Kumeyl duası

 
Kumeyl duası

Kumeyl duası

Bağışlayan və rəhmli Allahın adı ilə!
İlahi!
Rəhminə görə Sənə üz tuturam. Axı Sənin rəhmin hər şeyi
əhatə edir.
Gücünə görə Sənə üz tuturam. Axı Sənin gücünün qarşısında hər
şey sarsılmışdır, hər şey xar
olmuşdur, hər şey zəlil olmuşdur. Əzəmətinə görə Sənə üz tuturam. Axı əzəmətinlə hər şeyə qalib
gəldin.
Şöhrətinə görə Sənə üz tuturam. Axı Sənin şöhrətin qarşısında heç
bir şey dura bilməz.
Böyüklüyünə görə Sənə üz tuturam. Axı Sənin böyüklüyün hər
yeri bürümüşdür. Hökmranlığına görə Sənə üz tuturam. Axı Sənin hökmranlığın hər
şeydən üstündür.
Hər şey fani olduqdan sonra baqi olan surətinə üz tuturam.
Hər şeyin əsasında olan adlarına üz tuturam. Mən Sənin nuruna üz
tuturam. Axı Sənin surətinin
nuru hər şeyi işıqlandırdı. Ey Nur!
Ey eybi olmayan müqəddəs!
Ey ilkinlərin ilkini!
Ey sonuncuların sonuncusu!

Kumeyl duası

İlahi! Bağışla günahlarımı. O günahlar ada ləkə gətirir.
İlahi! Bağışla günahlarımı! O günahlar bədbəxtlik, əzab-əziyyət gətirir.
İlahi! Bağışla günahlarımı. O günahlar nemətləri dəyişdirir.
İlahi! Bağışla günahlarımı. O günahlar duanın qarşısını alır.
İlahi! Bağışla günahlarımı. O günahlar bəla gətirir.
İlahi! Bağışla etdiyim hər günahı, buraxdığım hər səhvi.
İlahi! Səni yada salmaqla Sənə yaxınlaşıram, Səndən özümə şəfaət istəyirəm. Səxavətini diləyirəm
ki, məni özünə tərəf gətirəsən, Sənə şükr etməyi mənə bəxş
edəsən, Səni yada salmaq üçün məni
ilhama gətirəsən.
İlahi! Sənə itaətkar, zəlil, qorxaq bəndə kimi yalvarıram ki, məni
bağışlayıb mənə rəhm edəsən, mənim üçün ayırdığın qismətə məni razı və qane edəsən, hər yerdə
məni təvazökar eləyəsən.
İlahi! Ehtiyac içində olan, çətin vaxtlarında öz diləyilə Sənə pənah
gətirən və Sənə böyük ümid
bəsləyən bir şəxs kimi yalvarıram. İlahi! Hökmdarlığın əzəmətlidir,
yerin ucadır, tədbirin gizlindir, fərmanın aşkardır, gücün qalibdir, qüdrətin özünü göstərir, Sənin
hökmündən qaçmaq mümkün
deyil.
İlahi! Səndən başqa günahlarımı bağışlayan, yaramaz işlərimin
üstünə pərdə çəkən bir kəs, pis
əməlimi yaxşı hərəkətlə əvəz edən bir şey tapmıram. Səndən başqa ilahi yoxdur. Sitayiş yalnız Sənə
məxsusdur. Mən özümü zəlil etdim, nadanlığım üzündən özümü
cürətli sandım. Arxayın oldum ki,
Sən məni əvvəldən yad edib xatırlamsan. Buna görə mən xatircəm
oldum.
İlahi! Ey mənim Mövlam, neçə çirkin işlərin üstünü örtmüsən? Neçə ağır bəladan məni
uzaqlaşdırmısan? Neçə büdrəmədən məni qorumusan? Neçə
xoşagəlməz əməldən məni
uzaqlaşdırmısan? Layiq olmadığım neçə gözəl tərifləri mənim adıma
yazmısan?
İlahi! Bəlalarım böyükdür, pis cəhətlərim çoxdur, əməllərim nöqsanlıdır, dəmir qandallar məni
buxovladı, sonsuz arzularım məni yaxşı işlərdən saxlayıb həbs etdi,
dünya azdırıcı görünüşü ilə,
nəfsim isə öz cinayəti və xəyanətilə məni aldatdı.
Ey mənim Ağam! Şərəfinə and içib Səndən xahiş edirəm ki, pis
əməlim və rəftarım duamın Sənə çatmasının qarşısını almasın, gizli sirlərimə bələd olduğun üçün məni
rüsvay etməyəsən, xəlvətdə
etdiyim pis hərəkətimə və davranışıma, həddi aşmağım, cahilliyim,
şəhvətimin çoxluğu və qəflətdə
olmağım davam etdiyinə görə məni cəzalandırmağa tələsməyəsən.
İlahi! Şöhrətinin xatirinə həmişə mənə qarşı rəhmli ol, bütün işlərimdə mənimlə mehriban ol.


