“Gedənlər qayıtsa” 1

 
“Gedənlər qayıtsa” 1

Hörmətli userlər, bu gündən "Gedənlər qayıtsa" adlı romanımı hissə-hissə yerləşdirəcəyəm. Rəyinizi gözləyəcəyəm. Həmid.

Gedənlər qayıtsa
Kiçik roman

Sevginin tərifi yoxdur. Hələ heç kim onu xarakterizə etməyib və etmək istəyənlər olubsa da səyləri əbəs gedib. Çünki sevginin nə olduğunu, necə bir hiss olduğunu sözlə aydınlatmaq olmaz. Sevgi tərifə gəlməyən, vəsfə sığışmayan hissdir. Onu ancaq hiss etmək, yaşamaq olar və məncə sevən hər bir kəs mənim sözlərimi təsdiq edə bilər.
Müəllif.

- Gedirəm!
- Uğurlar.
- Üzülmürsən?
- Yox.
- Nə üçün?
- Gedənlər az olmayıb, sən də onlardan biri.
- Amma mən sevə-sevə gedəcəyəm.
- Sevsən getməzsən!
- Yaman soyuq danışırsan.
- Gedəcəyini deyirsən, neyləməliyəm? Yalvarmalıyam?
- Yalvaqmaq vacib deyil. Amma bir az şirin danışsaydın, rəftarını bir az dəyişsəydin, bəlkə də getməzdim. Çox kobudsan.
- Demək, dəqiq gedirsən...
- ... hə...
- Əlvida!
- ....


Gülər duruxdu. O da “əlvida” demək istədi, amma söz dilində düyünləndi, deyə bilmədi.
Bir neçə saniyə sonra daş döşəməyə dəyən incə qadın ayaqqabısından qopan və getdikcə uzaqlaşan taqqıltı eşidildi.
Harun öz-özlüyündə fikirləşdi:”getdi!”.
Siqaret yandırdı.
Ayrıldılar. Necə ki, səssiz-səmirsiz görüşmüşdülər, eləcə də səssiz-səmirsiz ayrıldılar. Ayrılacaqlarını heç fikirləşməzdilər də... Ancaq nə etmək olar, taleyin oyunudur, fələyin çarxıdır, hara istəsə fırladır.
Harun ayağa durdu. Xəfifcə əsən mehin təmasından təsirlənib budaqdan qopmuş və Harunun dizi üstünə düşüb qalmış sarı-qızılı payız yarpağı yerə düşdü...
Barmaqlarının arasında yanıb qurtarmaqda olan və bir neçə saniyə sonra tamamilə sönəcəyini bilib ölüşkünlüklə közərən siqaretdən bir qullab da vurub ciyərlərinə çəkdi və siqaretin kötüyünü yaxınlıqdakı zibil qutusuna atdı.
Bir az gedəndən sonra dayandı, çevrilib onların sevgisinin ilk şahidi olan parka, həmişə oturduqları skamyaya, skamyanın üstündə qol-qanad açıb sanki onu himayə etmək istəyən söyüd ağacına, yerə döşənmiş daş plitələrə baxdı.

