Rəhmətini ümid edərək,günahkar bir dillə;
ALLAH Azzə və Cəllə..Ya RəsulALLAH, Aləmlərə rəhmət həyatın keçir qəlbimizdən, Qəlbimizdən seyr edirik səni..
Budur.. Bir yaşındasan, Bəni Sad yurdundasan,
Sənə süd ana olmadı qadınlar
Buna görə incik buludlar
Bir damla yağış endirmir
Qıtlıq hökm sürür Bəni Sad yurdunda
Balaca bir bulud var səmada
Sənə aşiq…Ayrılmır başından
Və insanlar yağış duasında…
Hz. Həlimə qucağına götürür səni
Yer üzündə bir gölgelik... Səni günəşdən qorumaq üçün
Halbuki balaca bir bulud səmada.. Sənə məftun, sənə kilidli…
Və dua edən rahibin qucağındasan
Dünyalar gözəli gözlərinə baxır rahib
Qıtlığı da unudur, yağışı da, duanı da
Amma sən unutmursan
Uğruna canlarımız fəda o gözlərinlə səmaya baxırsan
O balaca bulud ilişir baxışlarına
Böyüyür, böyüyür…
Sonra nazlı, nazlı yağış damlaları enir buluddan
Lakin çoxusu bilmir yağışın yağma səbəbini
Çoxusu bilmir səni…
Altı yaşındasan..
Mədinəi Münəvvərə yolundasan
Yanında əziz anan və Ümmü-əymən
Yetimliyini hiss edirsən ata qəbirisitanlığında
Sonra yolda, Ebvada yetimlik qarşılayır səni
Məkkəyə anasız girirsən
Əbdülmüttəlib bir başqa sevir səni
Əbu Talib bir başqa sevir
Ya RəsulALLAH.. Məkkə uşaqları analarına səslənərlərdimi sənin yanında?!
Onlar ana dəyincə sən yerəmi baxardın?!
Məkkə küləkləri neçə gecə göz yaşlarını daşıdı Ebvaya
Neçə gecə ana deyə hıçqırdın?!
Əfəndim!
Sənin yerinə də ana dedik anamıza!
Sənin yerinə də ata dedik!
İyirmi beş yaşındasan..
Və tam fərqlisən
Kimsə sənə bərabər deyil
Şəfqət yayır qoxun
Güvən verir səsin
Sən Məhəmməd-ül Əmin' sin
Otuz beş yaşındasan..
Haydı gəl gözlətmə yar
İniltilər döyür qapısını göylərin
Haydı gəl gözlətmə yar
Sinəsi çatlayacaq Rəsul gözləyənlərin…
Haydı gəl ey Yar!
Nurdağına dəvət var..
Budur.. Qırx yaşındasan
Hira Nur dağındasan
Cəbrayıl enir göylərdən
Və nöqtə nöqtə hər yerdən salat, salam yüksəlir
Sən kainatın ürəyindən həsrətlə qopan " Ah! "san
Qaranlıq gecələrimizə səhərsən
Sən Nəbiyullahsan
Sən Həbibullahsan
Sən RəsulALLAHsan..