Kumeyl duası

Ey Allahım, ey Rəbbim! Səndən başqa kimim var ki, ziyanlarımı ləğv
etməyi və işimə göz qoymağı
ondan istəyim?
Ey Allahım, ey Mövlam! Sən mənim üçün hökm verdin, mən isə bu
hökmlə nəfsimin əsiri olmaq yolunu tutdum, özümü düşmənimin vəsvəsəsindən qorumadım. O
da məni istədiyi kimi aldatdı.
Qəzavü-qədər bu işdə ona kömək etdi. Və mənimlə baş verən
hadisələrlə Sənin qoyduğun bir sıra
sərhədləri aşdım, bir sıra işlərinə qarşı çıxdım. Bütün bu hallarda
Sənə şükr etməliyəm. Sənin hökmünlə mənim başıma gələnlər üçün heç bir dəlilim yoxdur.
Sənin hökmün və bəlaların
mənim boynuma qoyulub.
Ey Allahım! Təqsirim olduğu üçün və nəfsimə çox ziyan vurduğuma
görə Sənin dərgahına gəlmişəm
ki, peşiman, qəlbi qırılmış, günahlarının bağışlanmasını tələb edən, günahdan qayıdan, günahlarını
boynuna alan, təsdiq və etiraf edən bir insan kimi Səndən üzr
istəyəm. Törətdiyim işlərdən yaxa
qurtarmağa nə bir pənahım var, nə sığınmağa bir yerim. Üzrümü
qəbul etməkdən və məni geniş
mərhəmətinin altına almağından başqa bir çıxış yolu yoxdur. İlahi! Üzrümü qəbul et! Düşdüyüm çətin vəziyyətə görə rəhm et!
Məni günahlarımın dolaşıq
düyünlərindən xilas et!
Ey Rəbbim! Bədənimin zəifliyinə, dərimin incəliyinə, sümüyümün
nazikliyinə görə mənə rəhmin
gəlsin. Ey məni yaradan, məni unutmayıb tərbiyə edən, mənə yaxşılıq
edib məni qidalandıran!
Başlanğıcda olan mərhəmətin xatirinə, mənə etdiyin keçmiş
yaxşılığın xatirinə bağışla məni!
Ey mənim Allahım, ey mənim Ağam, ey mənim Rəbbim! Görəsən,
Sənin cəhənnəm odunda əzab çəkməliyəmmi? Axı Sənin birliyini qəbul etmişəm. Axı Sənin mərifət
nurun qəlbimi bu vəhdətlə tam
bürüdükdən sonra dilimdə həmişə Sənin zikrin olmuşdur. Axı,
könlüm sənə olan məhəbbətinə görə
Sənin birliyinə inanmışdır.
Axı günahlarımı etiraf edib Sənin böyüklüyünə acizanə dua edirəm. Bu, Sənin məqamından uzaqdır.
Çünki Sən özünün tərbiyə etdiyin bir kəsi zay etməkdən, özünə
yaxınlaşdırdığın bir şəxsi özündən
uzaqlaşdırmaqdan, yaxud pənah gətirən bir nəfəri azıdırmaqdan,
yaxud özünün qoruduğun və rəhm
etdiyin bir adamı bəlaya salmaqdan daha kəramətlisən. Kaş, bunu biləydim.
Ey mənim Ağam, Allahım, Mövlam! Sənin əzəmətinə səcdə edən
surətləri, sədaqətlə Sənin
birliyindən danışan və Səni tərifləyib şükr edən dilləri, Sənin
ilahiliyini həqiqətini tanıyan könülləri,
Səni tərifləyib şükr edən dilləri, Səni elmlə dərk etmək istəyərək Səndən qorxan ürəkləri,
günahlarını boynuna alıb Səndən bağışlanmalarını istəyən və Sənə
ibadət olunan yerlərə can atan
bədənin üzvlərini cəhənnəm odunda yandıracaqsanmı? Sənin
haqqında güman belə deyildir. Sənin
fəzilətin barədə bizə belə xəbər çatmayıb. Ey kərəm sahibi, ey Rəbbim! Sən özün bilirsən ki, onların
nəticələrinə və onlardan doğan
xoşagəlməyən şeylərə dözməkdə zəifəm. Düzdür, bu bəlalar və
xoşagəlməy ən şeylər çox çəkmir, az
qalır və qısa müddətlidir. Bəs mən axirətin bəlalarına və onun
böyük əzablarına necə dözəcəyəm? Axı onlar elə bəlalardır ki, müddəti uzundur, çox davam edir və get-
gedə yüngülləşən deyil. Çünki
bu, yalnız Sənin qəzəbindən, intiqamından və acığından gəlir. Bu,
elə bir əzabdır ki, ona nə göylər,
nə də yer dözər.
