Alın yazısı nə deməkdir?

 
Alın yazısı nə deməkdir?

Yazının qəbul olunması rukni imandadır. Amma yazı o demək deyildir ki, Allah(c.c) mütləq surətdə insan üçün belə yazmışdır. Lakin mütəal Allah(c.c) insanın ömrünün hansı anında yoldan sapınıb, qəzaya uğramasını və ya düz yol gedərkən, başına nə gələcəyini intəhasız və yanılmayan elmi ilə əvvəldən bilir. O cür də özünün lövhi-məhfuzunda olacağı qeyd edir. Bu qeydiyyata (lövhi-məhfuzda olan) isə yazı deyilir.

Lakin yazı o cür qəbul olunmamalıdır ki, Allah(c.c) insanın ixtiyarını əlindən almış və onun taleyini öz istədiyi kimi təyin etmişdir (əlbəttə, burda əsasən yaxşı və ya pis əməl sahibi olması nəzərdə tutulur). Əgər belə olsaydı, onda xaliqin Peyğəmbərlər(ə) və kitablar göndərməsi yersiz olardı. Çünki əsl hökmdar olan Allahın(c.c) yazısını kim dəyişə bilər ki?

İkinci bir tərəfdən bir şəxsin yazısını-taleyini Allah(c.c) qəti surətdə təyin edərsə, sonra pis əməl etmiş bir şəxsi cəzalandırılması qeyri-məqbul sayılardı. Çünki belə olarsa, o şəxsi pis yaradan və pis işə taleyini yazıb vadar edən elə Allahın(c.c) özüdür. Onda məad və qiyamət məsələsinə lüzum duyulmazdı. Bir misal gətirməklə, biraz da açıqlıq gətirək.

Bir xəstəni həkimin yanına müalicə üçün aparırlar. Həkim deyir: "Bunun işi müalicədən keçib, bir-iki aya qədər ölməlidir. İki aydan sonra o xəstə ölür. Bu o demək deyidir ki, həkim onu öldürdü və ya ölümünə bais oldu. Bu o deməkdir ki, həkim öz məhdud elmi ilə təyin etdi ki, bu cür xəstəlik sahibi ancaq bir-iki ay yaşaya bilər."

Elminin hüdudu olmayan Allah(c.c) əvvəldən bilir ki, bu bəndə necə yaşayıb öz ömrünü sona yetirəcək. Və bunu da lövhi-məhfuzda qeydə alır. Həyatda muxtar-ixtiyar sahibi olan insan, öz dərəcəsində istifadə etdiyi əqli ilə nəhayətdə Allahın(c.c) o lövhi-məhfuzunda qeydə alındığı kimi yaşayır. Daha doğrusu, onun yaşayışı lövhi-məhfuzda olan kimi, özünü həyatda aşkar edir. Buna da yazı deyilir.

İnsan üçün çoxlu yazılar yazılmışdır. Amma yazının, yazılar içindən seçilib götürülməsi insanın öz əlindədir. Məsələn: Adəm(ə.s) behiştə gətiriləndə ona deyidi ki, bu meyvədən yemə, yesən öz nəfsinə zülm edənlərdən olarsan. O isə yeyib behiştdən çıxarıldı. Yəni Adəm(ə.s) behiştə girəndə onun iki yazısı var idi. Birincisi, yeməsəydi behiştdə qalacaqdı. İkincisi, yesəydi behiştdən çıxarılacağdı. Allah(c.c) Adəmin(ə.s) hansını edəcəyini əvvəlcədən bilirdi və onu lövhi-möhfuzda yazmışdı. Deməli, insanın minlərlə yazısı var. Hansını seçmək isə öz ixtiyarındadır. Hansını seçəcəyini əvvəldən Allah(c.c) bilib, lövhi-məhfuzda qeydə alır. Elə buna da yazı deyilir.

P.S.Siz alın yazınızın olduğuna inanırsız?

Alın yazısı nə deməkdir?


Geri dön

enigmatic_girl

  • 5 may 2012 02:29
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Allah razi olsun maraqli idi

--------------------

ツMrs.Crazy ツ

  • 15 aprel 2012 15:14
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
ALIN YAZISI HEÇ KİMİN OXUYA BİLMƏYƏCƏYİ BİR YAZIDIR

SWEET LOVE

  • 15 aprel 2012 12:15
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
beli inaniram ALLAH insanin alnina ne yazibsa o da olur.bos yere demeyibler ki qismetden artiq yemek olmaz.sagol

★Azerbaijan girl★

  • 14 aprel 2012 23:13
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanksssssssssssssssssssssssssss

LoVe_LiFe

  • 14 aprel 2012 23:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
elbette dogrudur twkler maraqli meqaleye gore

Nuray2012

  • 14 aprel 2012 21:32
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Coox sagol Allah razi olsun

--------------------

★Miss Love★

  • 14 aprel 2012 20:26
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Men alin уazisina inaniram amma bu o demek deуilki oтuraq gozleуek deуekki her weу alin уazisindandir...mence heуaтini deуiwdirmekde insanin oz elindedir уeniki secimlerini ozun edirsen...maraqli xebere gore тewekkurler

..:MeleK kiz:..

  • 14 aprel 2012 19:38
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
bacim maraqli yazi ucun minnetdaram

SaRiCkA

  • 14 aprel 2012 19:33
  • Məqalə: 1
  • Şərh: 587
  • Bal:
{awards}
HEE DUZDUR MEN INANIRAM ALIN YAZISI DUZDUR

--------------------

Music Star

  • 14 aprel 2012 19:24
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

✰Dгeaм✰

  • 14 aprel 2012 19:24
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}