Əsas Günahlar

 
Əsas Günahlar

ƏSAS GÜNAHLAR

Qocalıq və zəiflik müxtəlif xəstəliklərə şərait yaratdığı kimi, bə’zi günahlar da başqa günahların yaranmasına səbəb olur. Məsələn:

1. Həsəd aparmaq.
Həsəd insanı xəyanət, böhtan, yalan, qətl və bu kimi başqa günahlara vadar edir.

İmam Sadiq (ələyhissəlam) bu haqda buyurur:
اِنَّ الْحَسَدَ يَأْكُلُ الاِْيمانَ كَما تَأْكُلُ النَّارُ الْحَطَبَ
«Odun çör-çöpü yandırdığı kimi, həsəd də insanın imanını məhv edir».
Həqiqətən də belədir. Həsəd edən insan öz rəqibinin əleyhinə bir iş görmək üçün bütün işlərə əl atır.

2. Paxıllıq və hərislik.
İnsanda paxıllıq öz malının xumsunu və zəkatını verməməyə, yoxsullara kömək etməməyə və başqa günahlara səbəb olur. Camaat da belə şəxslərin paxıllıq və hərisliyindən narahat olur, onların haqqında bədgüman olur və pis fikirlərə düşürlər. Bu isə yeni bir günahın yaranmasına gətirib çıxarır.

İmam Əli (ələyhissəlam) buyurur:
اَلْبُخْلُ جامِعٌ لِمساوي الْعُيُوبِ وَهُوَ زِمامٌ يُقادُ بِهِ اِلى كُلِّ سُوء
«Paxıllıq bütün pislikləri özündə cəmləşdirib. O elə bir vəsilədir ki, bütün çirkin işləri özünə cəzb edir. Hərislik də paxıllıq kimi bir neçə günahın bünövrəsini təşkil edir. Məsələn: Çəkidə az satmaq, möhtəkirlik, baha satmaq, rüşvətxorluq, yaltaqlıq və bu kimi çirkin əməllər hərisliyin (dünya malına hədsiz məhəbbət bəsləməyin) nəticələridir.

3. Yalan.
İnsan yalan danışmaqla özünün bütün günahlarını təsdiq edir. Deməli, yalan elə bir günahdır ki, onun vasitəsilə insanlar yüzlərlə günah edirlər.

İmam Həsən Əskəri (ələyhissəlam) buyurur:
جُعَلَتِ الْخَبائِثُ كُلُّها فِي بَيْت وجُعِلَ مِفْتاحُها الْكِذْبُ
«Bütün günahların bir otağa yığılmağını fərz etsək, yalan o otağın açarıdır.»

4. Qəzəbli və əxlaqsız olmaq.
İnsanda olan qəzəb söyüş söymək, qeybət etmək, düşmənçilik yaratmaq və bu kimi günahlara səbəb olur.

İmam Həsən Əskəri (ələyhissəlam) buyurur:
اَلْغَضَبُ مِفْتاحُ كُلِّ شَرٍّك
(Həddini aşan) qəzəb hər bir pisliyin açarıdır.
Bədgümanlıq, haram mal yemək, şərab içmək, çaxnaşma yaratmaq, qorxaqlıq, təkəbbür və bu kimi günahlar da başqa günahlara bünövrə sayılırlar. Kitabın həcminin kiçikliyini nəzərə alaraq onlara şərh vermirik.

GÜNAHLARI TANIMAĞIN DAHA BİR YOLU

Qur’anda 18 qrup şəxslərə, etdiyi günahlardan ötrü lə’nət göndərilib.
«Lə’n» sözü əslində rəhmətdən uzaqlaşdırmaq mə’nasını verir, lakin qəzəblə birlikdə olsa.
Allahın rəhməti bütün şeylərə şamil olur.