Ey mənim Ağam! Bəs mən nə edim? Axı mən Sənin zəif, zəlil, həqir, yazıq və müti bir bəndənəm.
Ey mənim Allahım, Rəbbim, Ağam, Mövlam! Giriftar olduğum hansı
işlərdən Sənə şikayət edim?
Hansı bəlanın əzabı və şiddətindən, ya hansı bəlanın uzun
çəkməyindən və müddətindən şivən
qoparıb ağlayım? Məni düşmənlərimin əzabına giriftar etsən, məni bəla əhlinə qatsan, məni
dostlarından və övliyalarından ayırsan, necə olar?
Ey mənim Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, əzablarına
dözdüm. Bəs Səndən ayrılmağıma
necə dözüm, necə?
Ey Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, Sənin cəhənnəm odunun yandırıcı hərarətinə
dözdüm. Bəs Sənin bağışlamaq kəramətinə necə göz yumub
dözüm? Ya cəhənnəm odu içində necə
yaşayım? Böyüklüyünün xatirinə bağışlamağını istəyirəm.
Ey mənim Ağam və Mövlam! Sədaqətlə and içirəm ki, əgər orada
məni danışmağa qoysan, Sənə üz tutub şivən qoparmaq istəyən cəhənnəm əhli arasında mütləq
şivən qoparıb bərkdən qışqıracağam.
Fəryad ilə nalə edənlər kimi Sənin dərgahına boylanıb hər an nalə
edəcəyəm. Harada olsan Səni
çağıracağam.
Ey iman gətirənlərin dostu, ey ariflərin arzularının sonu! Ey çarəsizlərin fəryadına çatan!
Ey doğru danışanların ürək dostu!
Ey aləmlərin Allahı!
Ey mənim Allahım! Görəsən müxalifətinə görə cəhənnəmdə həbs
edilən və günahlarına görə
oradakı əzabın acısını dadan bir müsəlman bəndəsinin səsini mərhəmətinin sayəsində
eşidəcəksənmi? Bu bəndə özünün günahlarına və cinayətlərinə
görə cəhənnəm təbəqələri arasında
həbs edilmişdir. O, Sənin mərhəmətinə ümid bağlayaraq qışqırıb
yalvarır, tovhid əhlinin dililə səni
çağırır, Sənin böyüklük dərgahına əl uzadır. Ey mənim Mövlam! O, bu əzab içərisində necə qalar? Axı o, Sənin
keçmiş mehribanlığını görmək
istəyir. Yaxud cəhənnəm odunda necə əzab çəkər? Axı o, Sənin
fəzilətinə və rəhminə ümid bəsləyir.
Yaxud cəhənnəm odunun alovlu dilləri onu necə yandırar? Axı, Sən
onun səsini eşidir və yerini bilirsən. Yaxud cəhənnəm odunun qığılcımı onu necə bürüyəcək?
Axı Sən onun zəifliyini bilirsən.
Yaxud o, cəhənnəmin təbəqələrində çarəsiz şəkildə necə qalsın? Axı
Sən onun sədaqətini bilirsən.
Yaxud alovun dilləri onu necə qışqırtmağa məcbur etsin? Axı o,
«Aman, ya Rəbb!» - deyə Səni çağırır. Yaxud necə olsun ki, cəhənnəmdən azad olmağı üçün Sənin
fəzilətini istəyən bir kəsi orada
qoyub tərk edirsən?
Heyhat, Sənin haqqında güman belə deyil, Sənin fəzilətin belə
tanınmayıb. Bu, inamlı tovhid əhli ilə
yaxşılıq və lütflə etdiyin rəftara oxşamır. Mən qəti şəkildə inanıram ki, həqiqəti inkar edənlərə əzab vermək
hökmünü verməsəydin və əbədi
düşmənlərinin üstündə hökmranlıq etsəydin, mütləq cəhənnəm
odunun hamısını söndürüb sərinliyə
və salamatlığa çevirərdin. Onda cəhənnəm heç kəsin yeri və
məskəni olmazdı. Lakin Sənin adların müqəddəsdir və and içmisən ki, oranı bütün
cinlərdən və insanlardan olan
kafirlərlə doldurasan, inadlı düşmənlərini cəhənnəmdə həmişəlik
saxlayasan. Sən ki, böyük və
qüdrətlisən, əvvəldən ənamınla və kəramətinlə buyurmusan:
«İman gətirən adam günahkar adam kimidirmi? Əlbəttə, bərabər deyil».
İlahi, mənim Ağam! Sənə üz tutub malik olduğun qüdrətinə
qətiyyətlə amiranə və qələbə ilə icra
