Televizor uşaqlarımıza necə zərbə vurur?

 
Televizor uşaqlarımıza necə zərbə vurur?

Gün ərzində 1-2 saatdan artıq televizor qarşısında oturmaları uşaqların gələcəyi üçün çox təhlükəlidir.
Uşaqlarımız, demək olar ki, günün çox hissəsini televizor qarşısında keçirirlər. Təbii ki, bu da onların sağlamlığına zərərsiz ötüşmür. Araşdırmalar nəticəsində məlum olub ki, televizor daha çox kiçikyaşlı uşaqlara mənfi təsir edir. Belə ki, uşaq beyninin formalaşdığı bir dövrdə televizor izləmək uşaqların psixikasını pozur.

Psixoloq Günel Alıyevanın sözlərinə görə, televizorun uşaqlara təsiri yaş dövrlərinə görə fərqlənsə də, ümumiyyətlə, onların televizora baxması ətrafa olan maraq hissini azaldır. Belə ki, gününün çoxu cansız əşya qarşısında keçən uşaq televizora müraciətindən cavab almadığı üçün sonradan özü də cavab verməməyə başlayır.

"Uşaq danışmasına, baxışına, gülümsəməsinə cavab verməyən, göndərdiyi ünsiyyət və qarşılıqlı təsir mesajlarına reaksiya bildirməyən, sərt, soyuq bir cismin qarşısında qaldığında onda ictimailəşmə özbaşına inkişaf edir. Bu da uşaq psixikasında müəyyən fəsadların yaranmasına səbəb olur", - deyən psixoloq hesab edir ki, uşaqların gün ərzində 1-2 saatdan artıq televizor qarşısında qalması onların gələcəyi üçün çox təhlükəlidir.

Milli.Az "Ekspress"ə istinadən bildirir ki, uzun müddət televizor qarşısında olan uşaqda ətrafa qarşı laqeydlik, insanlara və yaşıdlarına maraqsızlıq, onlarla ictimai ünsiyyətə keçməmə, öz halında olma, həddindən artıq dərəcədə cansız obyektlərlə maraqlanma və s. kimi bir çox əlamətlər görünə bilər. "Bütün deyilənləri nəzərə alaraq, çalışmaq lazımdır ki, uşaqlara televizora baxmaq üçün az zaman ayrılsın".

Həmsöhbətim valideynlərə övladları ilə mümkün olduqca çox zaman keçirməyi məsləhət bilir. Onun dediyinə görə, uşaqlarla oyun oynamaq, danışmaq, sevdiyini bildirmək onların inkişafı üçün həddən artıq önəmlidir.

4 yaşından sonra uşaqların qavrama bacarığı daha çox inkişaf etdiyi üçün televiziyada yayımlanan hər hansı bir hərəkəti təkrar etmək istəyi yarana bilər. "Kanallarda yayımlanan şiddət, qorxu əks etdirən filmlər uşaqlarda qorxu hissi yarada bilər. Belə ki, izlənilən film göz önünə gəldikcə, uşaqlar tək qalmaqdan çəkinər, yuxu pozğunluğu ilə qarşılaşar, hər zaman narahat bir vəziyyətdə olarlar. Qorxunc görüntülər ehtiva edən film və cizgi filmləri uşaqların psixikasına təsir edir ki, bu da gələcəkdə onlar üçün müəyyən problemlərin yaranmasına səbəb olur".

G.Alıyevanın sözlərinə görə, valideynlər televiziyadan uşaqlar üçün tərbiyə və əyləncə istiqamətlərində istifadə etməlidirlər. Uşaqların izlədiyi proqramlar valideynlər tərəfindən müəyyən edilməlidir. Çalışmaq lazımdır ki, gec saatlarda yayımlanan və uşaqların yuxu ritminin pozulmasına səbəb ola biləcək proqramların izlənilməsinə icazə verilməsin.

Uzun zaman televizor qarşısında qalmaq uşaqların yaşıdları ilə ünsiyyətinə, sosiallaşmasına, fərdi düşüncələrə sahib olmasına maneələr yaradır. Televizor uşaqların psixikası ilə yanaşı sağlamlığına da zərər vurur. Belə ki, uzun zaman televizor qarşısında qalan uşaqlar passiv, hərəkətsiz olur, tez depressiyaya düşürlər. Bundan əlavə, televizor qarşısında çox qalan uşaqlar göz və baş ağrıları, gözlərin zəifləməsi, ürək bulanmasından şikayətlənirlər.


Geri dön

C.I

  • 30 aprel 2012 19:13
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
ehhhhhhhhhhh neyneyek tskler............

--------------------

Just for girl

  • 16 aprel 2012 14:12
  • Məqalə: 0
  • Şərh: 254
  • Bal:
{awards}
hmm xebere gore tesekkur

AysU_DilarE

  • 16 aprel 2012 09:22
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
hmm twk bilirem menim qizim hele balacadir caliwacam vaxtla oyredim onu televizora

--------------------

Воровской

  • 15 aprel 2012 20:09
  • Məqalə: 11
  • Şərh: 1881
  • Bal:
{awards}
thankssssssssssssssssssssssssss(gua da)

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

tontonun anasi

  • 15 aprel 2012 19:51
  • Məqalə: 214
  • Şərh: 2344
  • Bal:
{awards}
MENIM GIZIMDA COX BAXIR TV ZIYANLI OLDUGUN BILIREM AYIRA BILMIREM

--------------------

VIPTOZ

  • 15 aprel 2012 18:54
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
bu xeberi dunen oxumusdum.ziyan oldugunu mende bilirem tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Angel_Boy

  • 15 aprel 2012 16:57
  • Məqalə: 17
  • Şərh: 210
  • Bal:
{awards}
Arada bir telefizora baxiram gunum burda kecir :)

--------------------
BY-admin-hemid jhnafuaifhlmsfuhsahfai

Music Star

  • 15 aprel 2012 16:44
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
{awards}
Tv-ye az az baxiram aradabir.En cox vaxt ders ve kompa gedir =)))) wink

--------------------

_Sabina_

  • 15 aprel 2012 16:15
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
hmm... thank for information

✰GoLd GirL✰

  • 15 aprel 2012 15:52
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
televizora arada baxiram amma bezen olur ki, hedden artiq cox otururam
Tesekkurler xebere gore

Nuray2012

  • 15 aprel 2012 15:26
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

LoVe_LiFe

  • 15 aprel 2012 14:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore twkler beli zererlidir sualardirdaaa twkler

★Miss Love★

  • 15 aprel 2012 14:27
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Menim gunumun cox hissesi тelevizor qarwisinda уox kompun qarwisinda kecir hec тelevizora baxmiramda...тewekkurler xebere gore=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}