Kim bilir, bəlkə də bunları axırıncı dəfə görürdü!?
Yaxınlıqdakı dayanacağa gedirdi. Amma Gülərin həmin dayanacaqda dayandığını uzaqdan görüb dayandı. Gülər də onu gördü və hər ikisi eyni vaxtda hər gün dayanacaqlarda gördükləri yüzlərlə adamdan birini görürmüş kimi etinasızlıqla üzlərini çevirdilər.
Harun birdən-birə özünün bu qədər soyuqqanlı olduğuna təəccübləndi və bir də ona təəccübləndi ki, Gülər də aralarında heç nə olmamış kimi nəzərlərini etinasızlıqla ondan yayındırdı. Gülər üzdən çox sakit görünürdü, görəsən daxilində də belə idi? Yoxsa onun qəlbi bir neçə dəqiqə əvvəl “əlvida” deyə bilmədiyi sevgilisinin həsrətilə alışıb-yanır, bəlkə bu ayrılıq onun qəlbini didib-parçalayır, bəlkə o, qaçıb Harunun boynna sarılmaq, “məni heç vaxt buraxma!” demək istəyir?..
Bu ayrılıqda hər ikisinin günahı var. Gülər bəlkə də Harunun ona qarşı bir az diqqətsizlik göstərməsindən inciyib, şıltaqlıq edib? Şıltaqlıq qızların adətidir.
Bəs Harun? Görəsən Harun Güləri sevirdi, ya sevmirdi? Yəqin ki, sevirdi. Bəs belə idisə onda Harun nə üçün Gülərin getməyinə mane olmadı? Bəyəm Harun Güləri saxlaya bilməzdi, onu qucaqlayıb, Gülərin zərif bədənini öz güclü qolları ilə öz bədəninə sıxa bilməzdi, “getmə, tək ümüdüm, tək pənahım, tək istədiyim sənsən, sənsiz yaşaya bilmərəm” deyə bilməzdi? Əlbəttəki deyə bilərdi, Gülərin getməyinə mane ola bilərdi. Amma olmadı. Bəlkə o, “gedənin dalınca getməzlər”, “gedəni saxlamaq olmaz” kimi ara məsəllərinin altında gizlənən çürük fəlsəfəyə aldanmışdı, ya da ki, Gülərin dalınca getməyi sadəcə öz kişilik şəninə sığışdırmamışdı!? Səbəbini özü də bilmirdi. Amma sonralar özü də təsdiq edəcəkdi ki, o vaxt çox böyük yekəbaşlıq edib.
Harun qəti addımlarla Gülərin dayanıb avtobus gözlədiyi dayanacaqdan əks istiqamətə getməyə başladı.

Harun bloka girib pilləkənləri çıxdı, liftə minməkdən xoşu gəlmirdi. Gəlib mənzillərinin qapısında dayandı. Qapının zəngini basdı... Bir də basdı... sonra yadına düşdü ki, evin açarlarından biri də onun cibindədir. Açarı cibindən çıxarıb kilidə yaxınlaşdıranda qapı açıldı. Qapını açan anası idi.

- Bildim elə sənsən. Zəngi də hirslə basırsan.
Harun kandarda ayaqqabılarını çıxartdı.
- Əfigili gəlib?
- Hə, hardan bildin?
- Ayaqqabı çoxdur.

Əfi, yəni Əflatun Harunun böyük qardaşı idi, ondan dörd yaş böyük idi. Evlənəndən sonrabaşqa yerdə ev almışdı. Bir qızı var idi.
Harun içəri girib salamlaşdı. Kresloda oturdu.
- Harun, işlər necədir?
- Babat.


Fəridə içəri otaqdan əmisinin səsini eşidib qaça-qaça gəldi. Fəridə Əflatunun qızı idi, ona nənəsinin adını qoymuşdular. Beş ay əvvəl üç yaşı tamam olmuşdu. Sərbəst danışırdı, amma hələ “r” və “l” hərflərini deyə bilmirdi.
Fəridə əmisinin qucağına çıxıb üzündən öpdü.

- Harda idin?
- Sənin otağında.
- Orda neyləyirdin?
- Kitabyayına baxıydım.
- Cırmadın ki?
- Yox, şəkiyyəyə baxdım.
- Xoşuna gəldi?
- Hə...


Bu müddətdə Fəridə, belə desək “nənə Fəridə” gəlinin köməkliyi ilə süfrə açdı. Hamı stol başına yığışdı. Fəridə yenə də əmisinin qucağında oturmuşdu.
Əflatun qızına dedi:

- Fəridə, əmini yorarsan. Düş yerə.
- Dəymə, qoy otursun.

Fəridə isə atasının sözünə heç fikir də vermədi. Əmisinin yorulub-yorulmamağı da heç vecinə deyildi. Başı yeməyə qarışmışdı.
- Çoxdandır bir yerdə yemək yeməmişdik.
Harun qardaşının sözlərini təsdiq etdi:
- Hə, xeyli vaxtdır.