etdiyin hökmünə and verirəm ki, etdiyim bütün pis işləri, yol
verdiyim günahları, gizlində etdiyim
hər bir nadanlığı, mənə sübutunu buyurduğun və bədənimin üzvləri üçün şahid təyin etdiyin əziz
mələklərin yazdığı bütün pis işləri bu gecə, bu saat bağışlayasan.
Tərəfimdən edilən hər bir şeyi
qeyd edən şahidlərlə yanaşı, Sən özün də onların arxasından
nəzərlərindən gizli qalan şeyləri
görmək üçün mənə nəzarət etmisən. Sən mərhəmətinlə onları gizli saxladın və fəzilətinlə onların üstünə
pərdə çəkdin. Nazil etdiyin hər
bir xeyirdən, ya üstün bildiyin yaxşılıqdan, ya yaydığın
xeyirxahlıqdan, ya verdiyin ruzidən, ya
bağışladığın günahdan, ya örtdüyün səhvlərdən mənim payımı
artıq etməyini diləyirəm. Ya Rəbb, ya Rəbb, ya Rəbb, İlahi, ey Ağam, Mövlam, ey mənim
sahibim, ey ixtiyarım əlində olan, ey
mənim yoxsulluğumdan və ehtiyaclarımdan xəbərdar olan! Ya
Rəbb, ya Rəbb, ya Rəbb! Haqqının,
müqəddəsliyinin, əzəmətli keyfiyyətlərinin və adlarının xatirinə
Sənə üz tutub yalvarıram ki, gecəligündüzlü vaxtım Səni yada salmaqla keçsin, xidmətinə qovuşum, əməllərim
dərgahında qəbul
olsun. Yalvarıram ki, bütün işlərim və sözlərim yalnız bir söz olsun,
vücudum daim Sənin
xidmətində olsun.
Ey mənim Ağam, ey arxalandığım və dərgahına əhvalımdan şikayət etdiyim!
Ya Rəbb, ya Rəbb, ya Rəbb! Sənə xidmət etmək üçün bədənimin
üzvlərinə güc ver, bədənimi bərkit,
Sənin qorxun qarşısında mənə çalışmaq səyi bəxş et və xidmətinə
çatmaq üçün mənə dəyanət ver.
Qoy yarış meydanlarında Sənə tərəf tez gələ bilim, Sənə doğru can atanlar arasında tələsim, Sənin
həvəsində olanlar sırasında şövqlə Sənə yaxın düşüm, sadiq
adamlar kimi Sənə yaxınlaşım,
möhkəm inamlı şəxslər kimi Səndən qorxum, imanlı insanlarla birgə
Sənin dərgahının astanasında
dayanım. İlahi, pisliyimi istəyən hər kəsin pisliyini istə, məni aldananı Sən də
kələyə düçar et. Səndən ayrılan
bir pay kimi məni özünün ən yaxşı bəndələrindən birinə, yeri Sənə
yaxın olan kəsə və Sənin
dərgahında yüksək məqamına görə seçilmiş şəxsə çevir.
Həqiqətən, Sənin fəzilətin olmadan buna çatmaq olmaz. Böyüklüyün xatirinə mənə mərhəmət
göstər, şöhrətinlə vurğun et, xoş cavabınla mənə minnət qoy,
səhvimdən keç, yoldan büdrəyib
çıxmağımı bağışla.
Axı bəndələrinə Sənə ibadət etmək hökmü vermisən, Sənə dua
etməyi onlara buyurmusan, onların duasına cavab verməyə zəmanət vermisən. Ona görə ya Rəbb,
üzümü Sənə tutmuşam.
Ya Rəbb! Əlimi Sənə tərəf uzatmışam. Səni böyüklüyünə and
verirəm ki, duama cavab ver, məni
arzuma çatdır, fəzilətindən ümidimi kəsmə, məni cin və insanlardan
olan düşmənlərimin şərindən saxla.
Ey tez razılıq verən Allah! Duadan başqa əlində başqa bir şeyi
olmayanı bağışla. Axı Sən istədiyini
edə bilirsən.
Ey adı dərman olan, zikr edilib xatırlanması şəfa olan, itaətində
durmaq zənginlik olan Allah! Sərmayəsi ümid, silahı ağlamaq olan kəsə rəhm et!
Ey nemətləri bol olan, ey çətinlikləri dəf edən, ey zülmətdən qorxan
ürəklərin nuru, ey heç kəsdən
heç nə öyrənməmiş alim! Muhəmmədə və Muhəmmədin nəslinə
salam göndər. Mənimlə özünə
yaraşan tərzdə rəftar et. Allah Peyğəmbərini və onun nəslindən olan xoşbəxt imamları bəyəndi və
çox alqışladı.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkətuh!


