Bunları Hamı bilməlidir (Dinə yeni gələnlər üçün)

 
Bunları Hamı bilməlidir (Dinə yeni gələnlər üçün)

ƏHKAMIN NÖVLƏRİ

İslamda insanın hər bir əməlinin xüsusi hökmü var və bu hökmlər beş hissədən ibarətdir:
1. Vacib: Elə əməllərə deyilir ki, yerinə yetirmək la- zım və tərk olunması əzabla sonuqlanacaqdır.
2. Haram: Elə əməllərə deyilir ki, onalrı tərk etmək lazımdır, tərk etməməyin isə əzabı vardır. Məsələn: spirtli içki içmək,
3. Müstəhəb: Elə əməllərə deyilir ki, onları yerinə yetirməyin savabı vardır və tərk etməyin isə əzabı yox- dur. Məsələn: sədəqə vermək, gecə namazı qılmaq.
4. Məkruh: Elə əməllərə deyilir ki, onları tərk et- məyin savabı vardır, yerinə yetirməyin isə əzabı yox- dur. Məsələn: qaynar su içmək, yeməyi üfürərək yemək.
5. Mübah: Elə əməllərə deyilir ki, onları tərk etmək və ya yerinə yetirməyin nə əzabı, nə savabı var. Məsə- lən: oturub-durmaq, yol getmək və libas geyinmək...

KƏLMEYİ TEYYİBƏ

La ilahə illəllah.
Muhəmmədür Rəsulullah.
Əmirül mömininə Əliyyun Vəliyyullah, vəsiyyi rəsulillah. Bila fəsl.

Tərcüməsi:
Yeganə və misilsiz olan Allahdan başqa, heç bir məbud yoxdur
Həzrəti Mühəmməd ibni Əbdillah s.ə. Allahın peyğəmbəri elçisidir.
Həzrət Əli ə. Möminlərin əmiri, Allahın bütün
Məxluqat içərisində vəlisi, dostudur.

KƏLMEYİ ŞƏHADƏT

Əşhədü ən la ilahə illəllah.
Əşhədu ənnə Muhəmmədən Rəsulullah.
Əşhədu ənnə Əmirəl-mömininə Əliyyən Vəliyyul-
lah.

ƏRKANİ DİN


Ərkani din ikidir.
1. Üsuli-din.
2. Fürui-din.
Üsuli-din kök və bünövrə mənziləsində, Fürui-din onun budaqları mənziləsindədir. Üsuli-dinin mənbəyi və məxəzi ağıldır. Fürui-dinin mənbəyi və məxəzi Qurandır.

ÜSULİ-DİN

Üsuli-din beşdir.
1. Tovhid - yəni Allah birdir, təkdir, yeganə Alla- hın varlığma inanmaq.
2. Ədl - yəni Allah ədalətlidir, onun zülm və haqsız- lıqdan uzaq olduğuna inanmaq.
3. Nübüvvət - yəni birinci peyğəmbər Həzrət Adəm (ə.) sonuncu peyğəmbər Həzrət Mühəmmədə (s.) qədər insanlarm hidayəti, təkamülə çatması, habelə onlara haqq yolun göstərilməsi üçün göndərilmiş yüz iyirmi dörd min (124 min) peyğəmbərə inanmaq.
4. İmamət - yəni İslam Peyğəmbərinin (s.) haqq ca- nişinləri olan on iki (12) imama inanmaq.
5. Məad - yəni ölümdən sonrakı həyata - axirət aləminə, nizam-tərəziyə, sorğu-suala, qiyam-qiyamətə, cənnət və cəhənnəmə inanmaq.
Üsuli iman: üsuli iman ikidir. 1. Ədalət. 2. İmamət

