Səhifeyi Səccadiyyə-İmam Səccadın (ə) səhər və axşam vaxtı etdiyi duası

 
Səhifeyi Səccadiyyə-İmam Səccadın (ə) səhər və axşam vaxtı etdiyi duası

6-cı dua:

Həmd öz qüvvəsi ilə gecə və gündüzü yaradan, qüdrəti ilə o ikisinin arasında fərq qoyan, hər biri üçün müəyyən zaman ölçüsü qoyan, hər birinin, o birisinin daxilinə salıb və çölə çıxaran, bu nizamla bəndələrin ruzisini, onların dirçəlməsini təmin edən Allaha məxsusdur. Belə-liklə gecəni bəndələr üçün yaratdı ki, üzücü çətinliklərdən, yorucu hərəkətlərdən gecə dinclik tapsınlar, onu bir örtük qərar verdi ki, insanlar onda rahatlıq tapıb rahat yuxuya dalsın-lar və bütün bunları onların qüvvələrinin yeni-ləşməsinə səbəb etdi ki, ləzzət və istəklərinə yetsinlər. Gündüzü görünən qərar verdi ki, onda haqqın lütfünü axtarsınlar, onun ruzisinə əl tapsınlar, yer üzündə, fani dünya mənfəətini dərk edib əbədi mənfəət yoluna düşsünlər. Bütün bu işlərlə onların işini sahmana salır, əməl-lərini yoxalayır ki, hökmünün icrasında və vacibi işlərə itaət etmək zamanı nə etmələrini görsün ki, nəticədə pisləri pisliklərinin cəza-sına, yaxşıları da mükafatlarına çatdırsın.

İlahi! Həmd olsun Sənə ki, gecənin qara pərdəsini səhərin nuru ilə yardın, bizi gündüzün işıqlığından bəhrəmənd etdin, təhlükəli bəlalardan qorudun. Gecəni səhərə çıxartdıq və bütün yaranmışlar səhər meydanına ayaq qoydular:

Göy və yer, bu ikisində pərakəndə etdiklərin, hərəkətsiz və hərəkətdə olanlar, ayaq üstə durub yol gedənlər, havada yuxarı gedənlər, yerdə gizlənənlər hamılıqla Sənin qüdrətin əhatəsində səhərə çıxdıq, bir halda ki, Sənin səltənət və qüdrətin bizi ehtiva etmiş, iradən bizi himaməyəyə almış, əmrinlə işlərə baş vururuq, Sənin tədbir meydanında hərəkətdəyik, Sənin əmrin olmadığın bir yerdə əlimizdən bir iş gəlməz, Sənin bizə bəxşiş etdiyindən savayı bizə bir xeyir yetişməz. Bu gün təzə və yeni bir gündür, o bizə hazır olan bir şahiddir, yaxşılıq etsək təşəkkür edənlər bizi tərk edər, pislik etdikdə qınayanlar bizdən ayrılarlar.

İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bu günlə həmnəfəs olmağı bizə ruzi et, kiçik günah və böyük xəta kəsb etməkdən saxla, onda yaxşılıqlardan olan bəhrəmizi bol et, bu günkü gündə bizi pisliklərdən təmizlə, əvvəlindən sonunadək axirət üçün bol ehtiyat yığmağa təmin et.
İlahi! Bizim zəhmətimizi əməli yazan mələklərə asan et, əməl dəftərimizi yaxşılıqla doldur, Pis əməllərimizə görə bizi o mələklərin yanında rüsvay etmə!
İlahi! Hər saatında xüsusi bəndələrinə şükründən bir nəsib, mələklərindən bizə doğru bir şahid qərar ver! İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi öndən, arxadan, acdan, soldan, və bütün tərəflərdən hifz et, bir cür ki, sənin bu hifzin bizi sənə qarşı günahdan saxlasın, itaətinə yol göstərsin, bizi eşq və məhəbbətinin işinə alsın.


İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bizi bu gününüzdə və bu gecəmizdə və bütün vaxtlarımızda xeyir iş görməyə, şərdən uzaqlaş-mağa, ne‎’mətlərə şükr etməyə, sünnətlərə itaət etməyə, bidətlərdən uzaqlaşmağa, yaxşılığa dəvət etməyə pislikdən çəkindirməyə, İslamı qorumağa, batilin eybini axtarıb onu zəlil etməyə, haqqa yardım edib onu əziz tutmağa, azanı hidayət etməyə, zəifə yardım etməyə, və zülm görənə pənah verməyə müvəffəq et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və bu günkü günü indiyədək bizə nəsib olan ən səadətli gün bir yerdə olduğumuz ən yaxşı dost, Yaşadığımız ən yaxşı zaman qərar ver! Bizi gecə-gündüzün ən yaxşı nəsibi olan mərhəmət etdiyin ne’mətlərinə hamıdan çox şükr edənlərdən, yaratdığın şəriətə hamıdan çox sabit qədəm, qorxut-duqlarından hamıdan çox çəkinən bəndələrindən qərar ver!

İlahi! Mən səni şahid tuturam və sən ən şahidlərin ən yaxşısısan, göyünü və yerini, göylərdə və yerdə məskun etdiyin mələkləri və sair yaratdıq-larını da şahid tuturam, bu gündə, bu saatda, bu gecə və yerləşdiyim bu yerdə şəhadət verirəm ki, həqiqətən sən həmin Allahsan ki, Səndən başqa heç bir Allah yoxdur, ədaləti qaldıran, hökmündə adil, bəndələrinə mehriban, bütün aləmə sahib və bütün məxluqata rəhm edənsən.

Və şəhadət verirəm ki, Muhəmməd Sənin bütün bəndələrin içrə seçdiyin qulun və peyğəmbərindir, risalətini onun öhdəsinə qoydun və o da onu gözəl tərzdə yerinə yetirdi, ümmətinə qarşı xeyirxahlıq etdin və o da onlara xeyirxahlıq etdi. İlahi, Muhəmməd və onun soyuna səlavat göndər, yaratdıqlarından kimə isə göndərdiyin səlavatın daha çoxunu, bizim tərəfimizdən bəndələrindən birinə verdiyin ən yaxşı şeyi ona ver. Çünki Sən,böyük nemət sahibi, çoxlu lütf göstərən, böyük günahı bağışlayan, rəhm edənlərin rəhm edənisən. Belə isə Muhəmməd və onun pak, bütün yaxşılıqların mənbəyi olan pakizə soyuna səlavat göndər!!!

Səhifeyi Səccadiyyə-İmam Səccadın (ə) səhər və axşam vaxtı etdiyi duası


Geri dön

enigmatic_girl

  • 5 may 2012 16:14
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
tesekkurler....

--------------------

C.I

  • 19 aprel 2012 14:23
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Allah razi olsun cox sagolun tsk edirem...........

--------------------

★Miss Love★

  • 16 aprel 2012 21:33
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
oxudum maraqli idi...deуerli xebere gore sagol))

EnD of TiMe

  • 16 aprel 2012 15:31
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
cox uzunuydu..bezi yerlerini oxudum..tesekkurler deyerli xebere gore...

Just for girl

  • 16 aprel 2012 12:49
  • Məqalə: 0
  • Şərh: 254
  • Bal:
{awards}
allah her kesin dualarini qebul etsin

✰Dгeaм✰

  • 16 aprel 2012 12:44
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
InsAllah butun dualarimiz qebul olunar.Ve edenlerin de Allah dualarini qebul etsin.Amin.Allah razi olsun.

_Sabina_

  • 16 aprel 2012 11:24
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
Allah razi olsun...

Anara 21

  • 16 aprel 2012 09:26
  • Məqalə: 0
  • Şərh: 106
  • Bal:
{awards}
ALLAH olunan bütün duları qəbul etsin.........amini

--------------------
Zeynalova.......

LoVe_LiFe

  • 16 aprel 2012 09:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli meqaleye gore ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}