İnternet: qazancımız, itkimiz

 
İnternet: qazancımız, itkimiz

Tələbə, müəllim, həkim, alim, jurnalist, düşünən hər kəs gün boyu monitor qarşısındadır. Çünki kitab da internetdədir, kitabxana da, ünsiyyət qurduğun dostlar da, bitib-tükənməyən söhbətlər də...

Xəyalda dünya qurmaq insanın həmişə sevdiyi əyləncədir. Bəzən elə olur ki, illər boyu səninlə divarın o üzündəki qonşunun gerçək üzünü tanımırsan, onun kim olduğunu öyrənmək istəmirsən, dərdinə-sərinə vaqif olmağı ağlından keçirmirsən. Ancaq ömrün hansısa döngəsində qarşılaşdığın bir epizod həyatında hər şeyi dəyişir.


İnternet artıq yeniyetmələr, gənclər arasında xəstəliyə çevrilib. Gecəni səhərə qədər monitor qarşısında keçirən gənc səhər nə vaxtlı-vaxtında dərsə gedə bilir, nə də nə vaxtlı-vaxtında iş görə bilir. Əksər hallarda “internet xəstələri” qaraqabaq olurlar, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər, hisslərini qarşı tərəfə təbii ünsiyyət vasitəsi ilə yox, süni klaviatura vasitəsilə çatdıra bilirlər.
İnternet asılılığı hətta insanın xarakterini də dəyişir.

Çox qəribədir, bəzən insan öz gözü qarşısındakı bir gözəlliyi görə bilmir, ancaq süni, saxta təqdimatlarla təsəvvür etdiyi bir “gözəlliyə” asanlıqla bağlanır. Odur ki, artıq dünyada internet tanışlığı ilə başlayan evliliklərin sayı günbəgün artmaqdadır. Dədə-baba dili ilə desək, artıq qız bəyənmək üçün bulaq başına getməyə də ehtiyac yoxdur, elə o bulaq başı da internetdədir. Ancaq bir həqiqət də var ki, internetdə tanış olub, sonradan üz-üzə gələn insanların əksəriyyəti təsəvvürlərində yanıldıqlarını etiraf edirlər. Bu yanılma təqdim edənin özünü məharətlə gizləyə bilməsi ilə bağlıdır, yoxsa qarşı tərəfin vəziyyəti düzgün analiz edə bilməməsi ilə, bu da tamam başqa bir söhbətin mövzusudur.

Gələcəyi düşünmək üçün ən gözəl yol sağlam nəsillər yetişdirmək, o nəsilləri ehtiyac duyduqları biliklərlə təmin etməkdir. Yəni biz internetdən kənarda qalmamalı, onun imkanlarından ən yaxşı şəkildə istifadə etməliyik. Əslinə qalanda ağlı başında olan, haqqı nahaqdan ayırmağı bacaran iki gəncin internetdə tanış olub, sonra da evlənmələri artıq qəribə hal hesab olunmur. Biz artıq bu cür hallara da hazır olmalıyıq. Əmin olun ki, monitor qapısından girib o dəryada yelkən açan gənc əgər güclüdürsə, kökünə, dəyərlərinə bağlıdırsa, heç vaxt məğlub olmayacaq, ala-bəzək gözəlliklərə əsir düşməyəcək, dənizə çıxan balıqçı kimi hər axşam öz evinə qayıdacaq. Yox, əgər o gənc zəifdirsə, kökünə, dəyərlərinə bağlı deyilsə, bir gün kimlərəsə əsir düşəcək və cismən yanımızda olsa da, ruhən uzaqlarda olacaq. Bir sözlə, ağıllı olmaq açılmış qapını bağlamaq deyil, o qapıdan keçəndən sonra başımıza nə gələcəyini hesablayıb tədbir görməkdir...


Geri dön

Just for girl

  • 16 aprel 2012 14:10
  • Məqalə: 0
  • Şərh: 252
  • Bal:
heqiqetende internet hem her seydi hemde en boyuk vaxt itkisidi

AysU_DilarE

  • 16 aprel 2012 09:17
  • Məqalə: 143
  • Şərh: 2573
  • Bal:
{awards}
twk xebere gore en birinci uwaq terbiyesinde internetin boyuk rolu var mence hedi buluga catmamiw uwaqlarin internetde oturmasi duzgun deyil her ne isdediyini internetde tapilmasi ozu boyuk bir fesadlara yol acir.

--------------------

Воровской

  • 15 aprel 2012 20:07
  • Məqalə: 11
  • Şərh: 1852
  • Bal:
{awards}
bax bu 1000000000000000000000000000% duzdu (aferin twk)

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

VIPTOZ

  • 15 aprel 2012 18:35
  • Məqalə: 1
  • Şərh: 4302
  • Bal:
{awards}
internet cox seydi ama her sey demek deyil.duzdu axtarilan her melumati tapmaq olur ama bu zaman vaxt cox tez kecir tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Music Star

  • 15 aprel 2012 16:41
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Internet Her weydir.Cunkinetde arzuladigin her weyi tapa bilersen =)

--------------------

Casper

  • 15 aprel 2012 16:30
  • Məqalə: 47
  • Şərh: 650
  • Bal:
{awards}
Duzdur,kitab da,kitabxana da indi komputerde - internetdedir.Ama kitabi elinde tutmayib onun qoxusunu hiss etmeden onu derinnen bawa duwmek olmaz,mene bele fikirlewirem.


tewekkurler,cox maraqli xeber ucun...

--------------------
Only GODcan judge me!!!

_Sabina_

  • 15 aprel 2012 16:05
  • Məqalə: 0
  • Şərh: 426
  • Bal:
{awards}
thank for information

✰GoLd GirL✰

  • 15 aprel 2012 16:05
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Internet bezen insanlar ucun zaman itkisi hesab oluna biler amma indiki dovrde de bunlarsiz yasamaq mence qeyri-mumkundur

Pink World

  • 15 aprel 2012 15:49
  • Məqalə: 11
  • Şərh: 1231
  • Bal:
{awards}
Tesekkurer

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

Nuray2012

  • 15 aprel 2012 15:25
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol maraqlidi

--------------------

LoVe_LiFe

  • 15 aprel 2012 15:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler maraqli xebredir

Deniz

  • 15 aprel 2012 14:54
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Maraqli xeber idi, menim qazancim daha coxdu, itkim ise sadece zamandi....

★Miss Love★

  • 15 aprel 2012 14:52
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
hmm maraqli xeberdir...тewekkurler))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 68

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}