Bağışla həyat!

 
Bağışla həyat!

Bağışla həyat...
Bilmədim, başqa cürə izah etdilər səni mənə, həmişə yaxşı tərəflərini söylədilər Həmişə başqa idin mənim üçün.

Əvvəl getməyi öyrəndim. Fikirləşdim ki, güvən içində ailəmə doğru gedəcəyəm.
Halbuki getmək başqa yerlərə də getməyi gözə almaqmış... Yavaş yavaş sözlər deməyə başladım.
Əvvəlcə ana dedim. Danışmaq gözəldir deyə düşünürdüm. ..
Ana sözü ilə başlayan danışığım, bir gün bəzilərinin qəlbini qıracağını hardan bilə bilərdim...
Məgər danışmaq susmağı öyrənmək deməkmiş. Zaman sözlərimin mənalarını dəyişdirdi ,qarşı çıxa bilmədim.

Bağışla həyat!

Mən səni ürəkli bilirdim, qəlbimə dəyməzsən deyə düşünürdüm..
Həmişə güləcəkdi üzüm ağlamaq nədir bilməyəcəkdim.
Sənə gözlərimi açdığımda ilk və son ağlayışım olacağını düşünürdüm.
Halbuki sən çox açıq sözlüymüşsən, məni ağladaraq qarşıladın, sən hər şeyi izah etdin, mən başa dümədim...
Həmişə gülərək baxacaqdım sənə, gözlərim sevinc göz yaşları ilə dolacaqdı,doyunca yaşayacaqdım səni çətinlik nədir bilməyəcəkdim.
Belə demişdilər mənə. ..Ümudum mənimlə qalacaqdı həmişə, səninlə çox şey bacaracaqdıq biz.
Gecələri xoşarzularla yumacaqdım gözlərimi. Yaxşıkı varsan həyat səni sevirəm deyəcəkdim sənə.
Sən o qollarını mənə açıb, gecən xeyrə qalsın deyəcəkdin.

Bağışla həyat!

Olmadı. Edə bilmədim. Sən mənə səhv izah edildin.
Mən səni həmişə başqa cür fikirləşdim. Sən həmişə açıq sözlü oldun mən aldandım.
Sən həmişə mərd idin...BAGIŞLA HƏYAT...

Sənə söz vermişdim tuta bilmədim. Sənlə dolu olacaqdı içim həmişə, halbuki sən məndən çoxdan getdin...
Sən qəlbimə dəydin kədər nədir öyrəndim...
Həyat sadəcə sevinc və xoş arzulardan ibarət deyil.Həyatın hər üzünü yaşayaraq görəcəyik,
bəzilərimiz isə görməyəcək.Sonda hər birimiz həyatımıza,yaşamımıza bir ad qoyacayıq...
Hər birimizin həyat kitabının adı fərqli olacaq...

Bağışla həyat!

Həyatınız bir kitab olsa,o kitabın adını nə qoyardiniz?


Geri dön

Priya

  • 16 aprel 2012 20:47
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
Həyat sadəcə sevinc və xoş arzulardan ibarət deyil.Bu həqiqətən də belədir.Kitabımın adı:- "Kədərli həyatımın oxunmamış səhifələri".
Təşəkkürlər.

--------------------




★Miss Love★

  • 16 aprel 2012 19:59
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox maraqli meqale idi ellerinde sagliq canim...
eger menim heуaтim bir kiтab olsa idi men adini"Dinle Meni Heуaт"qoуardim)))

_DreaM_

  • 16 aprel 2012 16:36
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
Maraqsiz heyat - qoyardim recourse

--------------------

EnD of TiMe

  • 16 aprel 2012 15:29
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
heyat bagislayir goren? eger bagislayirsa niye bu qeder ezab verir...tesekkurler xebere gore...

senani seven qiz

  • 16 aprel 2012 13:25
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
Kitabimin adini heyat menasizdirrrb qoyrdim

--------------------
'Qeyri-mümkün'' - dedi qürur. ''Risklidir'' - dedi təcrübə. ''Mənasız'' - dedi məntiq. ''Yenə də sınağa dəyər'' - dedi ürək.

Pink World

  • 16 aprel 2012 13:08
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Bagisla Heyattttttttt

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

Just for girl

  • 16 aprel 2012 12:52
  • Məqalə: 0
  • Şərh: 254
  • Bal:
{awards}
Həyatınız bir kitab olsa,o kitabın adını nə qoyardiniz?

heyatim bir kitab olsa adini olum ucun yasayan qoyardim

✰Dгeaм✰

  • 16 aprel 2012 12:49
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Secilmislere elave etdim.Tesekkurler.

Günü

  • 16 aprel 2012 12:26
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
1həyat kitabim olsaydi ki,bunu yaşayaraq yazdiğımızı düşünürəm...
Teesüfki,,, adini verərdim

_Sabina_

  • 16 aprel 2012 11:29
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
twk.... eger heyat kitabim olsaydi adini heyat gozeldir yawamaqi bacar qoyardim

LNLNLN

  • 16 aprel 2012 11:18
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Heyatim bir kitab olsaydi adini EZABLI OLACAQ GELECEK...............

Nuray2012

  • 16 aprel 2012 11:00
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

AysU_DilarE

  • 16 aprel 2012 10:12
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
heyatim bir kitab olsa onun adini I LOVE LIVE qoyardim.twk maraqli xeber olub

--------------------

Anara 21

  • 16 aprel 2012 09:29
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
təşəkkür........oxuyacam......

--------------------
Zeynalova.......

LoVe_LiFe

  • 16 aprel 2012 09:24
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meqaleye gore twkler. eger heyatim bir kitab olsaydi adini " sevgi nagili" qoyardim yadaki " heyat gozeldir" :))))))))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}