Allahın rəng sənəti

 
Allahın rəng sənəti

Heç bir rəngin olmadığı, qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz? Bir anlıq bütün fikirlərinizdən ayrılaraq indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, göy üzünün, ağacların, çiçəklərin, qısaca desək hər şeyin qapqara olduğunuzu təsəvvürünüzdə canlandırmağa çalışın. Sizi əhatə edən aləmdə heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç bir rəngi olmasaydı, nə hiss edərdiniz? Bunları təsəvvür etməyə çalışın. Belə bir dünyada yaşamağı heç istəməzdiniz, elə deyilmi?

Rəngsiz dünya dedikdə ağla qara, ağ və boz rənglərin tonlarının olduğu bir yer gələ bilər. Əslində isə qara, ağ və boz da rəngdir. Buna görə insanın rəngsizliyi təsəvvür etməsi çox çətindir. Rəngsizliyi tərif edərkən mütləq bir rəngdən istifadə etmək məcburiyyəti yaranır. “Hər şey rəngsiz, qapqara idi; üzündə rəng qalmamışdı, ağappaq olmuşdu” kimi cümlələrlə rəngsizliyi ifadə etməyə çalışırıq. Ancaq bunlar rəngsizliyin deyil, ağ-qara bir dünyanın tərifidir.

Bir saniyəlik ətrafınızdakı hər şeyin rənglərinin bir anda yox olduğunu düşünün. Belə bir vəziyyətdə hər şey bir-birinə qarışacaq, cismləri bir-birindən ayırmaq mümkün olmayacaqdır. Məsələn: qəhvəyi rəngli taxta stolun üstündəki narıncı rəngli portağalı, qırmızı çiyələkləri və ya rəngarəng çiçəkləri görmək qeyri-mümkün olacaq, çünki nə portağal narıncı olacaq, nə stol qəhvəyi, nə də çiyələklər qırmızı. Tərif etmək belə çox çətin olduğu bu rəngsiz dünyada qısa müddət də olsa, yaşamaq insana böyük sıxıntı verəcəkdir.
Yuxarıdakı şəkillər müqayisə edildiyi zaman ətrafımızda davamlı olaraq rəngli dünya görməyimizin nə qədər rahat olduğu daha yaxşı başa düşüləcək.

Rənglər insana dünyada Allah tərəfindan verilmiş ən böyük nemətlərdən biridir.
Rənglərin müxtəlifliyinin bizə faydası sadəcə ətrafımızı tanımaq üçün deyil. Təbiətdə yer alan qüsursuz rəng ahəngi insan ruhuna böyük zövq verir. Ancaq burada bir cəhətə diqqət edilməlidir. İnsanın bu ahəngi görə bilməsi və bütün detallarından zövq alması üçün ona çox xüsusi dizaynı olan gözlər verilmişdir. Canlılar aləmində rəngləri ən incə təfərrüatına qədər qavrayan ən funksional göz insan gözləridir. Belə ki, insan gözü milyonlarla rəngə qarşı həssasdır. Göründüyü kimi, mükəmməl şəkildə çalışan insandakı göz mexanizmi rəngli dünyanı görə bilmək üçün xüsusi dizayn edilmişdir.

Dolayısı ilə, dünyada, kainatda belə bir nizamın varlığını anlayacaq tək varlıq ağıl sahibi olan insandır. Bütün bu məlumatlara əsaslanaraq bu nəticə ortaya çıxır:

Yer üzündəki və göydəki hər təfərrüat, hər naxış, hər rəng insanın bu nizamı anlayıb dərk etməsi və bunun üzərində düşünməsi üçün yaradılmışdır. Təbiətdəki bütün rənglər insan ruhuna zövq verəcək şəkildə nizamlanmışdır. Həm canlılarda, həm də cansız dünyada qüsursuz simmetriya və rəng ahəngi hakimdir. Bu vəziyyət qarşısında düşünən insanın ağlına son dərəcə əhəmiyyətli bəzi suallar gələcək.

Yer üzünü rəngli edən kimdir?

Dünyamızı fövqəladə gözəl edən rənglər necə əmələ gəlir?

Yer üzündəki rəng müxtəlifliyi və rənglər arasındakı ahəngin dizaynı kimə aiddir?

