"Titanik faciəsi"ndən 100 il ötür

 
"Titanik faciəsi"ndən 100 il ötür

Bu gün bəşəriyyət tarixində ən böyük dəniz faciələrindən biri hesab edilən «Titanik» sərnişin gəmisinin batmasından 100 il ötür. «Titanik»in Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü ölmüşdü.

«Titanik» Böyük Britaniyanın «White Star Line» səyahət şirkətinə məxsus idi və həmin vaxt dünyanın ən nəhəng sərnişin gəmisi sayılırdı. 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-cii l mayın 31-də istifadəyə verilmişdi. Həmin dövrün ən son texnologiyaları ilə inşa edilmiş gəmi 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşdü. İngiltərənin Saushempton limanından Nyu Yorka yola düşən «Titanik» yolda iki dəfə dayanmışdı - Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında. Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi. Aprelin 14-dü saat 23:40-da «Titanik» aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı.

«Titanik»in batmasına hava şəraiti, texniki nasazlıqlar, ekipajın diqqətsizliyi və qeyri-peşəkarlığı kimi çoxsaylı səbəblər göstərilir. Qəzanı araşdıran alimlər bu şəraitləri «hadisələr kaskadı» adlandırırlar. Məsələn, gəminin toqquşduğu aysberq «qara aysberqlər» tipinə aid idi, yəni çevrilmiş və tünd göy rəngli idi, həm də aysız gecə olduğundan ekipaj onu çox gec görmüşdü. Cəmi 711 nəfərin xilas edilməsi isə gəmidə olan qayıqların sayının az, 20 ədəd olması ilə izah edilir. Xilas olunanların əksəriyyəti 1-ci və 2-ci klassın sərnişinləri olan qadın və uşaqlar olub, 3-cü klass sərnişinləri isə dar dəhlizlərin labirintlərindən çıxa bilməmişdilər.

1985-ci ildə «Titanik»in qalıqları Atlantik okeanın 3750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Onu amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapmışdı. Suyun dibindən çıxarılan minlərlə qalıq YUNESKO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib.

2006-cı ilin mayında «Titanik»in batmasını xatırlayan sonuncu şəxs - 99 yaşlı Lillian Qertruda Asplund vəfat edib. Gəmi batarkən onun 5 yaşı var idi. 2009-cu ilin mayında isə sərnişinlərdən ən sonuncusu Millvina Din 97 yaşında vəfat edib. Faciə baş verərkən o, 2 ay yarımlıq idi.

«Titanik» faciəsindən sağ qurtulanlar sonradan xatirələrini kitablara, rəsmlərə köçürmüş, bu mövzuda seminarlar keçirib, «Titanik» isə bir neçə film, sərgi və muzeyin həsr olunduğu «əbədi batmaz gəmiyə» çevrilib. Amerikalı rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi «Titanik» filmi bu faciəyə həsr olunmuş ən uğurlu film hesab edilir. Baş rollarda amerikalı aktoyr Leonardo di Kaprio və britaniyalı aktrisa Keyt Uinsletin oynadığı film 11 nominasiyada «Oskar» mükafatı alıb.


Geri dön

EnD of TiMe

  • 16 aprel 2012 14:17
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
kinoya her defe baxanda ilk defeymis kimi baxiram...titanic yaddan hec vaxt cixmayacaq...tesekkurler xebere gore.....

Just for girl

  • 16 aprel 2012 14:14
  • Məqalə: 0
  • Şərh: 254
  • Bal:
{awards}
cek and roza adam kinoya baxanda ureyi cizzz edir

Воровской

  • 15 aprel 2012 20:10
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
titanik 100 illiyini tqbrik edirem ammma onun yerine titanik 2 gelib xeberiniz olsun

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

VIPTOZ

  • 15 aprel 2012 18:55
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
bu xeberi 1nece gun bunnan qabaq oxumusdum yenede tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

Angel_Boy

  • 15 aprel 2012 16:59
  • Məqalə: 17
  • Şərh: 210
  • Bal:
{awards}
Yaziqlar Izlemisem 2 defe maraqli idi

--------------------
BY-admin-hemid jhnafuaifhlmsfuhsahfai

Music Star

  • 15 aprel 2012 16:45
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Izlememiwem hec bu titaniki)

--------------------

_Sabina_

  • 15 aprel 2012 16:16
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
bu facie hec vaxt yaddan cixmayacaq....

Nuray2012

  • 15 aprel 2012 15:28
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

selgomez

  • 15 aprel 2012 14:41
  • Məqalə: 0
  • Şərh: 198
  • Bal:
{awards}
Ela kinodur,baxmiwam) Bu bir hayatdir

--------------------
VazgeciLмəz вiri
deyiLəм...
- Aмa gedənLərin hamisi вir
gün geri dönмəк
isтədi ..!

mimka

  • 15 aprel 2012 14:34
  • Məqalə: 0
  • Şərh: 327
  • Bal:
{awards}
maraqli kinodu Titanic 2-de maraqlidi twk

LoVe_LiFe

  • 15 aprel 2012 14:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox vaxt otub bu hadiseden beli amma yenede bu gun kimi hec xaman unudmuruq bunu

★Miss Love★

  • 15 aprel 2012 14:26
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
ne qeder vaxт kecsede bu hadise hec vaxт уaddawlardan silinmeуecek...тewekkurler xebere gore))

MenimleSen

  • 15 aprel 2012 14:23
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
Kecen hefte Titanic-e televizeyonda baxdim, cok tesiredicidi....Bu aralar hele de etkisindeyem....Jack& Rosa.....Tesekkurler=)

--------------------

Deniz

  • 15 aprel 2012 14:14
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Kecen hefte Titanic-e 3D formatda baxdim, cok tesiredicidi....Bu aralar hele de etkisindeyem....Jack& Rosa.....Tesekkurler=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}