Tələbələrin təhsili üçün daha bir yenilik

 
Tələbələrin təhsili üçün daha bir yenilik

Azərbaycanın ali məktəblərində tələbələr indiyə qədər adət edilən formada deyil, yeni formada qruplaşdırılacaqlar.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, artıq ali məktəblərdə tələbələr üçün fənlər üzrə qruplar yaradılacaq. Bu fənn qruplarında eyni ixtisas üzrə təhsil alan, müxtəlif tədris ilinin, yəni müxtəlif kursların tələbələri oxuyacaq. Məsələn, fizika ixtisası üzrə təhsil alan tələbələr üçün onların keçdikləri hər hansı fənn üzrə bir qrup yaradılacaq və bir müəllim dərs deyəcək.

Ali məktəblərdə fənlər üzrə qrupların yaradılmasına tələbənin I tədris ilindən, yəni I kursdan başlanılsa da, həmin ildə qruplar universitetin tədris qrafikinə uyğun yaradılacaq. Yəni universitet özü birinci tədris ilinin tələbələrinə hansı fənlər üzrə dərsin keçilməsini müəyyən edəcək. Sonrakı illərdə isə tələbələr özləri fənləri seçdiyi üçün universitet rəhbərliyi tələbələrin seçdikləri fənlər üzrə və onların sayından asılı olaraq, qruplar yaradacaq. Qruplarda minimum 15, maksimum 30 tələbə olmalıdır.

Qrupların yaradılması üçün tələbələrin fərdi tədris planları əsas götürüləcək. Tələbələr həmin tədris planlarında hansı fənləri keçmək istədiklərini bildirirlər. Ali məktəblərin dekanlıqları da həmin fərdi tədris planlarına əsasən, hər hansı fənn üzrə təhsil almaq istəyən tələbələrin sayını müəyyən edəcəklər. Hər hansı fənni keçmək üçün minimum 15 tələbə müraciət edildiyi halda, artıq müraciət edilən fənn üzrə qrup açılacaq. Amma müraciət edən tələbələrin sayı az olduqda dekanlıq tələbəyə başqa fənn üzrə dərs keçə bilmək imkanının olduğunu bildirəcək.

Hesab edilir ki, fənn qruplarının yaradılması tələbələr üçün çox faydalı olacaq. Bu, daha çox akademik borcu, yəni kəsiri olan tələbələr üçün sərfəli sayılır. Çünki bu halda tələbə istədiyi vaxt kəsiri olduğu fənni götürərək həmin fənn üzrə yenidən dərs keçə biləcək və bununla da akademik borcunu ləğv etdirə biləcək.

Hazırda layihə formasında olan bu yeniliyin 2012-2013-cü tədris ilindən tətbiq ediləcəyi gözlənilir


Geri dön

EnD of TiMe

  • 18 aprel 2012 13:59
  • Məqalə: 553
  • Şərh: 6697
  • Bal:
lap yaxsi..maraqli xebere gore tesekkurler...

LoVe_LiFe

  • 17 aprel 2012 21:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkleeerrrr xebere goreeee ugurlar butun telebelere

Nuray2012

  • 17 aprel 2012 20:35
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Hamiya ugurlar

--------------------

✰GoLd GirL✰

  • 17 aprel 2012 18:20
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Tesekkurler xebere gore INSALLAH her kese bu adi almaq qismet olar...

Music Star

  • 17 aprel 2012 17:18
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Men telebe deyilem hele wagirdem telebe olanda oxuyaram))))))))Zarafat edirem twk xebere gore

--------------------

Ayan_19

  • 17 aprel 2012 17:16
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
Insallah hami telebe adini alar.Xebere gore twk

--------------------
Sevdim seni Meleyim,sadece sevdim.Gunahim olubsada Seni sevmek olub,sadece meni Seni sevmekle gunahlandira bilersen... :(((

GERI DONME

  • 17 aprel 2012 17:11
  • Məqalə: 0
  • Şərh: 576
  • Bal:
{awards}
aaa ne yaxsi ela oldu winkedbu arada ilk serh menden

SeNi_SeVeN

  • 17 aprel 2012 17:10
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
{awards}
her ekese ugurlar(telebelere)

--------------------

★Miss Love★

  • 17 aprel 2012 17:07
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Inwallah hazirlawan her kes тelebe adini almaqa nail olar her kese ugurlar menim qardawimda onun icinde olmaqla...xebere gore sagol=))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}