Bütün bunların təsadüflər zəncirinin əmələ gətirdiyi məqsədsiz dəyişikliklərlə meydana gəldiyini demək olarmı? Əlbəttə, bunu heç kim deməz. Nəzarətsiz təsadüflər milyonlarla rəngi deyil, heç nəyi əmələ gətirə bilməz. Məsələn: kəpənəyin qanadlarını düşünün və ya hər biri bir sənət möcüzəsi olan rəngarəng çiçəkləri. Bunların şüursuz proses nəticəsində əmələ gəldiyini söyləmək sağlam ağıl üçün, əlbəttə, mümkün deyil.

Bu həqiqəti bu misaldan da asanlıqla görə bilərik. Bir insan təbiətdəki ağacları, çiçəkləri əks etdirən bir rəsm gördükdə bu rəsmdəki rəng ahənginin, nizamlı şəkillərin, şüurlu dizaynın təsadüfən ortaya çıxdığını iddia etməz, hətta bunu ağlına belə gətirməz. Bu şəxsin qarşısına birisi çıxsa və desə ki, “burada gördüyün boyalar külək nəticəsində çevrildilər, bir müddət sonra da yağışın və s. təsirilə və aradan keçən uzun zaman nəticəsində ortaya belə bir rəsm çıxdı.” Bunu iddia edənə əsla inanmayacaqlar.

Burada çox maraqlı bir cəhət var. Bu cür ağlasığmaz iddia etməyə heç kim çalışmaz, ancaq nədənsə, təbiətdə gördüyümüz qüsursuz rəng və simmetriyanın bu cür şüursuz proses nəticəsində meydana gəldiyi iddia edilir və hətta bu barədə təkamülçülər tərəfindən “təsadüf tezisləri” də hazırlanır və müxtəlif fəaliyyətlər görülür. Bu mövzuda ağılsız iddialar irəli sürməkdə heç tərəddüd etmirlər.

Göründüyü kimi bu açıq-aşkar korluqdur. Hətta bunun başa düşülməsi də olduqca çətindir. Bir az düşünməyə başlayıb bu korluqdan qurtulan şəxs isə dünyada son dərəcə möcüzəvi mühitdə yaşadığını anlayacaqdır və insan həyatı üçün ən uyğun şərtlərə malik olan bu mühitin təsadüfən meydana gələ bilməyəcəyini də tamamilə dərk edəcəkdir.

Düşünən insan, necə ki, bir rəsm əsərinin rəssamı olduğunu ilk baxdığı anda dərk edirsə, ətrafındakı rəngarəng, parlaq, simmetrik və son dərəcə estetik mühitin də bir Yaradıcısı olduğunu eyni şəkildə anlayacaqdır.

Bu Yaradıcı yaratmada heç bir ortağı olmayan, hər şeyi bir-birilə ahəng içində yaradan, bizi milonlarla rənglə bəzənmiş saysız-hesabsız gözəlliyin olduğu bu dünyaya yerləşdirən Allahdır. Allahın yaratmasında hər şey bir-birilə tam ahəng təşkil edir. Allah yaratma sənətindəki bənzərsizliyi Quran ayələrində belə xəbər verir:
"Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada yorğun, zəif düşərək yenə də sənə tərəf qayıdacaqdır!"
(Mülk surəsi, 3-4)


Geri dön

Su Perisi

  • 17 sentyabr 2011 16:51
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
"Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada yorğun, zəif düşərək yenə də sənə tərəf qayıdacaqdır!" (Mülk surəsi, 3-4)

--------------------

nilayka

  • 3 may 2011 20:45
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
smile

--------------------

Just For Legend

  • 3 noyabr 2010 23:35
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
THANKS

--------------------

Ulya

  • 2 noyabr 2010 17:48
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
maraqli yazidi.tesekkur

Yusif

  • 2 noyabr 2010 17:28
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
ELA saq ol

VIP007_BoY

  • 2 noyabr 2010 17:24
  • Məqalə: 12
  • Şərh: 91
  • Bal:
{awards}
SUPER
TESEKKURLER

--------------------
LeGenD.Az
bizim dostluğumuz.
bizim sevincimiz.
bizİm saytımız.

SerSeRi_RuzGaR

  • 2 noyabr 2010 17:22
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
TeWeKkuR_CaNim_Menim- love

--------------------
<<<$aLunKa>>>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 76
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 27
Cəmi: 913
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}