Düşünün!

 
Düşünün!

Düşünün!

Yoxluqdan vücud tapdıq. Bir ana qarnından dünyaya gözlərimizi açdıq. Ruzimiz, düz yanımızda süd olaraq göndərildi. Qayğı ilə bəsləndik, şəfqətlə böyüdük.
Əgər o ana şəfqəti və ata sevgisi verilməsəydi, bizim o dözülməz körpəliyimizə kim dözə bilərdi ?

Dünyaya gəldiyimiz andan etibarən ətrafımız nemətlərlə dolduruldu. Günəş bizi isitdi, su bizi təmizlədi, qidalar qarnımızı doyurdu, hava tənəffüsümüzü təmin etdi. Və bütün bunları zəhmətsiz və pulsuz istifadə etdik.

Həyatı anlayan bir ağıl, dünyanı görən bir göz, səsləri duyan bir qulaq, dadları dadan bir dil, qoxuları alan bir burun olmasaydı, nə olardıq ? Bütün bahalı orqanlara nə qədər pul ödərdik ?

Ağzımıza qoyduğumuz bir loxma, həzm edilib çıxarılana qədər minlərlə əməliyyatdan keçir və heç xəbərimiz də olmur. Bizə qalan yalnız o ləzzətli loxmanı ağzımıza qoymaqdan ibarətdir. Bəs ağzımızı, dişlərimizi, mədəmizi, həzm sistemimizi işlətmək də bizim işimiz olsaydı, halımız necə olardı ?

Günün 24 saatını yalnız mədəmizin işlədilməsinə ayırsaq, yenə də çatdıra bilməzdik. Bu qurulan mükəmməl sistemin və işləmə nizamının nə qədərindən xəbərdarıq ?

Dünyanın o sehrləyən gözəlliyinə qarşı gözlərimiz olmasaydı ? O gözəl səslərə qarşı qulağımız və o doyulmaz dadlara qarşı da dilimiz olmasaydı ? Həyatın nə qədər dözülməz olacağını düşünmək belə dəhşətlidir deyilmi ? Deməli, kainatı yaradan kimdirsə, insanı yaradan da Odur. Çünki ikisini bir-birinə uyğun və tamamlayıcı formada yaratmışdır.

Bir insan, vəzifəsi və məmurluğu gərəyi gördüyü hər işin hesabını verirsə, bu dünya nemətlərini bir ömür boyu istifadə edən insan, bunların hesabını verməyəcəkmi ? Bir nəfəs hava, bir stəkan su və bir loxma çörək pulsuz verilmədiyi halda, bir ömür boyu saysız-hesabsız nemətləri istifadə edən və çox dəyərli məsrəflər edən bir insan, necə olur ki, qəbirdə başı boş və hesab vermədən yatsın ?

Bir insan, xəstə gözləri üçün xərclədiyi pulu düşünərsə, o sağlam gözlərin nə qədər bahalı olduğunu və onu istifadə etməyin də çox ağır bir hesabının olacağını anlamazmı ?

Bəs ağlı, ürəyi, mədəsi, qaraciyəri, ayaqları, qolları və s. bilmədiyimiz qədər çox və pulsuz istifadə etdiyi orqanları üçün nə qədər borcun altına girməkdədir ? Bunu heç düşünməzmi ?

Bizim hər cür ehtiyacımızı bilən və ona görə bu kainat nizamını quran və hər cür imkanları önümüzə qoyan Allah, əbədi yaşamaq, sevdiklərimizlə birlikdə sonsuz bir həyatı bölüşmək arzumuzu geri qaytararmı ? Bir-birlərini ölənədək sevən ana və körpəsini ayırarmı ? Onların birlikdə olma həsrətlərini gözlərində qoyarmı ? Bütün bunlar, bir axirətin və Cənnətdə əbədi birgəliyin xəbərçisi deyilmi ?

Haradan gəldik ? Nə üçün gəldik ? Haraya gedirik ? Kimə, necə hesab verəcəyik ?

Hər ağlı olan insan, bunları düşünmək məcburiyyətindədir.


Kainatın bir Xaliqi vardır. Hər şeyi O yaratmışdır! Bizi bir imtahan üçün göndərmişdir. Öldükdən sonra bir hesab günü olacaqdır. Bunun əksini iddia etmək, bunların olmayacağı mənasına gəlmir. Çünki, bunlara inanmamaq Allahın (haşa) və axirətin olmamasına dəlil deyil. Yalnız əbədi bir əzaba və Cənnətə girə bilməyəcəyinə dəlildir.


Geri dön

Milawka

  • 5 noyabr 2010 11:20
  • Məqalə: 75
  • Şərh: 580
  • Bal:

REBBIMIN VERDIYI HER 1 NEMETE GORE SONSUZ WUKUR EDIREM MILYON WUKUR HER WEYIM VAR !NEYIM ESKIKDI? HEC NEYIN HER WEYIM VAR VE MEHZ BUNA GORE DE ALLAHIMA WUKUR EDIREM

sevgi yalandir

  • 4 noyabr 2010 20:35
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrr winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 4 noyabr 2010 18:44
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol yaziya gore

Yusif

  • 4 noyabr 2010 18:29
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}