FÜRUİ-DİN

Fürui-din ondur.
1. NAMAZ - İslam dininin təməli namazdır. Hər müsəlman iyirmi dörd saat ərzində on yeddi (17) rəkət vacib namazı qılmalıdır.
Peyğəmbəri-Əkrəmin (s.) öz ümməti üçün gətirdiyi ilk vacib əməl namazdır. Bu əməl ölüm ayağına qədər insanın boynundan götürülməmiş və yetkinlik həddinə çatan hər bir kəs onu yerinə yetirməlidir.
2. ORUC - İslamın zəruri, vacib hökmlərindən biri Ramazan ayında oruc tutmaqdır. Oruc haqqında İslam Peyğəmbəri (s.) qısa cümlədə belə buyurmuşdur: «Oruc tutun ki, sağlam olasınız».
3. XUMS - hər bir müsəlman illik xərclərindən ar- tıq qalan hissəsinin beşdən birinin yarısmı yoxsul seyid- lərə, o biri yarısını isə İmama (ə.) və İmam (ə.) Qeybdə olduğu dövrdə isə müctəhidlərə verməlidir.
4. ZƏKAT - İslam dininə görə 9 şeydən - arpa, buğda, xurma, kişmiş, dəvə, inək, qoyun, qızıl- gümüşdən (risalədə yazılmış şərtlərlə) zəkat verilməli- dir. Bu zəkat yoxsullara, məişətini təmin edə bilməyən- lərə və s. işlərə sərf olunur.
5. HƏCC - Özlərinin və ailələrinin xərcini ödəyən- dən sonra Məkkədə Allahın evini - Kəbəni ziyarət et- məyə imkanı olan şəxs həcc əməlini yerinə yetirməlidir (Bu əməl insana ömründə bir dəfə vacibdir).
6. CİHAD - Müsəlman şəxs dinini, namusunu hi- mayə edərək cihad vəzifəsini yerinə yetirməlidir.
7. ƏMR BE MƏRUF - Hər bir müsəlman öz ai- ləsini, din bacı-qardaşlarını vacib əməllərə, xeyir və bəyənilən işlərə dəvət etməlidir. Bu müqəddəs hökmün nəticəsində bütün fəsadlardan təmiz bir cəmiyyət yara- nar.
8. NƏHY ƏZ MÜNKƏR - hər bir müsəlman mə- nəviyyat, insani keyfiyyətlər və səciyyəvi xüsusiyyətlərlə dolu bir cəmiyyət yaratmaq üçün bacardığı qədər çalı- şıb, müqəddəs şəriətdə haram və qadağan olan əməllə- rin qarşısını almalı, insanları çirkinliklərdən çəkindir- məlidir.
9. TƏVƏLLA - Allahın dostları ilə dost olmaq.
10. TƏBƏRRA - Allahın düşmənləri ilə düşmən olmaq vacibdir.

HİCRİ QƏMƏRİ MÜSƏLMAN AYLARI:

1. Məhərrəm
2. Səfər
3. Rəbiül əvvəl
4. Rəbiül axir
5. Cəmadiül əvvəl
6. Cəmadiül axir
7. Rəcəb
8. Şəban
9. Rəməzan
10. Şəvval
11. Zilqədə
12. Zilhiccə

Bunları Hamı bilməlidir (Dinə yeni gələnlər üçün)


Geri dön

enigmatic_girl

  • 5 may 2012 02:31
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler bezilerini bilirem

--------------------

heyata nifret

  • 21 aprel 2012 12:36
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
cox sagolun Allah razi olsun vacib olan bu xebere gore

LoVe_LiFe

  • 15 aprel 2012 15:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler xebere gore seyerli meqaleye gore twkler

mirsaab

  • 15 aprel 2012 13:05
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
tesekkurler ALLAHA SUKUR BUNLARI BILIREM

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

Prank girl

  • 15 aprel 2012 12:53
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun tsk edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

SWEET LOVE

  • 15 aprel 2012 12:48
  • Məqalə: 0
  • Şərh: 943
  • Bal:
{awards}
Lazimli ve deуerli xebere gore Allah razi olsun
rebeka,

★Miss Love★

  • 15 aprel 2012 12:44
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Lazimli ve deуerli xebere gore Allah razi olsun

Music Star

  • 15 aprel 2012 12:35
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Lazimli melumatlardi.ALLAH RAZI OLSUN!

--------------------

Nuray2012

  • 15 aprel 2012 12:25
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}