Qaranlıq dünya

 
Qaranlıq dünya

Çox adam Qaranlığın nə olduğunu heç bilmir, o, yalnız gecəni tanıyır və gündüzdə yaşayır ... O, gecəyə düşüb, amma Qaranlıqla heç üz-üzə gəlməyib, Qaranlığı heç düşünməyib, Qaranlığa heç baxmayıb da ... Onun Qaranlıqla bircə alış-verişi var: QORXU

Qaranlıqdan qaçıb, daim aydınlığa can atan insan əslində özündən qaçır, öz şəxsiliyindən, öz içindən qaçır; o, özündən qıraqdakı dünyaya, öz içindən bayıra, əşyalara, nəsnələrə sarı qaçır ... Burada o, yalnız qəfil gecəyə düşəndə, dara düşəndə öz daxilinə çəkilir, Qaranlığına qərq olur ...
Çox adamın yalnız gündüzü var, gecəsi yoxdu ... Amma hər kəsin öz Qaranlığı var ... Çünki hərkəs öz yuxusunu yatır ...
Qaranlığımız özümüzdür, aydınlığımız Mənimiz. Öz Məndən həmişə daha böyükdür ... Mən Özün gündüzüdür, aydın olan üzüdür ... Öz isə Mənin gecəsidir, Qaranlıq dibidir ...
Keçmiş də, gələcək də Qaranlıqdır, aydın olan yalnız indidir ...
Sonsuz Qaranlıqdan gəlib, sonsuz Qaranlığa gedən biz biranlıq aydınlıqlardan keçirik ...
Sabah Qaranlıqdır, işıqlı olan səhərdir ...
Günəşin aydınlığı ilə, ayın aydınlığı fərqlidi. Ayınkı aydınlıqdı, günəşinki apaydınlı ...
Günəşsizliyin Qaranlığı ilə aysızlığın Qaranlığı da fərqlidi ... Aysız-ulduzsuz Qaranlıq zülmətdi, qapqaranlıqdı, orada heç nə görünmür və yaxud da «heç nə»nin özü görünür ... Heçnənin, Yoxluğun qucağında hərkəs tənhadı ...
«Heçnə» Qaranlıqdı. Aydınlığın «Hər şey»i Qaranlıqda «Heç şey»ə çevrilir. Çox Birə dönür Qaranlıqda.
Gündüz — hissə-hissədi, şey-şeydi ... Gecə isə — tamdı, bütövdü ... Elə ona görə də, əslində bir varlıq kimi gündüz yoxdu, amma gecə var!
Gündüz cismlər aydınlığı örtür və aydınlığın özü görünmür, gecə isə əksinə, Qaranlıq cismləri örtür və cismlər görünmür, amma Qaranlıq özü görünür ...


Geri dön

LoVe_LiFe

  • 16 aprel 2012 23:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
twkler beyendim bu meqaleni coox maralidir

★Miss Love★

  • 16 aprel 2012 21:46
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Duwundurucu ve menali meqale idi beуendim...тewekkur edirem=)

Dodaqdan Qəlbə

  • 16 aprel 2012 17:48
  • Məqalə: 6
  • Şərh: 291
  • Bal:
{awards}
Qaranlıq cismləri örtür və cismlər görünmür, amma Qaranlıq özü görünür ...

--------------------
♥ღHər ürəyin sevgisi fərqlidir, mənimkidə mənə görə gözəl və qiymətli..♥ღ

Deniz

  • 16 aprel 2012 17:25
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Coxx maraqli yazi idi, dusundurdu meni....tesekkurler:)))

_Sabina_

  • 16 aprel 2012 16:42
  • Məqalə: 0
  • Şərh: 435
  • Bal:
{awards}
maraqlidi...twk

Nuray2012

  • 16 aprel 2012 16:19
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Tewekkurler maraqlidi

--------------------

Priya

  • 16 aprel 2012 16:10
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Mmm...Maraqlıdı.Tək qalmağı sevirəm.Amma arada.Qaranlıq otaqda düşünməyi sevirəm.Amma hər zaman.Təşəkkürlər,Angel boy.

--------------------




EnD of TiMe

  • 16 aprel 2012 15:50
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
{awards}
Qaranligi cox qeseng taniyiram...tek ve qaranliq bir otaqda dusunmek hec neyin yerini vermir....tesekkurler xebere gore

AysU_DilarE

  • 16 aprel 2012 14:45
  • Məqalə: 143
  • Şərh: 2635
  • Bal:
{awards}
hmm maraqli qranliqda qorxuram hec vaxt tek qaranliq bir yerde qala bilmerem twk xebere gore

--------------------

✰Dгeaм✰

  • 16 aprel 2012 14:15
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Cox maraqlidi.Ellerine sagliq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 3
Cəmi: 23
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}