Kumeyl duası


Geri dön

enigmatic_girl

  • 5 may 2012 02:32
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler...

--------------------

..::BLacK_BLooD::..

  • 16 aprel 2012 16:52
  • Məqalə: 11
  • Şərh: 223
  • Bal:
{awards}
tshkler oxudugunuza gore... ALLAH razi olsun :)

--------------------
Insan doğulanda Azan oxunular qulağina, amma Namazi qilinmaz... Çunki,doğulanda oxunan Azan, öldüyündə qılınacaq Azansız Namaz üçündür...
İnsan ömrü Azanla Namaz arasindakı zaman qədərdir...

Just for girl

  • 16 aprel 2012 14:09
  • Məqalə: 0
  • Şərh: 254
  • Bal:
{awards}
Ay Allah sen ozun bize komek ol.

xebere gore tesekkur

Воровской

  • 15 aprel 2012 20:06
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
ne qeder yazibsan bu qeder cox sagol oxuya bilmedim

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

Angel_Boy

  • 15 aprel 2012 16:56
  • Məqalə: 17
  • Şərh: 210
  • Bal:
{awards}
Xebere gore twk yarisini oxudum ALLAH BOYUKDUR

--------------------
BY-admin-hemid jhnafuaifhlmsfuhsahfai

Music Star

  • 15 aprel 2012 16:40
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

_Sabina_

  • 15 aprel 2012 16:02
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
Allah razi olsun...

Nuray2012

  • 15 aprel 2012 15:23
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

LoVe_LiFe

  • 15 aprel 2012 15:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH BOYUKDUR BAGISLAMAQ TEK ONA MEXSUSUDUR. xebere gore twkler

★Miss Love★

  • 15 aprel 2012 15:10
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Allah her kesin gunahlarini bagiwlasin...cox maraqli xeber idi oxudum...тewekkurler=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}