Yemək ərəfəsində daha danışmadılar.
Yeməyi yeyəndən sonra çay içdilər. Sonra Əflatunla Harun bir az ordan-burdan danışdılar. Söhbət əsnasında Əflatun Harunun evlənmək vaxtının çatdığını da vurğuladı. Harun isə həmişəki kimi qulaqardına vurub söhbəti dəyişdi.
Əflatunun yoldaşı danışmırdı. Deyəsən, hələ də isinişə bilmədiyi Harundan çəkinirdi.
Sonra Əflatungili getdilər. Fəridə yaman könülsüz getdi. Nənəsindən və əmisindən ayrılmaq onu yaman bikef eləmişdi.
Harun saata baxdı. Axşam xəbərlərinin vaxtı idi. Televizorun qabağında oturub proqramın başlanmasını gözlədi.
Anası çay süzüb gətirdi və çayı bir nimçə paxlava ilə Harunun qabağına qoydu. Paxlava Harunun ən çox xoşladığı şirniyyat idi və il uzunu onların evindən əskik olmazdı.
Harunun iyirmi doqquz yaşı tamam olmuşdu və anasının, qardaşının, ümumən bütün tanışlarının təbirincə desək, evlənmək vaxtı keçirdi. Anası imkan düşdükcə söhbəti təzələyir və cani-dildən səy göstərirdi ki, bəlkə Harunu “qeyrətə gətirə” bildi. Indi də əlinə düşmüş imkanı fövtə vermək niyyətində olmayan ana dilləndi:

- Haçanacan səninçün çayı mən süzəcəyəm?
- Bundan sonra çayı özüm süzərəm.
- Bəs yemək?
- Hara daş atırsan ya kafe qabağına düşür, ya da restoran. Gedib birində yeyərəm.
- Evində öz çaysüzənin, yeməkbişirənin olsa daha yaxşı olmaz?
- Tezdi hələ.
- Nəyi tezdi? Iyirmi doqquz yaşın var.
- Hazır deyiləm.
- Daha nə lazımdır ki? Evin var, işin var. Ailəni bütünlüklə təmin edə bilərsən.

Harun söhbətin saqqız kimi uzanmağından yoruldu.

- Sənə nə lazımdır?
- Mənə toy lazımdır! Mən evimdə toy görmək istəyirəm!
- Əflatununkunu görmədin?
- Birini də istəyirəm.
- Onda gəl səni ərə verək. Zurna-balabanla toy da çaldırarıq, arzuna çatarsan.
- Axmaqlama.


Fəridə oğluna söz təsir eləmədiyini, söhbətin intəhasızlığını və nəticəsizliyini görüb ağ bayrağını qaldırmağa məcbur oldu və durub mətbəxə getdi. Harun anasının gedə-gedə yavaşdan
–“bilmirəm sənin axırın necə olacaq”- dediyini eşitdi.
Soyumuş çayını içdi. Televizora baxmağa da həvəsi qalmamışdı. Durub öz otağına getdi. Üzüqoylu çarpayıya uzandı. Bir neçə saat vəziyyətini dəyişmədən, qaranlıqda uzanıb qaldı. Güləri fikirləşdi. Görüşüb tanış olduqları gündən bu yana baş verən hər şey gözlərinin qabağında canlandı. Əslinə qalsa, onların məhəbbətləri elə də uzun tarixə malik deyildi. Cəmi üç ay idi ki, tanış olmuşdular...
Çox fikirləşdi, çox götür-qoy etdi, gah özünü günahkar çıxartdı, gah Güləri. Axırda belə bir qənaətə gəldi ki, hər ikisi günahkardır.
Durub işığı yandırdı. Saata baxdı, on ikini keçmişdi. Yazı masasının dalında oturdu. Harunun bir az şairanəliyi də var idi və aradabir “cızmaqaralayırdı”. Amma yazdığından və yazdıqlarından heç kimin xəbəri yox idi. Indi Harun özlüyündə yazmağa böyük ehtiyac duydu və ürəyində, beynində yığılıb üst-üstə qalaqlanmış, ona əzab verən fikirlərinin bir hissəsini kağıza köçürtdü.


