24 aprel 2012 05:55
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
Allah razi olsun

LoVe_LiFe

  • 14 aprel 2012 15:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
oxudum twkler maraqlidir deyerli meqaleyee gore twkler

_Sabina_

  • 14 aprel 2012 13:03
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
Allah razi olsun.. twk

Nuray2012

  • 14 aprel 2012 11:56
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore Allah razi olsun

--------------------

★Miss Love★

  • 14 aprel 2012 11:24
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Maraqlidir,oxudum...eziууeтe gore тewekkurler=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 56
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}