İnfakdan özümüzü necə qoruyaq?

 
İnfakdan özümüzü necə qoruyaq?


Çox qəribədir ki, bir çox insanlar bu təhlükəni görməməzliyə vururlar. Əslində isə hər hansı bir narahatlıq varsa, qarşısını vaxtında almaq lazımdır ki, ağırlaşma olmasın. Türkiyəli kardioloq, professor Sinan Dağdelen hesab edir ki, insanın ürəyinə edəcəyi ən böyük yaxşılıq pəhrizə diqqət etməkdir. Onun sözlərinə görə, xüsusilə də ürək xəstələri qidalanmanı nizama salmaqla ölüm riskini 30-60 faiz azalda bilərlər.

"Zaman Azərbaycan`a istinadən bildirir ki, kKardioloq ürəyimizə vura biləcəyimiz 11 ən böyük zərəri də açıqlayıb. Sıralama belədir: “Ürəyimizə vurduğumuz ən böyük zərər yuxudan gec qalxmaq və gec yeməkdir. Bundan əlavə, acmadan yemək, yatmadan öncə yemək, nizamsız, necə gəldi qidalanmaq da ürəyə çox mənfi təsir göstərir”.

Sinan həkim uzun müddət hərəkətsiz qalmağın da ürəyə mənfi təsir göstərdiyini vurğulayır: “İdman etməmək, davamlı stresə məruz qalmaq, kökəlmək, spirtli içki içmək, siqaret çəkmək də ürək xəstəliyinə aparan səbəblərdən sayılır”.

Mütəxəssis hesab edirlər ki, bir çox insanların şikayət olmayana qədər ürəklərinin qeydinə qalmamaları da narahatlıq doğuran məqamlardandır.

Kişilər 40, qadınlar 50 yaşdan sonra ürəklərini müayinə etdirməlidir, ancaq...

Kardioloqların qənaətlərinə görə, sinə ağrısı, sinədə sıxışma, tıxanma və ya yanma kimi əlamətlər ürək-damar xəstəliklərinin ilkin “siqnalları” ola bilər. Bu şikayətlər sinədə sağ və ya solda, qollarda, mədə üzərində, boyunda ola bilər. Bundan əlavə, erkən yorulma, havanın çatışmaması, narahatlıq, ürək döyüntüsünün nizamsızlığı, gecələr sizi yuxudan oyandıran rahatsızlıq ürək xəstəliyinin ilkin əlamətləri ola bilər.

Kardioloqların qənaətlərinə görə, kişilərin 40 yaşından, qadınların isə 50 yaşdan sonra ürəklərini müayinə etdirmələrində fayda var. Ancaq həmin şəxslərin ailələrində və ən əsası, birinci dərəcəli yaxınlarında ürək xəstəlikləri, diabet və ya yüksək təzyiq, yüksək xolesterol müşahidə olunubsa, bu müayinələrə 30 yaşlarından etibarən başlanılmalıdır.

Ölüm riskini azaltmaq üçün...

Özünü sağlam hesab edən şəxs neçə ildən bir müayinədən keçməlidir?”-sualını kardioloq belə cavablandırır: “Qeyd etdiyimiz kimi, kişilərin 40, qadınların isə 50 yaşlarından sonra ürəklərini müayinə etdirmələrində fayda var. Bu müayinələr az riskli şəxslərdə hər iki ildən bir, yüksək risklilərdə isə hər il aparılmalıdır”.

Bəs birinci dərəcəli qohumlarında ürək-damar xəstəliyi olanlar niyə məhz 30 yaşından etibarən ürəklərini müayinə etdirməlidirlər?”- sualına onun cavabı belə olub: “Bu müayinə ona görə vacibdir ki, həmin şəxslərdə ürək xəstəliyinə nə dərəcədə meyillilik olduğu üzə çıxsın və əgər varsa, problemin qarşısı vaxtında alınsın.

Onu da qeyd edim ki, vaxtında müayinədən keçməyən riskli insanlarda infarktdan, beyin iflicindən, xolesterol və damar tıxanıqlığından ölüm riski iki qat daha çox olur
”.


Geri dön

EnD of TiMe

  • 16 aprel 2012 14:53
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
hedden artiq coxalib e bu xestelik...tesekkurler xebere gore

Just for girl

  • 16 aprel 2012 13:44
  • Məqalə: 0
  • Şərh: 254
  • Bal:
{awards}
ALLAH hec kese gostermesin AMİN!

Nuray2012

  • 15 aprel 2012 19:58
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Tewekkurler xebere gore

--------------------

tontonun anasi

  • 15 aprel 2012 19:44
  • Məqalə: 214
  • Şərh: 2344
  • Bal:
{awards}
ALLAH UZAQ ETSIN,BIZIM QOHUMUMUZ AXWAM BEYIN INFARKTI KECIRDIB ALLAH ETSIN SAGALSIN

--------------------

Воровской

  • 15 aprel 2012 18:52
  • Məqalə: 11
  • Şərh: 1881
  • Bal:
{awards}
thankssssssssssssssssss

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

LoVe_LiFe

  • 15 aprel 2012 18:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqli melumata gore minnetdaram twkler

VIPTOZ

  • 15 aprel 2012 17:57
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
bu haqda melumatim variydi ama yenede sonacan oxudum ve bele xestelik insanlar arasinda cix yayilan xestelikler sirasina daxildir tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

★Miss Love★

  • 15 aprel 2012 17:42
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
melumaтlara gore sagol=)

_Sabina_

  • 15 aprel 2012 16:43
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
thank for information

_LALE_

  • 15 aprel 2012 16:37
  • Məqalə: 3
  • Şərh: 281
  • Bal:
{awards}
deyerli melumata gore tesekkurler tontis

✰GoLd GirL✰

  • 15 aprel 2012 16:37
  • Məqalə: 534
  • Şərh: 10576
  • Bal:
{awards}
infakt cox pis bir seydir Allah hamini qorusun bundan

Music Star

  • 15 aprel 2012 16:33
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
{awards}
Allah uzaq elesin twk

--------------------

Angel-11

  • 15 aprel 2012 16:32
  • Məqalə: 0
  • Şərh: 687
  • Bal:
{awards}
heleki allah wukur infakt deyilem...

--------------------
İnsanda gözəl olan üzdür, Üzdə gözəl olan gözdür, Ama insanı insan edən ağızdan çıxan sözüdür....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 26
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}