Bəlkə də bir daha gəlməyəcəksən,
Gedəndə sözünü demişdin qəti.
Mən onda deyərəm sənə min əhsən,
Gəlməsən, unutsan bu məhəbbəti.

“Gedənlər qayıtsa” 1

Mənə səma kimi uzaqsan indi,
Nə olsun ürəyim yaxındır sənə?
Ruhumu üşüdən sazaqsan indi,
Nə olsun, ürəyim alışır yenə?


“Gedənlər qayıtsa” 1

Mənimsən, gəlsəndə, ya gəlməsəm də...
Amma yadda saxla, bunu yaxşı bil.
Məni unutmağa sən tələssən də,
Ürəyim heç səni unudan deyil...


Ardı var...


Geri dön

✰GlaMurKa✰

  • 13 may 2012 00:42
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
bi zahmet o gedenler qayitmasin cunki gedende buraxdiqlari ile qayiddiqda gordukleri esla bir olmayacaq mence beledi fellow

enigmatic_girl

  • 21 aprel 2012 02:37
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
- Gedirəm!
- Uğurlar.
- Üzülmürsən?
- Yox.
- Nə üçün?
- Gedənlər az olmayıb, sən də onlardan biri.

Bu sozleri demeyin ((( hec vaxt

--------------------

ANGEL LOVE

  • 20 aprel 2012 16:05
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
twkler yaziya gore...............

--------------------

C.I

  • 19 aprel 2012 15:20
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
oxudum hamsin cox maraqli idi seirler super idi tskler.....

--------------------

SWEET LOVE

  • 19 aprel 2012 03:54
  • Məqalə: 0
  • Şərh: 929
  • Bal:
{awards}
ESLINDE COOOOOOOOX AGLATDI MENI COOOX.AMMA XAI EDIREM ARDINI TEZ VERIN

pionist

  • 19 aprel 2012 00:07
  • Məqalə: 2
  • Şərh: 388
  • Bal:
{awards}
tesekkurler

--------------------
Heyat aci sokalata benzeyir
Aciligini hiss etsen de hevesle yeyirsen

AysU_DilarE

  • 18 aprel 2012 10:13
  • Məqalə: 143
  • Şərh: 2590
  • Bal:
{awards}
twkler cox uzun idi yarisini oxudum yarisina sebrim chatmadi yenede ellerine sagliq

--------------------

★Miss Love★

  • 17 aprel 2012 22:48
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
hamisini oxudum cooox maraqli idi...ardi тez gelsin...eziууeтe gore sagol=)

LoVe_LiFe

  • 17 aprel 2012 22:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
- Gedirəm!
- Uğurlar.
- Üzülmürsən?
- Yox.
- Nə üçün?
- Gedənlər az olmayıb, sən də onlardan biri.
- Amma mən sevə-sevə gedəcəyəm.
- Sevsən getməzsən!
- Yaman soyuq danışırsan.
- Gedəcəyini deyirsən, neyləməliyəm? Yalvarmalıyam?
- Yalvaqmaq vacib deyil. Amma bir az şirin danışsaydın, rəftarını bir az dəyişsəydin, bəlkə də getməzdim. Çox kobudsan.
- Demək, dəqiq gedirsən...
- ... hə...
- Əlvida!

twkler coox superdirr beyendimmm

Nuray2012

  • 17 aprel 2012 20:28
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

Melek Kiz

  • 17 aprel 2012 19:13
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox maraqli yazidi

✰GoLd GirL✰

  • 17 aprel 2012 18:48
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
cox maraqlidir ardini sebirsizlikle gozleyirem tesekkurler....

...BARSA FANATI....

  • 17 aprel 2012 18:38
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
supeR.
tsk.

✰Dгeaм✰

  • 17 aprel 2012 18:36
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Cox gozel hekayedir.

Music Star

  • 17 aprel 2012 18:34
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Tewekkur bow vaxtim olanda mutleq oxuyacagam

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}