Belə ki, “Ə’raf» surəsinin 152-ci ayəsində buyurur:
وَرَحْمَتِي وَسِعَتْ كُلَّ شَـْيء
«Və Mənim rəhmətim bütün şeyləri əhatə edib».
Lakin buna baxmayaraq, bə’zi insanlar özlərinin pis və yaramaz əməllərinin nəticəsində elə bir məqama çatırlar ki, (okeanın ortasında qalan, lakin içinə bir damla su da keçməyən top kimi) Allahın rəhmət dəryasında onlara rəhmət nəsib olmur.

Qur’anda lə’nətlənmiş şəxslər bunlardır:
Kafirlər və müşriklər, inadkar yəhudilər (haqqı inkar edib bütpərəstlərlə saziş etdiklərinə görə), mürtədlər, hiyləgər qanun pozanlar, əhd-peyman pozanlar, haqqı gizlədənlər, kafir şahlar (yer üzündə fəsad törətdiklərinə görə), iki üzlü münafiqlər, qatillər, iblisə, itaət edənlər ismətli qadınlara böhtan atanlar, düzgün yol tutan dövlət rəhbərləri ilə müxalifət edənlər, yalan şayiə yayanlar, qəlbləri, niyyətləri pak olmayan şəxslər və yalan danışanlar.
Peyğəmbərimizin (s) və İmamlarımızın hədislərində də bə’zi şəxslərə lə’nət göndərilib. Məsələn: Səmavi kitabları təhrif edib dəyişdirən və ona başqa şeylər artıranlara;

Allahın qəza və qədərini qəbul etməyənlərə;
Peyğəmbərimizin (s) Əhli-beytinə hörmətsizlik edənlərə;
Ön cəbhədə vuruşan əsgərlərə göndərilən yardımı mənimsəyənlərə;
Camaatı yaxşı işlərə, hidayət yoluna də’vət edib özü bu işləri etməyən, yaxud camaatı pis işlərdən çəkindirib, özü isə pis işlə məşğul olan adamlara.

Əsas Günahlar


Geri dön

enigmatic_girl

  • 5 may 2012 16:18
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
Qur’anda 18 qrup şəxslərə, etdiyi günahlardan ötrü lə’nət göndərilib.
«Lə’n» sözü əslində rəhmətdən uzaqlaşdırmaq mə’nasını verir, lakin qəzəblə birlikdə olsa.
Allahın rəhməti bütün şeylərə şamil olur.

--------------------

heyata nifret

  • 21 aprel 2012 12:22
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Allah razi olsun

EnD of TiMe

  • 18 aprel 2012 14:31
  • Məqalə: 553
  • Şərh: 6696
  • Bal:
{awards}
Eslinde bir az bilirdim bu gunahlar haqda..tesekkurler qeseng xebere gore....

Music Star

  • 17 aprel 2012 18:28
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
{awards}
ALLAH RAZI olsun meqaleye gore cox minnetdaram

--------------------

★Miss Love★

  • 17 aprel 2012 16:25
  • Məqalə: 77
  • Şərh: 10001
  • Bal:
{awards}
Deуerli ve maraqli xebere gore Allah razi olsun=)

Elde var Hayat_

  • 17 aprel 2012 15:40
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
Paxıllıq və hərislik ən pis günahlardan biridir paxıllıq insanın daxili aləminə zərər toxundurur

Воровской

  • 17 aprel 2012 14:50
  • Məqalə: 11
  • Şərh: 1881
  • Bal:
{awards}
meqaleye gore twk

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

✰GlaMurKa✰

  • 17 aprel 2012 14:10
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN canim

✰Dгeaм✰

  • 17 aprel 2012 13:44
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Allah razi olsun.

Nuray2012

  • 17 aprel 2012 10:06
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagol Allah razi olsun

--------------------

LoVe_LiFe

  • 17 aprel 2012 09:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
DEYRELI MEQALEYE GORE ALLAH RAZI OLSUN. TESEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 25
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}