Özümüzü necə qorumalıyıq?

 
Özümüzü necə qorumalıyıq?

İlin bu fəslində infarkt halları artır

Aprel-may ayları el arasında “fəsil dəyişən dövr” adlandırılır. Bu dövrdə uşaqların infeksiyalara yoluxma, böyüklərin infarkt keçirmə riski xeyli artır. Çox qəribədir ki, bir çox insanlar bu təhlükəni görməməzliyə vururlar. Əslində isə hər hansı bir narahatlıq varsa, qarşısını vaxtında almaq lazımdır ki, ağırlaşma olmasın. Türkiyəli kardioloq, professor Sinan Dağdelen hesab edir ki, insanın ürəyinə edəcəyi ən böyük yaxşılıq pəhrizə diqqət etməkdir. Onun sözlərinə görə, xüsusilə də ürək xəstələri qidalanmanı nizama salmaqla ölüm riskini 30-60 faiz azalda bilərlər.

Kardioloq ürəyimizə vura biləcəyimiz 11 ən böyük zərəri də açıqlayıb. Sıralama belədir: “Ürəyimizə vurduğumuz ən böyük zərər yuxudan gec qalxmaq və gec yeməkdir. Bundan əlavə, acmadan yemək, yatmadan öncə yemək, nizamsız, necə gəldi qidalanmaq da ürəyə çox mənfi təsir göstərir”.

Sinan həkim uzun müddət hərəkətsiz qalmağın da ürəyə mənfi təsir göstərdiyini vurğulayır: “İdman etməmək, davamlı stresə məruz qalmaq, kökəlmək, spirtli içki içmək, siqaret çəkmək də ürək xəstəliyinə aparan səbəblərdən sayılır”.

Mütəxəssis hesab edirlər ki, bir çox insanların şikayət olmayana qədər ürəklərinin qeydinə qalmamaları da narahatlıq doğuran məqamlardandır.

Kişilər 40, qadınlar 50 yaşdan sonra ürəklərini müayinə etdirməlidir, ancaq...

Kardioloqların qənaətlərinə görə, sinə ağrısı, sinədə sıxışma, tıxanma və ya yanma kimi əlamətlər ürək-damar xəstəliklərinin ilkin “siqnalları” ola bilər. Bu şikayətlər sinədə sağ və ya solda, qollarda, mədə üzərində, boyunda ola bilər. Bundan əlavə, erkən yorulma, havanın çatışmaması, narahatlıq, ürək döyüntüsünün nizamsızlığı, gecələr sizi yuxudan oyandıran rahatsızlıq ürək xəstəliyinin ilkin əlamətləri ola bilər.

Kardioloqların qənaətlərinə görə, kişilərin 40 yaşından, qadınların isə 50 yaşdan sonra ürəklərini müayinə etdirmələrində fayda var. Ancaq həmin şəxslərin ailələrində və ən əsası, birinci dərəcəli yaxınlarında ürək xəstəlikləri, diabet və ya yüksək təzyiq, yüksək xolesterol müşahidə olunubsa, bu müayinələrə 30 yaşlarından etibarən başlanılmalıdır.

Ölüm riskini azaltmaq üçün...

Özünü sağlam hesab edən şəxs neçə ildən bir müayinədən keçməlidir?”-sualını kardioloq belə cavablandırır: “Qeyd etdiyimiz kimi, kişilərin 40, qadınların isə 50 yaşlarından sonra ürəklərini müayinə etdirmələrində fayda var. Bu müayinələr az riskli şəxslərdə hər iki ildən bir, yüksək risklilərdə isə hər il aparılmalıdır”.

Bəs birinci dərəcəli qohumlarında ürək-damar xəstəliyi olanlar niyə məhz 30 yaşından etibarən ürəklərini müayinə etdirməlidirlər?”- sualına onun cavabı belə olub: “Bu müayinə ona görə vacibdir ki, həmin şəxslərdə ürək xəstəliyinə nə dərəcədə meyillilik olduğu üzə çıxsın və əgər varsa, problemin qarşısı vaxtında alınsın.

Onu da qeyd edim ki, vaxtında müayinədən keçməyən riskli insanlarda infarktdan, beyin iflicindən, xolesterol və damar tıxanıqlığından ölüm riski iki qat daha çox olur


Geri dön

enigmatic_girl

  • 17 aprel 2012 21:01
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Sitat: Music Star
Cooox sagol melumat verdiyin ucun

--------------------

SWEET LOVE

  • 15 aprel 2012 11:54
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
meslehete gore sagol.maraqli idi

★Azerbaijan girl★

  • 14 aprel 2012 23:04
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
coooox sag olun melumat ucun

LoVe_LiFe

  • 14 aprel 2012 22:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
he duzdur fesillerden kecir xestelik hec havani bilmek olmur xestelik tursan hez qurtarmaq bilmiree. maraqli meqaleye gore twkler

Nuray2012

  • 14 aprel 2012 21:11
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Dodaqdan Qəlbə

  • 14 aprel 2012 21:08
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Məsləhətli xəbərə görə çoxsagol
saglamlıq önemlidi

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

★Miss Love★

  • 14 aprel 2012 20:41
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Allah hamini qorusun...maraqli melumaтlara gore тewekkurler))

Miss_angelocka

  • 14 aprel 2012 20:14
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
maraqli melumata gore twk=)

Victorious

  • 14 aprel 2012 20:12
  • Məqalə: 62
  • Şərh: 1327
  • Bal:
{awards}
Tesekkurler. maraqli melumatdi

--------------------

AysU_DilarE

  • 14 aprel 2012 19:35
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
emel ederem twk deyerli meslehetlere gore

--------------------

Ku-ku

  • 14 aprel 2012 19:31
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Mence her insan ozu ozunu qorumalidi

--------------------

✰Dгeaм✰

  • 14 aprel 2012 19:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meslehet ucun sagol.

..:MeleK kiz:..

  • 14 aprel 2012 19:29
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
maraqli melumtdi sagolun

Music Star

  • 14 aprel 2012 19:28
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Cooox sagol melumat verdiyin ucun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 64

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}